Icma.az
close
up
RU
Qərbi Azərbaycan Xronikası: Aralıq Kolanlı, Aralıq Oxçu, Arbat türk tarixinin izi

Qərbi Azərbaycan Xronikası: Aralıq Kolanlı, Aralıq Oxçu, Arbat türk tarixinin izi

Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə Baku TV-də "Azərbaycanlı əhalisi erməni kimi göstərilən kənd" adlı süjet hazırlanıb.

Bugünkü süjetdə ermənilərin saxta addəyişmə terroruna məruz qalan Aralıq Kolanlı, Aralıq Oxçu, Arbat toponimi haqqında söz açılıb.

Bildirilib ki, Qərbi Azərbaycan qədim türk tayfalarının yaşadığı mühüm coğrafi məkandır və əsrlər boyu bu ərazidəki yurd yerlərinin türklərə məxsusluğu bütün mənbələrdə əksini tapıb.

Aralıq Kolanlı - Karpibasar mahalının Üçkilsə, sonralar Eçmiədzin adalandırılan rayonda kənd olub. 1831-ci ildən yaşayan azərbaycanlılar 1919-cu ilin sonunda erməni təcavüzünə məruz qalaraq deportasiya olunub və kəndə xaricdən köçürülən ermənilər yerləşdirilib. İndiki Ermənistanda 1920-ci ildə sovet hökuməti qurulandan sonra sağ qalanlar ata-baba torpaqlarına qayıdıblar. SSRİ Nazirlər Sovetinin xüsusi qərarları ilə kənddə yaşayan azərbaycanlılar 1948-1949-cu illərdə tarixi-etnik torpaqlarından zorla Azərbaycana köçürülüblər. Kəndin adı əvvəlcə Aralıq, 1978-ci il yanvarın 25-dən isə yenidən dəyişdirilib Qriboyedov qoyulub.

Aralıq Oxçu - Zəngəzur mahalının Qafan rayonunda kənd olub. Burada 1897-ci ildə 148 nəfər azərbaycanlı yaşayıb və onlar 1905-1906-cı illərdə erməni təcavüzü nəticəsində deportasiya olunub və kənd ləğv edilib.

Arbat - Zəngibasar mahalının Zəngibasar, sonralar Masis adlandırılan rayonda kənd adıdır. 1831-ci ildən burada yaşayan sakinlər 1918-ci ildə qovulublar və kəndə Türkiyədən köçürülən ermənilər yerləşdiriliblər. SSRİ Nazirlər Sovetinin 1948-ci il xüsusi qərarları ilə onlar zorla Azərbaycana köçürülüblər.

Sonda vurğulanıb ki, bu toponimlər qədim dövrlərdən türk torpaqları olan Qərbi Azərbaycanın çox zəngin tarixi, burada yaşayan əhalinin isə dərin kökünü və irsini göstərən nümunələrdir: "Ona görə ta qədimdən yaşayıb məskən salan insanların doğma yurda qayıtması və irsinə sahib çıxması qaçılmazdır".

Ümumiyyətlə, Qərbi Azərbaycana aid toponimlərin, oykonim, oronim və hidronimlərin öyrənilməsi və təbliği günümüzün reallığı olmaqla yanaşı, gələcək nəsillərin doğma yurd-yuvamıza sahib çıxması baxımından çox böyük məna və əhəmiyyət daşıyır. Çünki bunlar yerli xalqın tarixini, etnoqrafiyasını, coğrafiyasını əks etdirir. Hazırlanan süjetlə də ermənilər tərəfindən dəyişdirilən Qərbi Azərbaycan toponimlərinin tarixi və etimologiyası araşdırılır, həmçinin yer adlarının mənşəyi, mənası və sonrakı taleyi haqqında məlumat verilir.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Ətraflı süjetdə:

Qərbi Azərbaycan Xronikası: Aralıq Kolanlı, Aralıq Oxçu, Arbat - türk tarixinin izi

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:82
embedMənbə:https://oxu.az
archiveBu xəbər 12 Mart 2025 01:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see214

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see198

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see184

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see157

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see157

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see156

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see150

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see144

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see140

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see136

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see135

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see134

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see134

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see131

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see130

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see130

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see128

“Erməni kilsəsi milli siyasi manipulyasiya mərkəzi olub”

23 Dekabr 2025 10:11see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri