“Microsoft“un çökməsi milyardlarla dollar zərər vura bilər
Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Microsoft" korporasiyasının fəaliyyətində yaranan qlobal nasazlıq Avstraliya iqtisadiyyatına milyardlarla dollar zərər vura bilər.
Moderator.az xəbər verir ki, bu barədə "The Guardian" nəşri yazıb.
"RSM Australia" şirkətinin təhlükəsizlik sahəsi üzrə eksperti Aşvin Palın sözlərinə əsasən, sistemlərin fəaliyyət göstərmədiyi 12 saat ərzində maliyyə itkiləri yüksək həddə çatıb. Mütəxəssisin ehtimallarına görə, ümumi zərər milyardlarla dollarla ölçüləcək. Burada həm birbaşa, həm də dolayısı ilə yaranan zərərlər nəzərdə tutulur.
Ekspert qeyd edib ki, bəzi müştərilər biznesin davamlılığının təmini və qəzadan sonra bərpa planlarını işə salsalar da, əksər şirkətlərin ehtiyat variantı olmayıb və onlar ciddi çətinliklərlə üzləşiblər. O, belə bir hadisənin baş verməsindən dərin şok yaşadığını etiraf edib.
Bir müddət əvvəl verilən məlumatlara görə, "Microsoft"un işindəki problemlər səbəbindən Avstraliya Federal Polisi (AFP), Təhlükəsizlik və Kəşfiyyat Xidməti (ASIO) də zərər çəkib. Sistemdəki nasazlıqlar dövlət qurumlarına, məktəblərə və ali təhsil müəssisələrinə də təsir göstərib.
ABŞ korporasiyasından bildirilib ki, serverlərin fəaliyyətinin bərpası prosesi davam etdirilir və artıq bəzi bölgələrdə bunu qismən həyata keçirmək mümkün olub. "Downdetector" platformasının məlumatına əsasən, cümə axşamı axşam saatlarında istifadəçilərdən "Microsoft"un bir neçə xidmətinin fəaliyyətində yaranan kəsintilərlə bağlı kütləvi şikayətlər daxil olub. Müraciətlərin böyük qismi ABŞ-də qeydə alınıb. Belə ki, 131 min nəfər "Outlook", 46 min nəfər "Microsoft 365", 5.8 min nəfər "Copilot", 4.5 min nəfər isə "Microsoft Teams" xidmətlərindəki problemlər barədə məlumat verib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 13 Noyabr 2026 15:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















