Icma.az
close
up
RU
MİDAnın “işıq sürəti”ndə satılan mənzilləri: “Ehtiyacı olan deyil, pulu olan qazanırsa, təbii ki, narazılıq yaradacaq…”

MİDAnın “işıq sürəti”ndə satılan mənzilləri: “Ehtiyacı olan deyil, pulu olan qazanırsa, təbii ki, narazılıq yaradacaq…”

Icma.az bildirir, Hurriyyet saytına əsaslanaraq.

Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) ötən gün həyata keçirdiyi növbəti layihəsi – Sumqayıt Yaşayış Kompleksi və Lənkəran Yaşayış Kompleksində mənzillərin güzəştlə satışı müzakirəsiz ötüşməyib. Hər zaman olduğu kimi bu dəfə də işıq surəti ilə başa çatan satış zamanı 35 saniyə ərzində 544 mənzilin seçimində 4 176 nəfər iştirak edib. Bu dəfə də sistemə qoşulmağa macal tapmayanlar ən çox mənzilə ehtiyacı olanlardır. Sosial şəbəkələrdə tənqid hədəfinə tuş gələn MİDA-ya etiraz edənlər  2022-ci ildə 5 saniyə ərzində reallaşan satışın nəticələrinin ləğvini, həbs edilənlərin olduğunu xatırladıblar. İnsanlar MİDA-nın yaratdığı elektron sistemdə dəyişiklik edilməsi tələbini irəli sürürlər.

Hurriyyet.az xəbər verir ki, məsələ ilə bağlı Pravda.az-a fikirlərini bölüşən sosioloq Naib Niftəliyev deyib ki, bu cür mənzil satışlarında çox vaxt ehtiyacı olanlar deyil, ikinci mənzil əldə etmək istəyənlər mənzilə yiyələnirlər:

“Mənzil satışında sosial mənzillərdən və daha çox ehtiyacı olanlardan söhbət gedirsə, burada marketinq strategiyası ehtiyac meyarlarına hesablanmalıdır. Qanunvericilikdə nəzərdə tutulmuş şərtlər daxilində güzəştli limit müəyyənləşdirilməli, diferensiallıq olmalıdır. Mənzillər belə qısa müddət ərzində satılırsa, mənzili ehtiyacı olan deyil, pulu olan və ya daha çox maddiyyat sərf edən qazanırsa, təbii ki, bu, narazılıq yaradacaq. Problemin həlli nəzarət mexanizminin effektli təmin olunması ilə bağlıdır. Çox vaxt qanunvericilik səviyyəsində belə texniki təfərrüata varmaq istəmirlər. Bu, incə və həssas məsələdir. Nəzarətin zəif olmasının çoxsaylı səbəbləri var. Məsələn, qanunvericilik sistemində icra mexanizminin zəif təminatından tutmuş, MİDA və digər əlaqədar müvafiq qurumların funksional fəaliyyətindəki hiss olunan ciddi çatışmazlıqları qeyd etmək mümkündür. İstər Sumqayıt, istərsə də Lənkəran yaşayış komplekslərində mənzillərin satışı ilə bağlı ehtiyaclı şəxslər üçün əlverişli, əlçatan, güzəştli şəraiti əlaqədar qurumların özləri yaratmalıdırlar. Əmək Məcəlləsində də məhdudiyyəti olanlara, imkansızlara bəzi imtiyazlar və güzəştlər nəzərdə tutulur. Hər bir halda qanunvericilik bu güzəştləri, imtiyazları tanıyır. Deməli, tikinti şirkətləri müəyyən məsələlərdə cəmiyyətin marağına, mənafeyinə uyğun güzəştlər etməyi, insanların ehtiyaclarını qarşılamağı bacarmalıdırlar. Əks halda, mənzil təminatı ilə bağlı narazılıq istər-istəməz dərinləşəcək. Həmin qurumlar haqlı olaraq ictimai qınağa tuş gələcəklər. Təbii ki, dövlət, cəmiyyət sadə qınaqla kifayətlənməyəcək. Həmin şirkətlərin fəaliyyəti ciddi təftiş oluna, hətta dayandırıla, müvafiq qurumlar isə yenidən təsis oluna bilər. Dövlətin belə hallarda vaxtaşırı zəruri müdaxiləsi olur. İnsanlar – xüsusən, mənzilə, himayəyə ehtiyacı olanlar narazıdırlarsa, dövlət bu narazılığı eşidir. İnsanları bu qədər narazı salmaq dövlət səviyyəsində qəbuledilməzdir, cəmiyyət üçün arzuolunan deyil. Sosial-hüquqi müstəvidə burada cinayət motivləri də özünü göstərir. Bunu isə hüquqşünaslar araşdırmalıdırlar, ictimai və hüquqi nəzarət mexanizmi olmalıdır. Hər bir halda insanlar öz hüquqlarını bilməli və onu müdafiə etməyi bacarmalıdırlar. İctimai maarifləndirmə də bu istiqamətdə getməlidir. Son zamanlar polisimizin bununla bağlı daha çox pozitiv addımlarını görürük. Daxili İşlər Nazirliyinin də belə məsələlərə qarışması çox yaxşıdır. Şəffaflıq baxımından geniş nəzarətin təmin olunması vacibdir. Nəzarət mexanizmində hüquqi cəhətdən pozuntular varsa, bunu aradan qaldırmaqdan ötrü vaxtaşırı müdaxilədənsə, daimi, şəffaf nəzarət mexanizminin təmin edilməsi daha məqsədəuyğundur”.

Sosioloq MİDA-nın mənzil satışında hakerlərin köməyindən istifadə edilməsi barədə iddialara da münasibət bildirib: “Hakerlər müəyyən texniki bacarıqlara sahib olan insanlardır. Onların bu bacarıqlarından sui-istifadə edənlər, onları cinayətə sövq edənlər daim nəzarətdə olmalıdırlar. Hakerlərin özlərinə də həm inkişaf, həm də dövlətə xidmət üçün müəyyən istiqamətləndirmə və şərait yaradılmalıdır. Dövlətin güc, mühafizə və təhlükəsizlik qurumları bu istiqamətdə çalışırlar. Fəallığı bir qədər də artırsalar, daha məqsədəuyğundur. Bunun da mexanizmləri düşünülməlidir. Belə məsələlər praktik səviyyədə həllini tapmalıdır. Hakerlər bunu bacarırlarsa, deməli, əksini də bacararlar. Bunu nəzərə almaq, hüquqi və sosial məsuliyyəti artırmaq lazımdır. Təkcə cəzalandırmaq deyil, həm də təşfiq etmək, məsuliyyət oyatmaq lazımdır və psixososial, adekvat təsirlər işə düşməlidir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 07 Dekabr 2024 17:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see299

Daha bir YANĞIN: ölən və xəsarət alanlar var

05 Dekabr 2025 10:59see207

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see195

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see195

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see190

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see183

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see182

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see177

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see160

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see157

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see152

Lökbatanda güclü yanğın olub, ölən və yaralananlar var

05 Dekabr 2025 06:01see141

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see139

Bakının mərkəzində bu küçəni su basdı VİDEO

05 Dekabr 2025 09:46see131

Bundesliqa: “Borussiya Mönhenqladbax” minimal hesabla “Mayns”ı məğlub edib

06 Dekabr 2025 02:46see129

Qaxda çoban GÜLLƏLƏNDİ

06 Dekabr 2025 11:26see126

Maks Ferstappen: “Kifayət qədər sürətli deyilik”

06 Dekabr 2025 00:47see126

Lökbatanda güclü yanğın, 4 nəfər öldü

05 Dekabr 2025 08:00see123

Avropa Komissiyası “X”i CƏRİMƏLƏDİ

06 Dekabr 2025 00:56see122

İngiltərə Premyer Liqası: “Arsenal”ın Birminhem səfəri, “Mançester Siti” “qara pişiklər”i sınağa çəkəcək in İCMALI

06 Dekabr 2025 13:29see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri