Icma.az
close
up
RU
ABŞ Rusiya ilə “barışır”, müttəfiqləri isə savaşa hazırlaşır: Qərb dünyasının “vahid müdafiə sistemi” tamamilə dağılır

ABŞ Rusiya ilə “barışır”, müttəfiqləri isə savaşa hazırlaşır: Qərb dünyasının “vahid müdafiə sistemi” tamamilə dağılır

Olke.az saytına istinadən Icma.az xəbər verir.

Belə anlaşılır ki, Avropa yalnız özünü, ABŞ isə mövcud qlobal balansı qorumağa çalışır, nəticədə kollektiv Qərbin daxilində geopolitik maraqlar fərqli məzmun almış olur... Qərb dünyasında “ortaq müdafiə sistemi” anlayışı artıq mövcud deyil, bu düşərgə indi “vahid təhlükəsizlik məkanı”ndan daha çox, fərqli prioritetlərin tədricən toqquşduğu “geopolitik mozaika”ya çevrilir...

Ölkə.az "Yeni Müsavat"a istinadən xəbər verir ki, indi Avropanın özünümüdafiə doktrinası beynəlxalq gündəmdə müzakirə olunan əsas mövzuların arasında ön sırada yer alır. Çünki Tramp adminitrasiyasının hakimiyyətə gəlişindən sonra ABŞ-ın xarici siyasətində və mövqeyində baş verən ciddi dəyikiliklərin doğurduğu yeni reallıqlar kollektiv Qərbin təhlükəsizlik arxitekturasını tamamilə parçalayıb. Ona görə də, hazırda Avropanın “təhlükəsizlik xəritəsi” artıq böyük sürətlə dəyişir. Və bu, “qoca qitə” ölkələrini yeni mərhələyə hazırlaşmaq məcburiyyətində buraxır.

Onu da qeyd etmək lazımdır ki, Almaniyanın “Böhran və Fəlakətlərə Hazırlıq” adlı yeni hesabatı və ABŞ prezidenti Donald Trampın Ukraynaya “Tomahauvk” raketlərinin verilməsini dayandırmaq barədə qərarı bu dəyişimin iki fərqli, ancaq bir-biri ilə sıx bağlı təzahürləridür. Bir tərəfdə Avropa ölkələrinin müharibə və xaos riskinə qarşı özünü qoruma instinkti, digər tərəfdə isə ABŞ-ın Rusiya ilə qarşıdurmanı minimuma endirmək istəyi ziddiyyətləri dərinləşdirir. Və bu, kollektiv Qərbin təhlükəsizlik sisteminin artıq vahid mərkəzdən idarə olunmadığını da göstərir.

Məsələ ondadır ki, Almaniya da daxil ilmaqla, əksər Avropa dövlətləri indi “sülh dövründə müharibəyə hazırlıq” mərhələsinə keçid edib. Almaniyanın Mülki Müdafiə və Fəlakətlərə Yardım üzrə Federal Bürosu (BBK) tərəfindən yayılan hesabatda ölkə vətəndaşlarına 3-10 gün üçün yetəcək qədər su, qida, tibbi ləvazimat və digər təcili ehtiyat saxlamaq tövsiyə olunur. Həmin sənəddə qeyd edilir ki, Almaniya dünyanın ən təhlükəsiz ölkələrindən biri olsa da, “gündəlik rejimi poza biləcək böhranlar və fəlakətlər” artıq istisna deyil. Burada söhbət yalnız təbii hadisələrdən getmir. BBK-nın vurğuladığı “kiberhücumlar, dezinformasiya və təxribat” kimi təhdidlər artıq siyasi və strateji xarakter daşıyır. Və hesabatda hətta yaxınlaşan “müharibə ehtimalı” da ehtiyatla, ancaq çox aydın şəkildə qeyd olunur.

Əslində, bu, vaxtilə aktual olmuş “soyuq müharibə” dövrünə aid mülki müdafiə konsepsiyasına yenidən qayıdılması deməkdir. Almaniya cəmiyyəti artıq fövqəladə hallar üçün deyil, geopolitik destabilizasiya ssenarilərinə qarşı psixoloji və praktiki hazırlığa çağırılır. Rəsmi Berlinin bu addımı Avropanın “kollektiv təhlükəsizlik” anlayışından tədricən “milli dayanıqlıq” modelinə keçdiyini göstərir. Yəni, Avropa artıq NATO-nun hərbi qüdrətindən daha çox, öz daxili davamlılıq immunitetinə və potensialına güvənmək mərhələsinə qədəm qoyub.

Maraqlıdır ki, Almaniyanın “böhrana hazırlıq” strategiyasına paralel olaraq, ABŞ-ın xarici siyasətində tamamilə əks proses gedir. “The Wall Street Journal”ın məlumatına görə, ABŞ prezidenti Donald Tramp Volodimir Zelenskiyə bildirib ki, yaxın vaxtlarda Ukraynaya “Tomahauvk” raketləri verilməyəcək. Bu qərar Ağ Ev sahibi Donald Trampın məhz Rusiya prezidenti Vladimir Putinlə telefon danışığından dərhal sonra qəbul edilib. Məlumatlara görə, prezident Vladimir Putin amerikalı həmkarını “münasibətləri tam kəsməklə” hədələyib. Bu, faktiki olaraq, Tramp administrasiyasının Kreml ilə qarşıdurmadan qaçmaq üçün “geopolitik barışıq” istiqamətində hərəkət etdiyini göstərir. Və belə anlaşılır ki, prezident Donald Tramp üçün Rusiya ilə sabit əlaqələr Ukraynadakı “uğursuz müharibə”dən daha önəmlidir.

Onu da qeyd etmək laızmdır ki, prezident Donald Trampın indiki davranış tərzi Niksonun “Çin kartı” siyasətinə bənzəyir. Yəni, strateji balansı bərpa etmək üçün düşmənlə dialoq qurmaq taktikası aktual saxlanır. Bu, ABŞ-ın Avropa ölkələri ilə təhlükəsizlik münasibətlərində də ciddi ziddiyyətlər yaradır. Və belə görünür ki, ABŞ artıq kollektiv Qərb blokunun “taktiki lideri” olmaq istəmir, əksinə, indi özünü “qlobal balanslaşdırıcı güc” kimi təqdim etməyə daha çox üstünlük verir.

Təbii ki, bütün bunlar həm də NATO-nun daxilində qeyri-müəyyənlik yaradır. Çünki Tramp administrasiyasının son qərarları NATO üzvü olan Avropa ölkələri arasında ciddi narahatlıq doğurub. Ona görə də, NATO-nun baş katibi Mark Ruttenin Vaşinqtona səfərinin əsas məqsədi də məhz ABŞ-ın Avropa ilə birgə təhlükəsizlik strategiyasını qorumaq və Ukraynaya hərbi dəstəyin azaldılmamasını təmin etməkdən ibarətdir. Yəni, NATO rəhbərliyi Tramp administrasiyasını “Avroatlantik həmrəyliyə” geri qaytarmağa çalışır. Ancaq həm Almaniyanın daxili hazırlıq proqramı, həm də Tramp adminitrasiyasının Rusiya ilə “soyuq diplomatiyası” onu göstərir ki, bu həmrəylik artıq ciddi şəkildə pozulub.

Maraqlıdır ki, kollektiv Qərbin hazırda üç istiqamət üzrə parçalandığı müşahidə olunur. Çünki indiki mərhələdə kollektiv Qərbin təhlükəsizlik arxitekturası əsasən üç paralel və ziddiyyətli xətt üzrə formalaşır. Bir tərəfdən, milli müdafiə və dayanıqlılıq konsepsiyasına üstünlük verən Almaniya, eləcə də, Skandinaviya ölkələri müharibə və kiberhücum risklərinə qarşı əhalinin müdafiə immunitetini gücləndirir. Digər tərəfdən, Tramp administrasiyası Rusiya ilə “realist dialoq” siyasəti Ukrayna savaşını üzərində siyasi-diplomatik balansı pozaraq, yenidən formalaşdırmağa başlayıb. Nəhayət, NATO və Avropa liderlərinin Avroatlantik koordinasiya təşəbbüsünə baxmayaraq, ABŞ-ın vahid təhlükəsizlik sistemində qalmasını təmin etmək çətinləşir.

Belə anlaşılır ki, Avropa özünü, ABŞ isə mövcud balansı qorumağa çalışır. Ancaq nəticədə, kollektiv Qərbin daxilində geopolitik maraqlar fərqli məzmun almış olur. Ona görə də, Almaniyanın “böhran hazırlığı” strategiyası və Tramp administrasiyasının “Tomahauvk” qərarı ilk baxışdan bir-birindən uzaq hadisələr kimi görünsə də, əslində, eyni prosesin iki fərqli istiqamət üzrə tərkib hissəsidir, həm də Qərbdə artıq “ortaq təhlükə” anlayışının olmadığını göstərir. Və Qərb dünyası artıq vahid təhlükəsizlik məkanından daha çox, tədricən fərqli prioritetləri olan bir geopolitik mozaikaya çevrilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://olke.az
archiveBu xəbər 22 Oktyabr 2025 21:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Landmark” bu dəfə Sahil Bababyevin idarəçiliyinə keçdi

21 Oktyabr 2025 11:26see262

Yarım əsrimə qədəm qoydum

21 Oktyabr 2025 20:33see242

La Liqa ABŞ da keçiriləcək “Barselona” “Vilyarreal” matçının ləğv edildiyini açıqlayıb

22 Oktyabr 2025 00:15see234

AZAL da yarıtmaz idarəçilik, yoxsa... Təyyarələrdə yaranan problemlər nəylə bağlıdır? (VİDEO)

21 Oktyabr 2025 09:20see207

Türkiyədə FETÖ əməliyyatı : 286 nəfər saxlanıldı

22 Oktyabr 2025 06:53see189

Təl Əvivdən Bakıya reyslər bərpa edilir

21 Oktyabr 2025 19:39see181

Toyuq əti və yumurta bahalaşacaq SƏBƏB BUDUR KONKRET

22 Oktyabr 2025 12:02see173

3 boksçumuz da qalib oldu

22 Oktyabr 2025 10:54see172

Xaricdə saxta təhsil: Valideynlər xəbərsiz, tələbələr savadsız EKSPERT RƏYİ

21 Oktyabr 2025 05:43see171

Dabaq xəstəliyi xaricdən gətirilən ət məhsullarına tələbatı artırdı (VİDEO)

21 Oktyabr 2025 23:40see164

Azərbaycan ötən ay genişzolaqlı internetin orta sürətinə görə Cənubi Qafqazda liderliyini saxlayıb

21 Oktyabr 2025 13:54see163

Bakı Tehran: yeni etimad mərhələsi

22 Oktyabr 2025 09:59see154

Səhər yeməyində turşu yeməyin 5 faydası

21 Oktyabr 2025 02:51see153

“Həyatın mənası yaşla necə dəyişir? Yeni tədqiqat

21 Oktyabr 2025 15:52see153

Naxçıvan məktəblisi “Statistik olimpiada”nın qalibi olub

21 Oktyabr 2025 03:36see151

Bunları yesəniz gec YAŞLANACAQSINIZ

21 Oktyabr 2025 02:37see142

Türkiyəni sarsıdan cinayətlə bağlı daha bir nəfər saxlanıldı

21 Oktyabr 2025 01:51see136

Fransada tornado nəticəsində 1 nəfər ölüb, xəsarət alanlar var

21 Oktyabr 2025 03:34see134

Atletiko ya can verməyən Qarabağ Atletik in də öhdəsindən gələ bilər

21 Oktyabr 2025 17:36see133

Türkiyədə Can Holding in rəhbəri həbs olundu

21 Oktyabr 2025 01:36see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri