Icma.az
close
up
RU
Baku Jazz Festival 2025 20 illik yubiley cazla qeyd olunur FOTO

Baku Jazz Festival 2025 20 illik yubiley cazla qeyd olunur FOTO

Icma.az, Dogru.az portalına istinadən məlumat verir.

Azərbaycanın ən mühüm musiqi hadisələrindən biri olan Baku Jazz Festival bu il 20 illik yubileyini qeyd edir.

Doğru.az xəbər verir ki, yubiley festivalı dünyanın 21 ölkəsindən caz ifaçılarının iştirakı ilə keçiriləcək və musiqisevərlərə unudulmaz proqram təqdim olunacaq. Festival çərçivəsində müxtəlif caz üslubları və janrları nümayiş etdiriləcək, həmçinin ustad dərsləri və müzakirələr baş tutacaq.

Bu il xüsusi maraq doğuran mövzulardan biri “Caz və Süni İntellekt” olacaq. Bakılılar və qonaqlar dünyanın dörd bir yanından gələn virtuoz ifaçıların canlı çıxışlarını izləyəcəklər.

Festivalın direktoru Leyla Əfəndiyeva mətbuat konfransında bildirib ki, bu il Baku Jazz Festival Fransanın məşhur caz radiosu ilə əməkdaşlıq edir və ilk dəfə olaraq Fransada, həmçinin bütün Avropada canlı yayımlanacaq. Euronews kanalı da ənənəvi olaraq festivalı işıqlandıracaq.

Yubiley festivalının diqqətçəkən məqamlarından biri “Çikaqo” musiklidir. Tamaşa ingilis dilində nümayiş olunacaq və rejissor Əziz Əzizov Brodvey versiyası ilə müqayisədə maraqlı təfərrüatları izləyicilərlə bölüşüb.

2005-ci ildə tanınmış saksofonçu və bəstəkar Rain Sultanov tərəfindən əsası qoyulan Baku Jazz Festival son 20 ildə minlərlə musiqiçini və onlarla ölkəni bir araya gətirərək, mədəniyyətlər və nəsillər arasında körpü yaradıb.

Bu ilki proqram səkkiz gün davam edəcək və müxtəlif məkanlarda — açıq hava səhnələrindən tutmuş intim salonlara qədər — konsertlər, sərgilər, film nümayişləri və cem-sessiyalar təşkil olunacaq.

Festivalda 20-dən çox ölkədən tanınmış musiqiçilər iştirak edəcək. Onlar arasında K-ZIA (Almaniya), Heloisa Lourenço Band (Braziliya), Yogev Shetrit Band (İsrail), Antonio Lizana Band (İspaniya), Grzech Piotrowski Band (Polşa), İpek Dinç Band (Türkiyə), Interplay (ABŞ) və Azərbaycanın tanınmış caz ifaçıları yer alır.

Baku Jazz Festival 2025 bir həftə ərzində paytaxtı cazın, improvizasiyanın və azad musiqi ruhunun mərkəzinə çevirəcək.

DOĞRU.AZ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:146
embedMənbə:https://dogru.az
archiveBu xəbər 22 Oktyabr 2025 21:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see278

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see258

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see232

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see207

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see199

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see177

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see174

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see169

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see162

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see156

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see148

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see148

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see145

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see145

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see144

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see143

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see142

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see141

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri