Icma.az
close
up
RU
Mikayıl Cabbarov: BƏƏ ilə Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi üzrə fəal danışıqlar aparılır

Mikayıl Cabbarov: BƏƏ ilə Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi üzrə fəal danışıqlar aparılır

Gununsesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında iqtisadi əməkdaşlığın, xüsusən qarşılıqlı hədəflərə mühüm töhfə verə biləcək davamlı inkişaf və enerji təhlükəsizliyi sahələrində işbirliyini daha da genişləndirmək üçün böyük potensial mövcuddur.

Gununsesi.info xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov BƏƏ-nin Milli Gününə həsr olunmuş tədbirdə çıxışı zamanı deyib.

“Ticarət əlaqələrimiz və sərmayələr sahəsində əməkdaşlığımız davamlı olaraq inkişaf edir. Biz dost ölkə və etibarlı tərəfdaşımız olan Birləşmiş Ərəb Əmirlikləri ilə əlaqələrimizin dərinləşməsinə xüsusi əhəmiyyət veririk, məqsədimiz birgə fəaliyyətimizi daha da şaxələndirməkdir.

Sevindirici haldır ki, bu gün ölkələrimizin ən böyük şirkətləri olan ADNOC və SOCAR arasında əməkdaşlıq davam edir, güclənir. ADNOC ölkəmizin ən perspektivli layihələrindən olan “Abşeron” qaz yatağı layihəsinə, SOCAR isə BƏƏ-nin SARB və “UMM Lulu” neft və qaz yataqlarının işlənməsində tərəfdaşdırlar”, – nazir bildirib.

M. Cabbarov vurğulayıb ki, Azərbaycan “yaşıl” və dayanıqlı iqtisadiyyata keçidə tam sadiq ölkədir: “İqlim məqsədlərimiz ambisiyalı, lakin reallaşdırıla biləndir. Belə ki, 2050-ci ilə qədər istilik effekti yaradan qazların emissiyalarını 40 % azaltmağı hədəfləyirik. Bu məqsədlə bərpa olunan enerji, enerji səmərəliliyi və dayanıqlı resursların idarə edilməsi sahələrində genişmiqyaslı təşəbbüslər həyata keçiririk və beynəlxalq iqlim dəyişiklikləri çərçivələri ilə uyğunluğumuzu təmin edirik”.

Nazir xatırladıb ki, 2023-cü ildə Dubayda keçirilən COP28-dən sonra, bu il COP29-u Azərbaycanda keçirilməsi, qlobal ətraf mühit təşəbbüslərinin önündə olmaq üçün ölkənin göstərdiyi səyləri bir daha nümayiş etdirir.

O əlavə edib ki, Birləşmiş Ərəb Əmirlikləri Azərbaycanın “yaşıl enerji”yə keçid prosesində mühüm tərəfdaşıdır: “BƏƏ-nin “Masdar” şirkəti bu prosesdə həlledici rol oynayır. Ötən il “Masdar” tərəfindən açılışı edilən 230 MVt gücündə “Qaradağ” Günəş Elektrik Stansiyası bərpa olunan enerji sahəsində uğurlu əməkdaşlığın əyani nümunəsidir. Azərbaycanda xarici sərmayə ilə tikilən ilk bərpaolunan enerji stansiyası həm də regionda ən böyük günəş elektrik stansiyasıdır.

Əminəm ki, Azərbaycan “yaşıl iqtisadiyyat” yolunda irəlilədikcə, Əmirliklərlə əməkdaşlığımız qarşılıqlı etimad, ortaq baxış və güclü iqtisadi əlaqələr hesabına davamlı uğurun təmin edilməsi üçün daha da inkişaf edəcəkdir”.

M. Cabbarov həmçinin bildirib ki, Azərbaycanın torpaqlarının işğaldan azad edilməsi regional əməkdaşlığın genişlənməsi üçün yeni imkanlar açıb: “Azərbaycan hökuməti bu əraziləri bərpa edərək, regionu sülh və əməkdaşlıq mərkəzinə çevirməyi hədəfləyir. Ətraf mühitin qorunması bərpa və yenidənqurma işlərində əsas prioritet olaraq qalır”.

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:129
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 02 Dekabr 2024 20:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Landmark” bu dəfə Sahil Bababyevin idarəçiliyinə keçdi

21 Oktyabr 2025 11:26see246

Yarım əsrimə qədəm qoydum

21 Oktyabr 2025 20:33see241

La Liqa ABŞ da keçiriləcək “Barselona” “Vilyarreal” matçının ləğv edildiyini açıqlayıb

22 Oktyabr 2025 00:15see232

AZAL da yarıtmaz idarəçilik, yoxsa... Təyyarələrdə yaranan problemlər nəylə bağlıdır? (VİDEO)

21 Oktyabr 2025 09:20see206

Türkiyədə FETÖ əməliyyatı : 286 nəfər saxlanıldı

22 Oktyabr 2025 06:53see188

Təl Əvivdən Bakıya reyslər bərpa edilir

21 Oktyabr 2025 19:39see178

Toyuq əti və yumurta bahalaşacaq SƏBƏB BUDUR KONKRET

22 Oktyabr 2025 12:02see173

3 boksçumuz da qalib oldu

22 Oktyabr 2025 10:54see171

Xaricdə saxta təhsil: Valideynlər xəbərsiz, tələbələr savadsız EKSPERT RƏYİ

21 Oktyabr 2025 05:43see171

Azərbaycan ötən ay genişzolaqlı internetin orta sürətinə görə Cənubi Qafqazda liderliyini saxlayıb

21 Oktyabr 2025 13:54see163

Dabaq xəstəliyi xaricdən gətirilən ət məhsullarına tələbatı artırdı (VİDEO)

21 Oktyabr 2025 23:40see163

Bakı Tehran: yeni etimad mərhələsi

22 Oktyabr 2025 09:59see154

Səhər yeməyində turşu yeməyin 5 faydası

21 Oktyabr 2025 02:51see153

“Həyatın mənası yaşla necə dəyişir? Yeni tədqiqat

21 Oktyabr 2025 15:52see152

Naxçıvan məktəblisi “Statistik olimpiada”nın qalibi olub

21 Oktyabr 2025 03:36see151

Bunları yesəniz gec YAŞLANACAQSINIZ

21 Oktyabr 2025 02:37see142

Oyundan sonra duş qəbul edə bilmədilər Atletiko dan UEFA ya şikayət

21 Oktyabr 2025 00:12see141

Türkiyəni sarsıdan cinayətlə bağlı daha bir nəfər saxlanıldı

21 Oktyabr 2025 01:51see136

Fransada tornado nəticəsində 1 nəfər ölüb, xəsarət alanlar var

21 Oktyabr 2025 03:34see134

Atletiko ya can verməyən Qarabağ Atletik in də öhdəsindən gələ bilər

21 Oktyabr 2025 17:36see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri