Icma.az
close
up
RU
Mikayıl Cabbarov: TDT də qarşılıqlı sərmayələrin genişlənməsi inteqrasiyanın vacib istiqamətinə çevrilib

Mikayıl Cabbarov: TDT də qarşılıqlı sərmayələrin genişlənməsi inteqrasiyanın vacib istiqamətinə çevrilib

Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

"Ticarət əlaqələrinin dərinləşməsi ilə yanaşı, Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələr arasında qarşılıqlı sərmayə fəaliyyətinin genişlənməsi iqtisadi inteqrasiyanın vacib istiqamətinə çevrilib".

Oxu.Az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə keçirilən TDT-nin Sənaye, Elm, Texnologiya və İnnovasiya Nazirlərinin 2-ci Toplantısı çərçivəsində işçi qrupun iclasında deyib.

Onun sözlərinə görə, ümumi kapitalı 600 milyon ABŞ dolları olan Türk İnvestisiya Fondu, Türk dövlətləri tərəfindən təsis edilmiş ilk birgə maliyyə institutudur:

"Bütün bunlar üzv dövlətlər arasında qarşılıqlı iqtisadi əməkdaşlığı gücləndirmək, strateji sahələrə investisiyaları artırmaq və regional inkişafı dəstəkləmək məqsədi daşıyır. Həmçinin, Azərbaycan Özbəkistan, Qırğızıstan və Qazaxıstanla birgə ikitərəfli investisiya fondları yaradıb. Bu mexanizmlər ölkələrimiz arasında kapital axınının artmasına, sənaye layihələrinin birgə maliyyələşdirilməsinə və qarşılıqlı sərmayə təşəbbüslərinin reallaşmasına şərait yaradır".

Nazir qeyd edib ki, son illərdə TDT çərçivəsində çoxtərəfli münasibətlər yüksələn xətt üzrə inkişaf edir, bu da ölkələrin iqtisadiyyatlarına əhəmiyyətli töhfə verir:

"Azərbaycan TDT-yə üzv olan bütün ölkələrlə strateji tərəfdaşlıq və ya müttəfiqlik münasibətləri qurub. Bu ilin 9 ayı ərzində Azərbaycanın TDT ölkələri ilə ticarət dövriyyəsində artım dinamikası davam edib. Dövlət başçıları tərəfindən bu dinamikanın daha da yüksəldilməsi qarşıya məqsəd kimi qoyulub. Bu kontekstdə, Azərbaycan türk dövlətləri ilə iqtisadi əlaqələrin dərinləşdirilməsi və qarşılıqlı ticarətin asanlaşdırılması istiqamətində mühüm addımlar atır".

Onun sözlərinə görə, hazırda ölkəmiz ilə Türkiyə arasında Preferensial Ticarət Sazişi, eləcə də digər üzv dövlətlərlə azad ticarət sazişləri qüvvədədir:

"Bu sazişlər çərçivəsində qarşılıqlı ticarət əməliyyatlarında güzəştli rejimlər tətbiq edilir, bu isə region daxilində mal dövriyyəsinin və iqtisadi inteqrasiyanın sürətlənməsinə mühüm töhfə verir. Belə sazişlər türk dövlətləri arasında istehsal zəncirlərinin birləşdirilməsinə, birgə sənaye və ixrac layihələrinin genişlənməsinə, həmçinin ticarətin daha liberal və səmərəli əsasda aparılmasına şərait yaradır".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://oxu.az
archiveBu xəbər 24 Oktyabr 2025 12:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see272

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see254

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see240

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see192

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see190

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see177

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see154

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri