“Milan” onunla yolları ayırır
Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İtaliyanın “Milan” klubu portuqaliyalı ulduz hücumçusu Rafael Leaunu yay transfer pəncərəsində satmaq qərarına gəlib.
Bakıvaxtı.az “La Gazzetta dello Sport” nəşrinə istinadən xəbər verir ki, klubun bu qərarına səbəb futbolçunun A Seriyasının XXIX turunda “Latsio” ilə oyundakı (0:1) intizamsızlığı olub.
Martın 15-də baş tutan matçın 66-cı dəqiqəsində əvəzlənən 26 yaşlı forvard buna sərt reaksiya göstərərək həm komanda yoldaşlarını itələyib, həm də baş məşqçi Massimiliano Alleqriyə qarşı hörmətsizlik nümayiş etdirib.
Klub rəhbərliyi Leaunun davranışından sonra onunla yollarını ayırmağı planlaşdırır. Portuqaliyalının müqaviləsində 170 milyon avroluq sərbəstqalma maddəsi olsa da, “rossonerilər”in 80 milyon avrodan başlayan təklifləri ciddi şəkildə dəyərləndirəcəyi bildirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 17 Mart 2026 19:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















