Icma.az
close
up
RU
Millət vəkili Ağalar Vəliyev Xaçmazda Zəfər Gününə həsr olunan tədbirlərdə iştirak edib FOTOLAR

Millət vəkili Ağalar Vəliyev Xaçmazda Zəfər Gününə həsr olunan tədbirlərdə iştirak edib FOTOLAR

Unikal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Milli Məclisin deputatı Ağalar Vəliyev Xaçmaz rayonunda 8 noyabr – Zəfər Gününə həsr olunan konfransda iştirak edib.

"Unikal" xəbər verir ki, konfransdan öncə rayon rəhbərliyi və ictimaiyyətin nümayəndələrilə birgə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub və abidənin önünə tər gül dəstələri qoyulub. 

“Şanlı qürur tariximiz” adlı konfransda çıxış edən Milli Məclisin üzvü, Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev və başqa natiqlər qeyd ediblər ki, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi altında Vətən Müharibəsi və ondan sonrakı dövrdə Azərbaycan misilsiz hərbi, siyasi, diplomatik qələbələr qazanıb, ərazi bütövlüyümüz və suverenliyimiz tam təmin olunub.

Vətən müharibəsində əldə olunan tarixi Qələbənin arxasında müdrik siyasi və hərbi diplomatiya, xalq-dövlət birliyi, möhtərəm Prezidentimiz İlham Əliyevin dərin zəkası və uzaqgörən siyasəti dayanır. Bu gün Azərbaycan şanlı Zəfərimizdən və doğma Qarabağımıza Böyük Qayıdışımızdan  irəli gələn yeni hədəflərini müəyyənləşdirən qalib dövlət və xalq kimi müstəqilliyinin ən qüdrətli dövrünü yaşayır.  

Böyük qələbəmizin qazanılmasında əziz xatirələri hər zaman ehtiramla yadd olunan qəhrəman şəhidlərimizin, eləcə də igid qazilərimizin misilsiz  xidmətləri olub. Həmişə dövlətçiliyimizə sədaqəti ilə seçilən Xaçmaz rayonun sakinləri müharibə dövründə istər ön, istərsə də arxa cəbhədə fədakarlıq göstərərək qələbəmizin əldə olunmasına öz layiqli töhfələrini verib, onlardan bir çoxu şəhidlik zirvəsinə ucalaraq Vətənin müxtəlif orden və medalları ilə təltif edilib.

Tədbirdə xüsusi olaraq vurğulanıb ki, şəhid ailələri və müharibə əlilləri hər zaman Prezident İlham Əliyevin və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın hərtərəfli diqqəti və qayğısı ilə əhatə olunub. 

Konfransda və konfransdan sonra şəhid ailələri və qazilərlə keçirilən  görüşdə bildirilib ki, ölkə rəhbərliyinin bu istiqamətlərdəki dövlət siyasətinə dəstək olaraq Ağalar Vəliyev millət vəkili kimi təmsilçisi olduğu 57 saylı Seçki Dairəsi üzrə  Xaçmaz rayonundan olan şəhid ailələrinə və Qarabağ əlillərinə həmişə həssaslıqla yanaşıb,  öz maddi və mənəvi dəstəyini onlardan əsirgəməyib. 
Beləki, deputatın təşəbbüsü və təşkilatçılığı ilə cari ilin oktyabr ayında Xaçmaz rayonundan şəhid və qazi ailəsi üzvləri daxil olmaqla 62 nəfər Şuşa-Xankəndi-Laçın turuna göndərilib, 2016-cı ilin Aprel döyüşlərinin, 2020-ci ilin Vətən müharibəsinin, 2023-cü ilin Antiterror əməliyyatının 27 şəhidinin ailəsinə ildönümü mərasimlərinin keçirilməsi üçün maliyyə dəstəyi göstərilib və şəhidlərimizin ruhuna ehtiram əlaməti olaraq 550 nəfərlik ehsan mərasimi təşkil edilib.

Həmçinin, Zəfər Günü münasibətilə 111 şəhid ailəsinə və 119 Qarabağ əlilinə sosial problemlərinin həllinə köməklik məqsədilə maliyyə dəstəyi göstərilib. Görüş iştirakçılarına bildirilib ki, millət vəkili tərəfindən qeyd olunan, eləcə də, digər istiqamətlərdə müvafiq işlər bundan sonra da davam etdiriləcək.

Səmimi şəraitdə keçən görüşün iştirakçıları şəhid ailələrinə və müharibə əlillərinə göstərilən hərtərəfli dövlət qayğısına görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.
 


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:104
embedMənbə:https://unikal.az
archiveBu xəbər 07 Noyabr 2024 11:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see252

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see231

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see215

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see213

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see210

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see205

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see184

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see181

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see176

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see166

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see166

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see165

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see156

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see151

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see149

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see148

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see144

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see143

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri