Icma.az
close
up
RU
Millət vəkilindən mühüm açıqlama: Məişət zorakılığı ailə institutunun dağılmasına səbəb ola bilər

Millət vəkilindən mühüm açıqlama: Məişət zorakılığı ailə institutunun dağılmasına səbəb ola bilər

Moderator.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

 "Məişət zorakılığı dünyada ən aktual problemlərdən biri hesab olunur. BMT və Dünya Səhiyyə Təşkilatının açıqladığı statistika göstərir ki, hər il dünyada qadınların ən azı üçdə biri müxtəlif formalarda məişət zorakılığına məruz qalır. Azərbaycanda bu istiqamətdə bir çox işlər görülsə də və məişət zorakılığının qarşısını almaq üçün qanunvericilik bazası davamlı olaraq təkmilləşdirilsə də, hələ də bu sahədə arzu olunan nəticəyə çatmaq mümkün olmayıb".

Moderator.az xəbər verir ki, bunu millət vəkili Azay Quliyev  Milli Məclisdə məişət zorakılığının qarşısının alınması və qısa müddətli mühafizə orderlərinin verilmə mexanizminin təkmilləşdirilməsi barəsində  çıxışı zamanı deyib.

Millət vəkilinin sözlərinə görə, bugünkü qanun layihəsi əsasən məişət zorakılığı ilə bağlı daxil olan müraciətlərin baxılma prosedurunun və qəbul olunacaq qərarların əhatə dairəsinin genişləndirilməsini nəzərdə tutur və əlbəttə, bu dəyişikliklər dəstəklənməlidir.:

"Lakin təcrübə göstərir ki, məişət zorakılığı hallarının araşdırılması, xüsusilə qısamüddətli mühafizə orderlərinin verilməsi mexanizmi yenidən işlənilməlidir. Qüvvədə olan qanunvericiliyə əsasən, məişət zorakılığı barədə şikayətdə cinayət tərkibi olmadıqda şikayətlərin baxılması yerli icra hakimiyyəti orqanlarının səlahiyyətindədir.

Müraciət edilən andan 24 saat ərzində yerli icra hakimiyyəti zorakılığı törədən şəxsə xəbərdarlıq etməli və zərər çəkmiş şəxsə 60 gün müddətinə qısamüddətli mühafizə orderi verməlidir. Burada problem ondan ibarətdir ki, bir sıra hallarda qısamüddətli mühafizə orderi icra hakimiyyəti tərəfindən vaxtında verilmir. Bəzən bu müddət bir həftə, bir ay və ya daha çox olur. Hətta elə hallar olub ki, müraciət edən şəxsə “bu sahəyə baxan icra hakimiyyəti başçısının müavini məzuniyyətdədir, müraciətə baxa bilmirik”,- deyə cavabı verilib. Bu gecikmələr təkcə subyektiv deyil, həm də qanunvericilikdən irəli gələn obyektiv amillərlə bağlıdır. Çünki bu tip müraciətlərin baxılması və cavablandırılması mexanizmi çox mürəkkəb və qeyri-rasionaldır".

Azay Quliyev vurğulayır ki, qanunvericiliklə bu işin təşkili icra hakimiyyəti  başçısının müavininn rəhbərliyi ilə yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalara, qəyyumluq və himayə orqanlarına, təhsil və tibb müəssisələrinə və yardım mərkəzlərinə həvalə olunub. Belə bir mürəkkəb mexanizm heç şübhəsiz ki, operativ qərar qəbulu prosesinə mənfi təsir göstərir:

"Digər tərəfdən, yerli icra hakimiyyəti bu sahədə ixtisaslaşmış qurum olmadığından, məişət zorakılığına dair müraciətlərdə cinayət tərkibini dəqiq müəyyən etməkdə və ya qısamüddətli mühafizə orderinin tələblərinə əməl olunmasına effektiv nəzarət etməkdə çətinlik çəkirlər, başqa sözlə, bu iş onlar üçün əlavə yükə çevrilir. Nəticədə verilmiş qısamüddətli mühafizə orderlərinin sayı ilə daxil olan şikayətlər arasında çox böyük qeyri-mütənasiblik yaranır. Məsələn, 2023-cü ildə Daxili İşlər Nazirliyinə məişət zorakılığı ilə bağlı 9389, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə 521, qeyri-dövlət yardım mərkəzlərinə isə 12000-dən çox müraciət daxil olmuşdur. Bu məlumatları ümumiləşdirsək, görərik ki, keçən il təxminən 22 minə yaxın məişət zorakılığı hadisəsi baş verməsinə baxmayaraq cəmi 180 qısamüddətli mühafizə orderi verilib"

Başqa bir statistik göstəricini diqqətə çatdıran millət vəkili deyib ki, 2023-cü ildə DİN-ə məişət zorakılığı ilə əlaqədar daxil olan müraciətlərdən 1236-sı qəsdən sağlamlığa yüngül, 88-i az ağır, 49-u ağır zərər vurma, 62-si qəsdən adam öldürmə, 18-i adam öldürməyə cəhd və digər cinayətlərdən ibarət olub:

"Bu orderlər vaxtında verilsəydi, bəlkə də, ölümlə və digər ciddi fəsadlarla nəticələnən bir çox hadisələrin qarşısını almaq mümkün olardı.

Ona görə də təklif edirəm ki, dünya praktikasına uyğun olaraq, qısamüddətli mühafizə orderlərinin verilməsi səlahiyyəti dəyişdirilərək polis orqanlarına verilsin. Bu, həm orderlərin verilməsində operativliyi, həm də zərərçəkmişlərin müdafiəsini və orderin tələblərinin yerinə yetirilməsini daha etibarlı şəkildə təmin edər.

Bundan başqa, məişət zorakılığından zərərçəkmiş şəxslərin uzunmüddətli mühafizə orderi almaq üçün məhkəməyə müraciət etdikdə onların dövlət rüsumundan azad olunmasını təklif edirəm.

Heç kimə sirr deyil ki, məişət zorakılığı cəmiyyətdə aqressiv meylləri artırmaqla yanaşı, ailələrin dağılmasına, boşanmaların artmasına, zorakılıq mühitində böyüyən uşaqların mənəvi və psixoloji durumunun pozulmasına səbəb olur. Bu baxımdan, 2023-cü ildə boşanmalarla bağlı mövcud durum hamımızı ciddi düşündürməlidir. Belə ki, keçən il nigahların sayı 54200 olduğu halda, boşanmaların sayı 21688 olub. Bu rəqəm boşanma əmsalının yeni qurulan ailələrlə müqayisədə 40 faizi, az qala yarısı deməkdir".

Azay Quliyev Ailə və Qadın Komitəsinin sorğusuna əsasən  qeyd edib ki, boşanmaların səbəbləri arasında məişət zorakılığı ikinci yerdədir:

"Bu hal belə davam edərsə, gələcəkdə ölkəmizdə demoqrafik  problemlərin yaranmasına, ən əsası isə güvəndiyimiz ailə institutunun ciddi təhlükə ilə üz-üzə qalmasına səbəb ola bilər. Ona görə də hesab edirəm ki, məişət zorakılığına sadəcə ailə daxili münaqişə kimi baxılmamalı, bu sahədəki qanunvericilikdə olan boşluqlar aradan qaldırılmalı, dövlət qurumları ilə yanaşı ictimaiyyət də üzərinə düşəni etməlidir".

Moderator.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:79
embedMənbə:https://moderator.az
archiveBu xəbər 07 Noyabr 2024 16:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see278

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see193

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see174

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see161

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see159

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see157

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see152

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see147

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see144

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see142

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see140

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see140

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see138

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see137

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see137

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see136

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see135

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see132

Hökumə Əliyevaya həsr edilən film yenə təxirə düşdü SƏBƏB

24 Dekabr 2025 12:09see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri