Icma.az
close
up
RU
Millətimizin inkişafının təməlində məhz bu amillər dayanır

Millətimizin inkişafının təməlində məhz bu amillər dayanır

Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Tariximizin şanlı səhifələrindən biri olan Şuşa şəhərinin düşmən işğalından azad edilməsinin dördüncü ili tamam olur. Təcavüzkar Ermənistan tərəfindən şəhər işğal edildikdən sonra Azərbaycan xalqı daim onun nə zaman, necə azad ediləcəyini düşünüb, illər ötdükcə bu ümidlər də azalıb. Nəhayət, cənab Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi altında 2020-ci il sentyabrın 27-dən başlayan Vətən müharibəsinin 8 noyabr günündə bu həsrətə son qoyuldu. Dövlət başçımızın verdiyi qələbə xəbəri milləti sevinc göz yaşları selinə bürüdü. 
Qələbənin qazanılmasında iqtisadi güc, siyasi iradə, milli birlik, Qusardan Astaraya, Naxçıvandan Ağstafaya qədər bütün şəhər, rayon, qəsəbə və kəndlərdən vətəndaşlarımızın tək bayraq altında tək millət kimi dəmir yumruq ətrafında birləşərək tək dövlət, tək vətən uğrunda ədalətli, azadlıq müharibəsinə çiyin-çiyinə getmələri, səmərəli xarici siyasət, güclü ordu, Azərbaycan hərbçisinin qəhrəmanlığı, cənab Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin uca şəxsiyyəti, üstün zəkası, prinsipial mövqeyi, qəti iradəsi, mahir diplomatiyası, dahiyanə strateqliyi, yüksək sərkərdəlik məharəti, millətin dövlət rəhbərinə böyük inam və etimadı, Heydər Əliyev Fondunun rəhbəri hörmətli Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Bakıda keçirilən dinlərarası, sivilizasiyalararası dialoq forumlarının, müxtəlif ölkələrdəki tədbirlərin “yuşmaq güc” rolunu oynaması vacib amillər oldu”.

Ölkə.Az xəbər verir ki, bunu Milli Məclis sədrinin müavini Musa Qasımlı parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib.

Vitse-spiker əlavə edib ki, 1992-ci ildə Şuşanın təcavüzkar Ermənistan tərəfindən işğal edilməsi, 2020-ci ildə isə şanlı Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad olunması bir sıra ibrət dərsləri verir. Şuşa şəhəri ölkəmizdə xaos, anarxiya, dövlət hakimiyyətinin qanadları arasında intriqalar, dövlət rəhbərləri zəif olanda işğal edilmişdi: “Şəhər və digər torpaqlarımız ölkəmizdə sabitlik, ciddi qayda-qanun, güclü dövlət,  qüdrətli dövlət rəhbəri, millət dövlətinin yanında olanda xilas edildi. Deməli, millətimizin və dövlətimizin bundan sonra da inkişafının və qarşıya qoyduğu hədəflərə çatmasının təməlində məhz bu amillər dayanır. 
Şuşada və digər yaşayış məntəqələrində planlı aparılan dirçəliş işləri, vətəndaşlarımızın doğma yurdlarına qayıtmaları qürur verir”.

Mürtəza
Ölkə.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:122
embedMənbə:https://olke.az
archiveBu xəbər 07 Noyabr 2024 11:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see298

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see296

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see295

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see290

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see286

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see286

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see268

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see267

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see263

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see262

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see248

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see244

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see238

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see229

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see226

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see224

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see214

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see208

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see206

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri