Millətlər Birliyinin Baş katibinin müavini: Xəzər dənizi və ada dövlətləri arasında əməkdaşlıq iqlim həllərini gücləndirir
Icma.az, Azertag portalına istinadən məlumat verir.
London, 9 oktyabr, AZƏRTAC
Millətlər BirliyiNİN Katibliyi ilə COP29 Sədrliyi arasında tərəfdaşlıq böyük əhəmiyyət daşıyır. çünki bu əməkdaşlıq iqlim dəyişikliyi nəticəsində dəniz səviyyəsində müxtəlif çağırışlarla üzləşən regionları bir araya gətirir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Millətlər Birliyinin Baş katibinin müavini Arjun Suddhu deyib.
O bildirib ki, fərqli kontekstlər arasında dialoqu asanlaşdırmaq daha geniş anlayışın, innovativ həllərin, həm yerli şəraitə həssas, həm də qlobal dəniz səviyyəsi problemlərinə cavab verən adaptiv yanaşmaların formalaşmasına imkan yaradır. “Xəzər dənizində suyun səviyyəsinin enməsi ilə üzləşən ölkələr ilə dəniz səviyyəsinin artmasından əziyyət çəkən ada dövlətləri arasında dialoqun təşkili həm daha geniş anlayış yaradır, həm də innovativ və yerli şəraitə uyğunlaşdırılmış adaptasiya həllərini təşviq edir”, – deyə o vurğulayıb.
Arjun Suddhu, həmçinin qeyd edib ki, bu əməkdaşlıq Apia Okean Bəyannaməsini gücləndirir və yüksəksəviyyəli öhdəliklərin real addımlara, bilik mübadiləsinə, birgə tədqiqatlara və məsuliyyətli okean idarəçiliyi üzrə adaptiv strategiyalara çevrilməsinə xidmət edir.
Qeyd olunub ki, dünyada sahil xəttlərinin yalnız 10–15 faizi dəniz səviyyəsinin enməsi ilə üzləşir, əksər regionlarda isə səviyyə yüksəlir. Bildirilib ki, Millətlər Birliyinin 56 üzvündən 49-nun okeana çıxışı var və bu, iqlim və resurs təzyiqlərinə birgə yanaşmanı zəruri edir. A.Suddhu əlavə edib ki, problemlər regiondan asılı olaraq dəyişdiyi üçün həllər yerli şəraitə uyğunlaşdırılmalı, lakin qlobal səviyyədə əlaqələndirilməlidir.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
Baxış sayı:77
Bu xəbər 09 Oktyabr 2025 12:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















