Millətlər Liqası: Azərbaycan yığması İsveçdən D Liqasına döyülərək yola salındı
Fanat saytından alınan məlumata görə, Icma.az bildirir.
Azərbaycan milli komandasının UEFA Millətlər Liqasının C Liqasında bu gün sonuncu oyununu keçirib.
Fanat.Az xəbər verir ki, Fernandu Santuşun komandası səfərdə İsveçlə qarşılaşıb.
Solna şəhərindəki "Friends Arena"da baş tutacaq 6-cı turun oyununda millimizi yalnız qələbə qane etsə də, fiasko yaşanıb. Yığma qapısından 6 cavabsız qol buraxaraq İsveçdən biabırçı məğlubiyyətlə dönüb.
Beləliklə, Santuşun komandası 6 oyunda cəmi 1 xal toplayaraq tsikli qrup sonuncusu kimi başa vurub. Növbəti Millətlər Liqasında yığma artıq D Liqasında - "cırtdanlar"la yarışacaq.
UEFA Millətlər Liqası
C Liqası, 1-ci qrup
VI tur
19 noyabr
İsveç – Azərbaycan 6:0
Qollar: Kulusevski, 10, 57. Dyökereş, 26, 37, 58, 70.
Aleksandr İsak 48-ci dəqiqədə penaltidən yararlana bilməyib (qapıçı)
Baş hakim: Pavel Raçkovski (Polşa)
Solna, "Friends Arena".
İsveç: 12. Viktor Yohansson, 15. Karl Starfelt, 5. Qabriel Qudmunsson, 13. Ken Sema, 18. Yasin Ayari, 16. Yesper Karlström, 21. Deyan Kulusevski (k), 14. Anton Saletros, 22. Sebastian Nanasi, 17. Viktor Dyökereş, 9. Aleksandr İsak
Baş məşqçi: Yon Dal Tomasson
Azərbaycan: 23. Rza Cəfərov, 5. Anton Krivotsyuk, 15. Bədavi Hüseynov (k), 4. Bəhlul Mustafazadə, 2. Amin Seydiyev, 6. Ozan Can Kökcü, 7. Coşqun Diniyev, 20. Aleksey İsayev, 17. Toral Bayramov, 10. Mahir Emreli, 9. Nəriman Axundzadə
Baş məşqçi: Fernandu Santuş
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 20 Noyabr 2024 01:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















