Milli Assambleya Lekornu hökumətinə etimadsızlıq təklifini qəbul etməyib
Icma.az, Ayna portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Spiker: “Lazımi səs çoxluğu əldə olunmadı, etimadsızlıq təklifi qəbul edilmədi”
Fransa Parlamentinin aşağı palatası, Milli Assambleya ifrat solçu "France Insoumise" Partiyasından olan Baş nazir Sebastien Lekornu hökumətinə qarşı irəli sürdüyü etimadsızlıq təklifinin əleyhinə səs verib. AYNA.AZ xəbər verir ki, bu barədə BFMTV məlumat yayıb.
Milli Assambleyanın spikeri Yael Bron-Pivet səslər hesablandıqdan sonra "Etimadsızlıq təklifinin lehinə 271 səs verildi. Lazımi səs çoxluğu əldə olunmadı, etimadsızlıq təklifi qəbul edilmədi" deyə bildirib.
Hökumətin istefaya göndərilməsi üçün minimum 289 səs lazımdır.
Cümə axşamı günü daha sonra sağçı millətçi “Milli Birlik” Partiyası və Respublika Uğrunda Hüquq İttifaqının təşəbbüsü ilə hökumətə başqa bir təklif üzrə səsvermə keçiriləcək.
Baxış sayı:90
Bu xəbər 16 Oktyabr 2025 17:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















