Milli Azərbaycan Tarixi Muzeyində 20 Yanvar faciəsini əks etdirən rəsm əsəri triptixinin təqdimatı keçirilib AZƏRTAC
Icma.az, Azertag portalına istinadən məlumat verir.
Bakı, 18 yanvar, AZƏRTAC
Milli Azərbaycan Tarixi Muzeyində 20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
Muzeydən AZƏRTAC-a bildirilib ki, əvvəlcə Dövlət Himni səsləndirilib, ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda şəhid olan hərbçilərimizin xatirəsini bir dəqiqəlik sükutla yad edilib.
Milli Azərbaycan Tarixi Muzeyinin direktor müavini Məhfuzə Zeynalova 20 Yanvarın tariximizə təkcə faciə kimi yox, həm də mübarizlik, qəhrəmanlıq günü kimi daxil olduğunu vurğulayıb.
İnnovasiyalar və təhsil proqramları şöbəsinin müdiri Fəridə Şəmsi və həmin şöbənin baş mütəxəssisi Aynur Babayeva öz çıxışınlarında Qanlı Yanvar hadisələri zamanı xalqımızın başına gətirilən müsibətlərdən və Azərbaycan xalqının azadlıq mübarizəsindən danışıblar.
Sonra Milli Azərbaycan Tarixi Muzeyinə hədiyyə edilmiş Azərbaycan Rəssamlar İttifaqının üzvü Esmeralda İslamova-Tağızadənin 20 Yanvar faciəsini əks etdirən rəsm əsəri triptixinin təqdimatı keçirilib.
Bədii hissədə Şövkət Ələkbərova adına 20 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdlərinin ifasında “Humayun” muğamı, “Lay-lay” əsəri, “Azərbaycan” mahnısı, “Həyat” rəqs qrupunun ifasında “Qərənfil rəqsi”, “SanSara” - beynəlxalq gimnastika, akrobatika və rəqs akademiyasının üzvləri tərəfindən qanla yazılan azadlıq tariximizə həsr edilmiş “Zülmətdə işiq” adlı kompozisiyası, “Ağla, qərənfil” şeiri təqdim olunub. Tədbirdə “Esmeralda” uşaq və yeniyetmə yaradıcılıq studiyasının üzvlərinin rəsm əsərləri də sərgilənib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 18 Yanvar 2025 11:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















