Icma.az
close
up
RU
Milli birliyin möhtəşəm təntənəsi

Milli birliyin möhtəşəm təntənəsi

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

8 Noyabr Zəfər təntənəsinə 3 gün qalıb. Bu tarix Azərbaycan xalqının ən qürurlu, şanlı günüdür. Həmin gün tarixə suverenliyimizin, ərazi bütövlüyümüzün təmin edilməsi kimi yazıldı. Artıq 5 ildir ki, xalqımız 30 il ərzində talanan, yandırılan, həyat nişanələri məhv edilən Qarabağ və Şərqi Zəngəzurun düşmən tapdağından azad edildiyi günü möhtəşəm təntənələrlə qeyd edir.

2020-ci il noyabrın 8-də xalq, iqtidar və ordu arasındakı möhkəm birliyin uğurlu nəticəsi olaraq müqəddəs Vətən torpaqlarının işğaldan azad olunduğu gün! Son iki yüz ilə yaxın dövrdə erməni millətçiliyinin həyata keçirdiyi qəsbkarlıq və etnik təmizləmələr silsiləsinə son qoyulduğu gün.

2023-cü il sentyabrın 19-20-də həyata keçirilən antiterror əməliyyatı isə 44 günlük müharibədə əldə edilmiş tarixi Zəfərin məntiqi yekunu oldu: Ermənistan tərəfindən yaradılmış kriminal xunta rejiminin fəaliyyətinə birdəfəlik son qoyuldu, Azərbaycanın suverenliyi onun bütün ərazisində bərqərar edildi.

Məhz bu gündən sonra illərdir təqvimlərimizdə hüznlə qeyd etdiyimiz faciəvi günlər arxada qaldı, biz Şuşanın, Xankəndinin, Xocalının, Laçının və digər şəhər və rayonlarımızın işğaldan azad olunduğu günləri bayram etməyə başladıq. Təqvimdə Zəfər Günü kimi yeni bayram qeyd olunmağa başladı.

Son üç onillik ərzində həyata keçirilən uğurlu xarici və daxili siyasət, nəhayət, ölkə başçısı, Ali Baş Komandan, möhtərəm İlham Əliyevin möhkəm iradəsi, dəmir yumruğu sayəsində öz bəhrəsini verdi. Şəhidlərimizin qanı-canı bahasına, qazilərimizin fədakarlığı sayəsində qazandığımız misilsiz qələbə regionda yeni reallıq yaratdı, Azərbaycan “münaqişənin hərbi həlli yoxdur” tezisinin yanlış olduğunu sübuta yetirdi. Ulu öndərin vəsiyyəti uğurla yerinə yetirildi, Azərbaycan torpaqlarının işğalına son qoyuldu, tarixi ədalətin bərpa olunması xalqımızı uzun illər davam edən məğlubiyyət acısından qurtardı. Bütün dünya gördü ki, Azərbaycan haqsızlıqla barışmayan qüdrətli dövlətdir, Azərbaycan xalqı qalib xalqdır.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri dünya hərb tarixinə yeni şanlı səhifələr yazdı.

Ulu öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, Prezident İlham Əliyev 2003-cü il oktyabrın 31-də andiçmə mərasimindəki nitqində qətiyyətlə verdiyi vədi yerinə yetirdi: “Azərbaycanın torpaqları işğaldan azad olunmalıdır, bir milyondan artıq qaçqın və köçkün öz doğma yurdlarına qayıtmalıdır, ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir”. Ərazi bütövlüyümüzün təminatçısı kimi Azərbaycan dövlətinin və xalqının pozulmuş konstitusion hüquqlarını tam bərpa etdi.

Artıq bu gün ay-ulduzlu üçrəngli bayrağımız Azərbaycan torpağının hər guşəsində inamla dalğalanır.

Vətən müharibəsindəki qələbəmizin beşinci ildönümünü ölkəmizin həyatında daha bir əlamətdar günlə eyni vaxtda – Konstitusiyamızın qəbul edilməsinin 30-cu ildönümü ilə bir ərəfədə qeyd etməyimiz hər bir Azərbaycan vətəndaşının, harada yaşamasından asılı olmayaraq hər bir soydaşımızın qəlbini ikiqat fərəh hissi ilə doldurur.

Vaxtilə yurd-yuvalarından didərgin düşmüş insanlarımız bu gün böyük sevinc hissi ilə Qarabağ və Şərqi Zəngəzurdakı ata-baba yurdlarına qayıdırlar.

Bu Zəfər bayramı Ali Baş Komandan ətrafında birləşərək “Dəmir yumruq” yaradan Azərbaycan xalqının indiyədək misli görünməmiş qəhrəmanlıq salnaməsi, birlik, şərəf, məğrurluq, qürur və ədalət bayramıdır, müzəffər ordumuzun qüdrətini bütün dünyaya bəyan edən möhtəşəm hadisədir. Bu qələbə Azərbaycanın təkcə döyüş meydanında deyil, həm də diplomatik müstəvidə əldə etdiyi qələbədir.

Musa NƏBİOĞLU,
Azərbaycan Aşıqlar Birliyinin katibi, Əməkdar mədəniyyət işçisi

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 06 Noyabr 2025 11:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see400

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see396

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see384

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see263

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see255

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see240

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see224

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see216

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see215

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see204

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see193

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see190

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see189

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see188

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see181

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see179

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see177

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see174

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see173

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri