Icma.az
close
up
RU
Milli dəyərlər və vətəndaşlıq

Milli dəyərlər və vətəndaşlıq

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Hər bir xalqın ruhu, tarixin güzgüsündə əks olunan nur kimidir – bir tərəfdən zamanın üzərində rəqs edən bir işıq, digər tərəfdən keçmişin kökündən boy verib gələcəyə uzanan bir çinar kimi. Azərbaycan xalqı əsrlərin süzgəcindən süzülüb gələn milli-mənəvi dəyərlərini bir çıraq kimi qoruyaraq, onu nəsildən-nəslə ötürməyə müvəffəq olmuş xoşbəxt bir xalqdır. Bu dəyərlər nəinki bir xalqın varlığını, həm də onun ruhunun əbədiyaşarlığını təmin edən bir yadigardır.

Əlamətdar haldır ki, tariximizin qan yaddaşı ilə yoğrulmuş hər daş, hər qaya, hər muğam sədası bizə özümüzü xatırladır. Bu torpağın nəfəsində türkün səsi var, bu yurdun ruhunda atlı babalarımızın nərəsi əks-səda verir. Bizim mədəniyyətimiz tarixin qaranlıq sularından süzülərək aydınlığa çıxan bir inci kimidir – nə basdırıldıqca yox olar, nə də zamanın sərt dalğaları ilə itib gedər. Çünki biz, keçmişin izində addımlayan, gələcəyin yolunu açan bir millətik.

Azərbaycanın milli-mənəvi dəyərləri bir nəğməni xatırladır – min illərin rüzgarında pıçıltıya çevrilib bizə çatan, səssizcə qulağımıza fısıldayan ilahi bir səsdir o nəğmə. O nəğmədə türkçülüyümüz, azərbaycançılığımız, inancımız, dilimiz, muğamımız və tariximizin əbədi izləri var. O nəğməni eşidən hər kəs bilir ki, Azərbaycan var olduqca, bu nəğmə heç vaxt susmayacaq!

Şübhəsiz ki, milli-mənəvi dəyərlərimiz təkcə mədəniyyətimizin ayrılmaz parçası deyil, eyni zamanda, kimliyimizin, varlığımızın, tariximizin və gələcəyimizin yenilməz sütunlarıdır. Azərbaycan xalqı minilliklər boyunca öz dəyərlərini qoruyaraq, onları nəinki yaşatmış, eyni zamanda zənginləşdirərək gələcək nəsillərə ötürmüşdür. Bu dəyərlərin təməlində türkçülük, azərbaycançılıq və İslam dini dayanır ki, bu da bizi həm mənəvi, həm də ideoloji cəhətdən bütövləşdirən amillərdəndir.

Hər xalqın ruhu onun keçmişində, mədəniyyətində və milli kimliyində əks olunur. Azərbaycan xalqı da öz tarixi kökləri ilə Şərq və Qərb mədəniyyətlərinin qovuşduğu bir geosiyasi nöqtədə bərqərar olaraq, özünəməxsus dəyərlərini formalaşdırmışdır. Lakin bu dəyərlərin əsas sütunlarından biri, heç şübhəsiz, ki türkçülükdür. Azərbaycan xalqı türk dünyasının ayrılmaz hissəsidir və bu bağlılıq tarixin ən qədim dövrlərindən etibarən həyatımızın hər bir guşəsində öz izini buraxmışdır.

Tarix sübut edir ki, Azərbaycanın yerləşdiyi coğrafi məkan təkcə Şərqlə Qərbin kəsişmə nöqtəsi deyil, eyni zamanda, Böyük Turan ideyasının, türklüyün və dövlətçilik ənənələrinin beşiyi olmuşdur. Qədim Azərbaycan torpaqlarında Oğuz türkləri məskunlaşmış, atəşpərəstlikdən İslama qədər müxtəlif inanclar burada harmonik şəkildə mövcud olmuşdur. Azərbaycan xalqı tarix boyu türk köklərini qürurla qoruyub saxlamış, bunu öz dili, mədəniyyəti, ənənələri və dövlətçilik təcrübəsi ilə təsdiqləmişdir.

Azərbaycançılıq ideyası həm bizim dövlət konsepsiyamızın, həm də bizim tariximizin, milli ruhumuzun və mədəni özünəməxsusluğumuzun ifadəsidir. Bu ideya özündə həm türk birliyini, həm də Azərbaycanın spesifik milli kimliyini cəmləşdirir. Böyük mütəfəkkir Əli bəy Hüseynzadənin dediyi kimi, “Türkləşmək, islamlaşmaq və müasirləşmək” Azərbaycanın milli-mənəvi inkişaf yolunun əsas istiqamətlərindən biri olmuşdur.

Sevindirici haldır ki, Azərbaycan xalqı öz milli dəyərlərini qorumaqla, həm  də türk dünyası ilə öz birlik və əhdətini daim qoruyub saxlamağa nail olmuşdsur. Bu gün bu bağlılıq daha da güclənməkdədir. Türk Dövlətləri Təşkilatının elə buruda bizim üçün müqəddəs sayılan Naxçıvan torpağında yaranması, Azərbaycan və Türkiyə arasında “Bir millət, iki dövlət” prinsipi əsasında qurulmuş qardaşlıq münasibətləri, türk dünyasının birləşməsi yolunda atılan addımlar bu dəyərlərin gələcəyə daşınmasını təmin etmişdir. Azərbaycanın Qarabağ zəfəri də türklüyün gücünü, birlik və həmrəyliyini dünyaya sübut edən əlamətdar və misligörülməmiş tarixi hadisələrdən biri olmuşdur.

Qeyd etmək vacibdir ki, Azərbaycan xalqı əsrlər boyu terkçülüklə yanaşı İslam dininin də humanist, maarifləndirici və milli dəyərlərlə uzlaşan əsaslarını qəbul edərək onu öz mədəniyyətinə hopdurmuşdur. İslam sadəcə bir inanc deyil, xalqımızın ruhunu bəsləyən, onun mənəvi dirçəlişini təmin edən ulu fövqəladə bir qüvvədir. Tarixən müxtəlif təzyiqlərə, xüsusən də sovet dövrünün repressiyalarına baxmayaraq, Azərbaycan xalqı öz dinini qorumağı bacarmışdır. Sovet ittifaqının sərt qadağalarına baxmayaraq, xalqımız bu dəyərləri öz qəlbində yaşadaraq, onları gələcək nəsillərə ötürmüşdür.

1993-cü ildə ulu öndər Heydər Əliyevin ölkənin idarəçiliyinə yenidən qayıtması ilə bir çox dini-tarixi abidələrimiz bərpa olundu, xalqımızın mənəvi dirçəlişi başladı. Bibi Heybət məscidinin yenidən inşası, Təzəpir məscidinin bərpası, Azərbaycanın müxtəlif bölgələrində məscidlərin, ziyarətgahların yenidən qurulması məhz bu siyasətin bariz nümunəsi idi. Bu gün də Azərbaycan dövləti İslam dəyərlərinə hörmətlə yanaşır, həmçinin multikulturalizmi və dinlərarası tolerantlığı qoruyaraq bütün dinlərin sülh içində yaşamasına şərait yaradır.

Milli-mənəvi dəyərlərimizin bir nümunəsi də şübhəsiz ki, ana dilimizdir. Dil hər bir xalqın varlığının, kimliyinin və milli-mənəvi dəyərlərinin daşıyıcısıdır. Azərbaycan dili təkcə ünsiyyət vasitəsi deyil, eyni zamanda, xalqımızın tarixi və mədəni kodudur. 2001-ci ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü və tarixi qərarı ilə respulblikamızda rəsmi olaraq latın qrafikasına keçid xalqımız milli kimliyini daha da gücləndirib, dilimizin beynəlxalq aləmdə mövqeyini möhkəmləndirmişdir. Dövlət tərəfindən dilin inkişafına göstərilən qayğı, müxtəlif dil və mədəniyyət layihələrinin həyata keçirilməsi, milli ədəbiyyatın və folklorun qorunması Azərbaycan dilinin gələcək nəsillər üçün daha da möhkəm təçəllərlə çatdırılmasına xidmət edir.

Milli-mənəvi dəyərlər deyəndə, əlbəttə ki, göz önümüzə mədəniyyətimizin incisi olan muğam gəlir. Heç şübhəsiz ki, muğam Azərbaycan xalqının ruhunun, mənəvi dünyasının ifadəsidir. Bu musiqi janrı bizə atalarımızdan miras qalan müqəddəs bir irsdir. Türk dünyasının musiqi ənənələri içərisində Azərbaycan muğamı özünəməxsus yeri ilə seçilir. Qloballaşma proseslərinin təsiri ilə bir çox milli dəyərlər yox olma təhlükəsi ilə üzləşsə də, muğam bu fırtınalara sinə gərərək öz mövcudluğunu qoruyub saxlayır və gücləndirir.

Bu sahədə Heydər Əliyev Fondu və onun prezidenti Mehriban xanım Əliyevanın gördüyü işlər xüsusi vurğulanmalıdır. Muğam müsabiqələrinin təşkili, beynəlxalq festivalların keçirilməsi, gənc muğam ifaçılarının yetişdirilməsi Azərbaycan mədəniyyətinin dünyaya tanıdılması baxımından mühüm addımlardır.

Azərbaycan türklüyün, islamın və müasirliyin vəhdətini özündə birləşdirən ölkədir. Bizim borcumuz budur ki, bu dəyərləri qoruyub saxlayaq, onları gələcək nəsillərə ötürək və türk dünyasının bir parçası kimi öz kimliyimizi daha da gücləndirək. Bütün bunlar onu sübut edir ki, Azərbaycan xalqı tarix boyu öz milli ruhunu qoruyub saxlamış və bu gün də türkçülük və azərbaycançılıq ideyaları əsasında inkişaf etməyə davam edir.

Biz tariximizi unutmamalı, türk dünyasının birliyi uğrunda çalışmalı və milli-mənəvi dəyərlərimizi qoruyaraq gələcək nəsillərə ötürməliyik. Çünki millətin ruhu, xalqın taleyi və ölkənin gələcəyi məhz bu dəyərlərin qorunub saxlanmasından asılıdır. Azərbaycan öz milli-mənəvi dəyərlərinə sahib çıxdıqca, türklük də, islam da, vətəndaşlıq da, bütövlüklə Azərbaycan da ucalacaqdır!

Odur ki, müasir dövrdə milli identikliyin qorunması, tariximizin dəqiq şəkildə gələcək nəsillərə çatdırılması üçün informasiya məkanında aparılan ideoloji təbliğat son dərəcə vacibdir. Xüsusilə, ölkəmizin Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin birbaşa rəhbərliyi ilə 44 günlük Vətən Müharibəsində qalib gəlməsi, qalib bir dövlət kimi tariximizə qəhrəmanlıq salnaməsi  yazılması bu istiqamətdə həyata keçirilən layihələrin dərindən araşdırılmasını vacib edir.

İRADƏ AĞAYEVA

Bakı Xoreoqrafiya Akademiyasının

Kitabxana-informasiya mərkəzinin müdiri

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:282
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 19 Mart 2025 10:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see329

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see322

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see315

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see287

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see258

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see250

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see238

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see233

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see227

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see223

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see218

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see217

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see213

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see212

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see210

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see204

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see196

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see193

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see187

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri