Icma.az
close
up
RU
Menu

Analitik baxış verilişində Əbu Dabi görüşü müzakirə edilib

Taksilərə nəzarət artırılır Süni intellektin rolu nədən ibarət olacaq?

Bugünkü döyüşü uduzduq, amma hələ müharibəni uduzmamışıq Sabah ın baş məşqçisi

Cica “Qarabağ”dan ayrıldı yeni klubu da məlumdur

Sabah dan güclüyük Riera

Görüntüsü yayılan vəzifəli şəxs işdən çıxarıldı FOTO

Kitabxananın oxucu və fəalları möhtəşəm konserti izlədilər

“Putin hər şeyi korladı və Trampla münasibətlər pozuldu” “The New York Times” KONKRET

12 oldular, bəy! “Kəpəz”dən daha bir lider getdi

“Dinamo” Bəxtiyora görə 2 milyon verdi

İranlı rəsmidən Trampa təhdid: “Dron onu vura bilər”

Ermənistan XİN: İlham Əliyevlə Nikol Paşinyanın Əbu Dabi görüşü uğurlu olub

Husi açıqladı: Gəmilərə hücumu davam etdirəcəyik!

KİV: Netanyahu hakimiyyəti saxlamaq üçün Qəzzada müharibəni qəsdən uzadıb

Naxçıvanda əsas kapitala 106 milyon manatdan çox vəsait yönəldilib

Ayın uzaq tərəfinin sirri açıldı Trilyon atom bombasının...

İsrail Qəzzada diplomatiyaya razıdır, amma güc tətbiq edə də bilər Netanyahu

Politoloq: Zəngəzur dəhlizi açılarsa, bu, kənar güclərin bütün Trans Xəzər regionunda ekspansiya planlarını pozacaq

Trampın Rusiya siyasəti: ABŞ lideri göyərçindən şahinə çevriləcəkmi? KİV

Adam söyüş söyür... Elmar Məmmədyarovun bu sözünə sabiq nazir cavab verdi: Yadıma düşmür ki, nə vaxtsa mən onu söyüm, ya da...

Milli dövlətçiliyimizin 9 əsrlik yadigarı

Milli dövlətçiliyimizin 9 əsrlik yadigarı

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Möminə xatun türbəsi Atabəylərin ölməz ana sevgisi abidəsidir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 22 may 2025-ci il tarixdə “Naxçıvan şəhərində yerləsən Möminə xatun türbəsi dünya əhəmiyyətli tarix-memarlıq abidəsinin bərpası və konservasiyası ilə bağlı tədbirlər haqqında” sərəncamı ölkə rəhbərinin milli-mənəvi dəyərlərimizin qorunub yaşadılmasına göstərdiyi diqqət və qayğının növbəti təzahürüdür.

Tarixi keçmişimizə dərin ehtiramı ifadə edən sənəddə deyilir: “Naxçıvan şəhərində yerləşən böyük tarix və mədəniyyət yadigarı Möminə xatun türbəsi Azərbaycan milli memarlığının möhtəşəm abidəsi və Şərq memarlığının incilərindən biridir. XII əsrin görkəmli Azərbaycan memarı Əcəmi Naxçıvaninin dühası ilə yaradılmış bu nadir və monumental sənət nümunəsi öz kompozisiya həllinə, kamilliyinə və zərifliyinə görə bütövlükdə İslam aləminin şah əsərləri sırasında fəxri yer tutur. Misilsiz gözəlliyə malik türbə Azərbaycanda həmin dövrlərdə yüksək inkişaf etmiş mədəniyyətin və dövlətçilik ənənələrinin mövcudluğunun əyani təcəssümüdür”. Göründüyü kimi, bu sənəd həm də mədəniyyət incilərimizin dünyaya tanıdılması baxımından böyük önəm daşıyır.

Ulu öndər Heydər Əliyev qədim Naxçıvanda Möminə xatun türbəsi kimi nadir sənət əsərinin ucaldılmasını mədəniyyətin və dövlətçiliyin yüksək səviyyədə olması ilə əlaqələndirərək demişdir: “Naxçıvan ərazisini götürsək, bu kiçik ərazidə həddindən çox dünya miqyaslı tarixi-memarlıq abidələri var. Onlar yüz illərlə durub, yaşayıbdır. Düzdür, bizlər çox vaxt bu abidəni gözəl memarlıq abidəsi kimi təbliğ edirik. Bu abidənin memarlıq qiyməti ilə bərabər, bizim üçün, bəlkə, daha da böyük qiyməti Azərbaycanın qədim dövlət olmasını göstərməsidir. Bu təkcə memarlığın zənginliyini yox, dövlətçiliyin nə qədər zəngin olduğunu, nə qədər möhkəm olduğunu da göstərir”.

Azərbaycan tarixinin və mədəniyyətinin XII-XIV əsrlər dövrü intibah dövrü kimi xarakterizə olunur. XII əsrin ortalarından Eldənizlər xanədanının (1136-1225) hökmranlıq etdiyi Azərbaycan dövləti təşəkkül tapdı. Naxçıvan XII əsrin 30-70-ci illərində Azərbaycan Atabəylər dövlətinin əsas mərkəzi şəhəri, paytaxtı olmuşdur. Eldənizlər dövlətinin banisi Atabəy Şəmsəddinin hakimiyyətinin ilk dövrlərindən dövlətin siyasi, “padşahlıq iqamətgahı” Naxçıvan şəhərində yerləşmişdir.

“Əcaib-əd-dünya” əsərində yazılır: “Naxçıvan Eldənizlər dövründə tam tərəqqiyə çatdı. Orada padşahlıq iqamətgahı (darülmülk) yaratdılar və dövlətxana təsis etdilər”. Şəmsəddin Eldənizin hakimiyyəti dövründə (1146-1175) Naxçıvan Atabəylər dövlətinin əsas iqtisadi, siyasi və mədəniyyət mərkəzi kimi tanınmışdır. Şəmsəddin Eldənizin daimi yaşayış yeri Naxçıvan şəhəri olmuşdur. Naxçıvan vilayətinin torpaqları tac (xass) torpağı idi. Şəmsəddin Eldəniz dövrünün görkəmli dövlət xadimi kimi şöhrət qazanmışdı. O, qurduğu dövləti qüdrətləndirmək, ərazilərini genişləndirmək üçün böyük işlər görüb. “Böyük Atabəy” titulu alan Şəmsəddin Eldənizin böyük oğlu Cahan Pəhləvan onun əmir-hacibi, Qızıl Arslan isə ordunun baş komandanı təyin edilmişdir.

Şəmsəddin Eldənizin ölümündən sonra, oğlu Məhəmməd Cahan Pəhləvan zamanı (1175-1186) dövlətin paytaxtı Naxçıvandan Həmədan şəhərinə köçürüldü (1175). Bu dövrdə Azərbaycan torpaqlarını Məhəmməd Cahan Pəhləvanın kiçik qardaşı Qızıl Arslan (1186-1191) idarə edirdi. Eldənizlərin bütün hakimiyyəti dövründə Naxçıvan şəhəri ikinci paytaxt statusunu saxlayırdı.

“Əcaib-əd-dünya” əsərində Naxçıvan şəhəri haqqında belə yazılıb: “Orada çoxlu saray, köşk, eyvan vardır. Şəhərin yaxınlığında daşdan qala tikilmişdir. Qalada mədrəsə və məscid vardır. Bütün binalar gəcdən və bişmiş kərpicdən inşa edilmişdir. Köşklərin çoxu qəsrlər kimi üç-dörd mərtəbəlidir”. Təbrizdən və Bağdaddan sonra Naxçıvan kimi cəlallı və əzəmətli şəhər yox idi.

“Möminə xatun” türbəsi

Sultan II Toğrulun hakimiyyəti dövründə (1132-1135) Şəmsəddin Eldəniz sultanın şəxsi məmlüklərindən biri olmuşdur. Sultanın qadını dövlət işlərində onun ən yaxın məsləhətçisi Möminə xatun Eldənizə xüsusi iltifat göstərirdi. Sultan Şəmsəddinin sadiqliyini yüksək qiymətləndirərək ona əmir rütbəsi verir və azyaşlı oğlu Arslan şaha atabəy təyin edir. 1136-cı ildə Arrana yiyələnən Eldəniz tədricən bütün Azərbaycana sahib olur. Şəmsəddin Eldəniz öz dövrünün bacarıqlı dövlət xadimi olmuşdur.

Sultan II Toğrul öldükdən sonra (1134) Şəmsəddin Eldəniz Möminə xatunla evlənir. Möminə xatun Azərbaycanın ağıllı və diplomat qadınlarından olmuşdur. O, Atabəylər dövlətinin xarici və daxili siyasətində ərinin və oğlanlarının yaxın köməkçisi və məsləhətçisi olmuşdur. Sədrəddin əl-Hüseyni bildirir ki, Möminə xatun həmişə Şəmsəddin Eldənizin ölkə səyahətlərində müşayiət edirdi, dövlət əhəmiyyətli məsələlərin həllində onun fikri ilə hesablaşırdılar.

Möminə xatun xalq arasında da böyük hörmətə layiq idi, çünki ölkə vətəndaşlarının tale və maraqlarına biganə deyildi, mədəniyyətin, maarifin inkişafına köməklik edirdi. Bu ağıllı və hörmətəlayiq qadının şərəfinə Naxçıvanda nadir və möhtəşəm məqbərə tikilmişdir. Elə bu sədaqətinə görə o, 1175-ci ildə vəfat etdikdən sonra əri Şəmsəddin Eldəniz onun məzarı üzərində əzəmətli türbə tikdirmək haqqında qərar vermişdir. Möminə xatun 30 sentyabr 1175-ci ildə Naxçıvanda əbədiyyətə qovuşmuş, ondan bir ay sonra Şəmsəddin Eldəniz də dünyadan köçmüşdür.

Özülü 1175-ci ilin oktyabrında qoyulan məqbərənin inşası onların böyük oğlu Məhəmməd Cahan Pəhləvan tərəfindən 1186-cı ilin aprel ayında başa çatdırılmışdır. Beləliklə Möminə xatun və Şəmsəddin Eldənizin dəfn olunduqları məqbərə 10 il 3 aya inşa edilmişdir. Təəssüf ediləsi haldır ki, bir sıra yazılarda, hətta tədqiqat əsərlərində Möminə xatun məqbərəsinin inşa tarixində səhvlərə yol verilmişdir. Türbənin tikilməsinə başlandığı tarixi onun istifadəyə verilməsi tarixi kimi vermişlər.

Əcəmi Naxçıvani

Naxçıvanda memarlıq sənəti XII əsrdə yüksək səviyyəyə çatmışdır. Çoxsaylı dini memarlıq abidələri və mülki binalar, zəngin ornamentlər və boyalarla bəzədilmiş əzəmətli məscidlər, türbələr, saraylar, karvansaraylar, körpülər, qala və bürclər, mədrəsələr, bəzəkli yaşayış evləri, zəngin tərtibatlı hamamlar və s. inşa edilmişdir.

XII əsrdə Naxçıvanda yaşayıb yaratmış, Naxçıvan memarlıq məktəbinin əsasını qoymuş Əcəmi Əbubəkr oğlu Naxçıvaninin yaratdığı əsərlərdən ikisi dövrümüzdə də əzəmətlə ucalır: Naxçıvan şəhərindəki Yusif Küseyr oğlu və Möminə xatun türbələri.

Əcəmi Naxçıvani Yusif Küseyr oğlu türbəsini 1162-ci ildə tikmişdir. Memar təkcə Azərbaycanda deyil, islam aləminin ən hündür və incə kompozisiyalı türbələrindən sayılan Möminə xatun türbəsini 1186-cı ildə ucaltmışdır. Həmin dövrdə türbə böyük bir memarlıq kompleksinə daxil idi.

Naxçıvan memarlıq məktəbinin yüksək nailiyyətlərinin yaradıcısı, bu məktəbin çiçəklənməsini təmin edən, memarlıq təzahürünün klassiki və Naxçıvan memarlıq məktəbini geniş beynəlxalq səviyyəyə çıxaran Əcəmi Naxçıvani olmuşdur. Məktəbin əsasını qoymuş memarın yaradıcılıq dəst-xəttinin parlaq cizgiləri də məhz bu şəhərdə və abidələrdə izlənilir.

Əcəmi Əbubəkr oğlu Naxçıvan memarlıq məktəbinin ən görkəmli siması olaraq orta əsr Azərbaycan memarlığının inkişafında dərin və silinməz izlər buraxmış, özündən sonrakı Azərbaycan memarlıq sənətinə istiqamətverici təsir göstərmişdir. Əcəmi Naxçıvaninin memarlıq üslubu baştağ və onun cinahlarında duran sərbəst minarələrin qurulması kompozisiyasının yaradılmasıdır. Bu cür kompozisiyanın Əcəmiyə kimi olması elmə məlum deyil.

Memarlıq əsərlərində “əl-Bənna” ifadəsi ilə təqdim edən Əcəmi, bir əlyazmada qeyd edildiyi kimi, “Şeyxül mühəndis” (mühəndislər başçısı) ayamasını daşımasıdır. O dövrün, eləcə də sonrakı dövr sənətkarları da elmə yiyələnməli idilər. Memar üçün sənət və elm bir zərurət idi. Məhz buna görə memar-sənətkar riyazi, həndəsi, astronomik biliklərə dərindən yiyələnməli idi. Əcəmi Naxçıvani, zəmanəsinin elmi biliklərinə yiyələnmiş hərtərəfli inkişaf etmiş şəxsiyyəti olmuşdur.

Türbənin quruluşu

Əcəmi Əbubəkr oğlu Naxçıvaninin şah əsəri Möminə xatun türbəsidir. Türbə Şəmsəddin Eldənizin həyat yoldaşı Möminə xatunun şərəfinə ucaldılmışdır (1175-1186). Türbə yeraltı (sərdabə) və yerüstü hissələrdən ibarətdir. Ümumi hündürlüyü 34 metr olmuş, sonralar 8 metr hündürlükdə xarici örtüyü dağılmışdır. Sərdabə hissəsi 10 bucaqlıdır. Mərkəzdə yerləşmiş sütundan onbucaqlının hər küncünə doğru bir tağ salınmışdır. Türbənin yerüstü hissəsi xaricdən 10 guşəli, daxildən isə dairəvidir. Abidə bişmiş kərpicdən tikilmişdir. Onun bucaqları çıxıntı şəklində, səthləri isə batıq formada qurulmuşdur. Türbənin bucaqlarındakı çıxıntılar kufi xətti ilə işlənmiş kitabələrlə örtülmüşdür. Bu kitabələrin uzunluğu 500 metrə çatır.

Türbənin bütün bəzək tərtibatı onun xarici səthindədir. Abidənin xarici on üzünün hər biri stalaktik tac kompozisiyası ilə tamamlanan, çox da dərin olmayan taxça əmələ gətirmişdir. Üzlərin hamısının səthi müxtəlif səciyyəli həndəsi ornamentlə örtülmüşdür. Türbənin ornamental bəzəyi bişmiş kərpicdən tərtib olunmuşdur. Bəzəyə firuzəyi kaşı, şirəli kərpicin çox sadəliklə, lakin dəqiqliklə daxil edilməsi kərpicdən əmələ gətirilən mürəkkəb şəbəkə rəsmlərinin oxunmasına imkan verir. On üzün hər birində müxtəlif olan ornament rəsmi hər yerdə eyni xarakterlidir. Bir çox ornamentlərin rəsmlərinin əsasını çoxguşəli ulduz təşkil edir. Üzlərdə ən çox təsadüf olunan ornament ünsürü 5, 6, 8 və çoxgüşəli ulduzlardan, altı və səkkizbucaqlı fiqurlardan ibarətdir.

Haşiyələnmiş taxçaların yuxarısında kufi kitabəli friz yerləşdirilmişdir. Kaşı ilə işlənmiş kitabə kompozisiyada əhəmiyyətli yer tutur. Memar Əcəmi kufi xətli kitabələri həndəsi sistemləri xatırladan mürəkkəb naxış şəbəkələrinə uyğunlaşdırmışdır. Həmin kufi xətli kitabələrdən biri çox ibrətamizdir: “Biz gedirik, ancaq qalır ruzigar. Biz ölürük, əsər qalır yadigar”.

Türbənin üzlərindəki naxışlar Əcəmi Naxçıvaninin həndəsi ornamentlər yaratmaq sahəsində mahir sənətkar olduğunu əks etdirməklə yanaşı, eyni zamanda onun gözəl nəbati ornament bəzəyi ustası olduğunu göstərir. O, müxtəlif rəsmli medalyonların hamısını sadəlik xarakterinə görə oxşar nəbati ornamentlərlə çərçivələmişdir.

Abidənin kitabələri

Möminə xatun türbəsi haqqında bəzi məlumatları kitabələrdən öyrənmək olur. Türbənin eksteryerində 14, interyerində 5 kitabə vardır. Türbənin günbəzi ilə gövdəsini birləşdirən kəmər üzərindəki kitabədə Möminə xatının vəfat tarixindən bəhs olunur. Kitabənin yazıları ağ, yerlik isə sürməyi rəngli kaşı parçaları ilə tərtib edilmişdir.

Türbənin üzərində olan kitabələri öyrənən alimlərdən biri, tarixçi-etnoqraf Əjdər Ələsgərzadə olmuşdur. O, belə bir nəticəyə gəlmişdir ki, onüzlü türbənin bütün üzləri kənardan Qurani-Kərimin 36-cı sürəsi olan “Yasin”in mətni ilə haşiyələnib. İki dəfə təkrar olunmaqla bu surə bir dəfə birinci üzdən beşinciyə, o biri dəfə altıncı üzdən onun¬cu üzədək davam edir. Hər bir üzdə yazı sağda aşağıdan yuxarıya yönəlir, sonra yuxarıda üfüqi davam edir və aşağı istiqamətlənir.

Türbənin 10 üzünün hər birinin yuxarısında eyni mənada olan 10 ədəd dini məzmunlu kitabə yerləşir. Türbə işi hər bir vəchinin ətrafını əhatə edən enli kəmər üzərində yerləşən dini xarakterli yazılar qırmızı və formalı kərpiclərin düzülüşü ilə başa çatdırılmışdır. Türbənin qapısı üstündəki birinci kitabədə türbənin inşaat tarixi, ikinci kitabədə isə türbənin usta-memarı naxçıvanlı Əcəmi Əbubəkr oğlunun adı yazılmışdır. Türbənin interyerindəki 5 kitabədən biri daxili friz kəməri üzərində, iki, üç, dörd və beşinci kitabə isə daxili günbəz divarında yerləşir. Bu dörd kitabə iri həcmli dairəvi formalı qönçələrdən ibarətdir. İnteryerdəki yazılar dini məzmun daşıyır. Yazılar kirəc materialı üzərində oyma üsul ilə edilmişdir.

Türbənin daxili qüllənin uca interyerini qapayan günbəzin iç səthində dörd dairəvi medalyon perpendikulyar oxlar üzərində qoyulmuşdur. Nadir gəctəraşlıq əsərləri olan bu medalyonların kompozisiya özəyi “Allah” yazısıdır. Kitabələr Əcəminin əsərlərində o dövrədək görünməyən bədii-estetik dəyər və önəm alır. Kufi kitabələrinin bolluğu, mürəkkəbliyi, bitkinliyi həndəsi ornamentlərlə qaynayıb qarışması baxımından Möminə xatun türbəsinin Ön Asiya regionunda bənzəri yoxdur.

Abidənin kitabələri haqqında xarici ölkə alimləri də bəhs etmişlər. Məşhur şərqşünas Hartman tədqiqatlarında kitabələrin təhlilinə yer verdiyindən alman memarı E.Yakobstal bunları kitabına əlavə etmişdir.

9 əsrin şahidi

Möminə xatun türbəsi memarlıq sənətinin şah əsəri, orta əsr memarlıq tarixinin yüksək zirvələrindən biridir. Ona görə də bu abidə bir çox alimlərin, xüsusilə sənət adamlarının diqqətini cəlb etmiş və yaradıcılıqlarında bundan faydalandıqlarını qeyd etmişlər. Fransız səyyahı Dübya-de Monpere, akad. Fren, H.Xanıkov, İ.Djebatya, alman memarı E.Yakobstal, şərqşünas Hartman, akad. M.Alpatov, türk memarı Sinan və b. türbə haqqında çox yüksək fikirlər söyləmiş, praktik işlərində bu sənət əsərindən faydalanmışlar.

Məşhur sənətşünas, akademik M.Alpatov üçcildlik “Ümumdünya incəsənət tarixi” əsərində Möminə xatun türbəsini təhlil edərək yazmışdır: “Belə yüksək memarlıq forması duyğusuna, kompozisiyanın belə klassik kamilliyinə və mükəmməl işlənməsinə bu zamanlar Orta Avropada təsadüf etmək mümkün deyildir. Naxçıvan türbəsindən klassik şərq ədəbiyyatının ən yaxşı əsərləri Firdovsinin “Şahnamə” (X-XI əsr) və yaxud Nizaminin “Leyli və Məcnun” (XII əsr) poemasında olduğu kimi insanpərvərlik nəfəsi gəlir”.

Avstriya sənətşünası E.Dits həmmüəllifi olduğu “Türk sənəti tarixi” əsərində məşhur türk memarı Sinanın yaradıcılığından bəhs edərkən deyir ki, Sinanın İstanbulda tikdiyi bəzi türbələr, şübhəsiz ki, Naxçıvan türbələrinin təsiri nəticəsində əmələ gəlmişdir.

Ulu öndər Heydər Əliyev 1999-cu ilin oktyabr ayında Naxçıvanda rəsmi səfərdə olarkən Möminə xatun türbəsini ziyarət etmiş (14 oktyabr) və orada çıxış edərək demişdir: “Bu abidənin qiyməti yoxdur. Çox vaxt, elə bu gün də bunu gözəl memarlıq abidəsi kimi təbliğ edirlər. Bu təbiidir, doğrudan da belədir. Dağılanlar dağılıb, amma qalanlar içərisində Möminə xatun məqbərəsi XII əsrdə, orta əsrlərdə Azərbaycanın nə qədər zəngin mədəniyyəti olduğunu, doğrudan da böyük memarlıq məktəbi olduğunu göstərir. Bilirik ki, Əcəmi Naxçıvani və onun yaratdığı məktəb təkcə Naxçıvanı əhatə etmir, Şərq aləminin böyük bir hissəsində onun memarlıq üslubu, memarlıq məktəbi davam edib, böyük əsərlər yaradıblar”.

Nadir bərpa və mühafizə layihəsi

Möminə xatun türbəsi Azərbaycan milli memarlığının incilərindən biri kimi, 840 ilə yaxındır ki, insanları öz sehrində saxlayır, onlarda sənətə, mədəniyyətə sevgi və məhəbbət aşılayır.

Sovetlər dövründə tarix və mədəniyyət abidələrinə, xüsusilə də milli respublikalarda olan abidələrə elə də böyük diqqət və qayğı olmayıb. Eləcə də bu fikirləri Naxçıvan abidələri, o cümlədən Möminə xatun türbəsi haqqında da demək olar. Qayğısızlığın nəticəsidir ki, Möminə xatun türbəsinin ətrafında olan bir neçə abidə dağılmışdır.

Naxçıvan xanlığı Rusiya tərəfindən işğal edildikdən (1828) sonra rus hərbçi şərqşünaslar, etnoqraflar və arxeoloqlar bu abidələrdə axtarışlar və qazıntılar aparmışlar. 1953-cü ildə Moskvadan gəlmiş bir neçə tədqiqatçı Möminə xatun türbəsində axtarışlar aparmış, əldə etdikləri materialları özləri ilə aparmışlar. 1957-ci ildə isə türbənin sərdabə hissəsində qazıntı işləri aparılmış, sərdabədəki məzarların baş daşları və sümükləri mərkəzə aparmışlar (Elmə məlumdur ki, türbənin sərdabəsində Möminə xatun, Şəmsəddin Eldəniz və övladları Məhəmməd Cahan Pəhləvan dəfn edilmişdir).

Ulu öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətinin həm birinci, həm də ikinci dövründə Möminə xatun türbəsini dağıdılmaqdan xilas etmək üçün abidənin özündə bərpa işləri, ətrafında isə quruculuq işləri görülmüşdür. Ümummilli lider 1999-cu il oktyabrın 14-də türbəni ziyarət etmiş və bərpa edilməsi ilə əlaqədar aid təşkilatlara tapşırıqlar vermişdir.

Prezident Heydər Əliyev 2002-ci il avqustun 12-də AMEA Naxçıvan Bölməsinin yaradılmasına həsr olunmuş müşavirədəki giriş nitqində Naxçıvandakı tarix-mədəniyyət abidələri, onların əhəmiyyəti və öyrənilməsi zəruriliyindən bəhs edərkən demişdir: “Mən indi desəm ki, Möminə xatun türbəsi haqqında geniş təsvirli, müasir poliqrafiya səviyyəsində hazırlanmış albom, onun haqqında tarixi mənbələr və başqa şeylər toplusu varmı? Hesab edirəm ki, yoxdur, mən görməmişəm. Ayrı-ayrı bukletlər var, broşurlar var. Ancaq elə bircə bu abidə böyük bir kitaba bərabərdir. Yəqin ki, kitab da bunun yanında heç bir şeydir. Amma o, kitabda əks etdirilməyibdir. Onun həm memarlıq xüsusiyyətləri, həm mühəndis işləri, inşaat işləri, tikinti materialları, abidənin yaranması tarixi və sair. Onun hər bir fraqmenti müasir poliqrafiya üsulundan istifadə edilərək albomda əks olunsa, onun özü elə Azərbaycan mədəniyyətinin nə qədər zəngin olduğunu göstərəcəkdir”.

Yuxarıda qeyd olunduğu kimi, Prezident İlham Əliyevin sərəncamı ilə abidə yüksək səviyyədə bərpa və restavrasiya ediləcək. Bunun üçün dövlət başçısı aid təşkilatlara tapşırıqlar verib və ilkin işlər üçün vəsait də ayırıb. Qətiyyətlə inanırıq ki, Möminə xatun türbəsi bundan sonra da hələ min illərlə insanlara sənətin gözəllik və incəliyini aşılayacaq, xalqımız isə bundan qürur duyacaq.

UNESCO siyahısında yer tutan Möminə xatun türbəsinin bərpası ilə bağlı Prezident sərəncamı Azərbaycan mədəniyyətinin qorunması və inkişafına əhəmiyyətli töhfə olacaqdır.

İsmayıl HACIYEV
AMEA Naxçıvan Bölməsinin sədri, akademik

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:73
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 11 İyul 2025 10:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Analitik baxış verilişində Əbu Dabi görüşü müzakirə edilib

11 İyul 2025 01:24see211

Taksilərə nəzarət artırılır Süni intellektin rolu nədən ibarət olacaq?

11 İyul 2025 01:36see127

Bugünkü döyüşü uduzduq, amma hələ müharibəni uduzmamışıq Sabah ın baş məşqçisi

10 İyul 2025 23:02see126

Cica “Qarabağ”dan ayrıldı yeni klubu da məlumdur

10 İyul 2025 21:14see126

Sabah dan güclüyük Riera

11 İyul 2025 01:40see123

Görüntüsü yayılan vəzifəli şəxs işdən çıxarıldı FOTO

12 İyul 2025 00:04see119

Kitabxananın oxucu və fəalları möhtəşəm konserti izlədilər

11 İyul 2025 21:36see118

“Putin hər şeyi korladı və Trampla münasibətlər pozuldu” “The New York Times” KONKRET

10 İyul 2025 22:01see117

12 oldular, bəy! “Kəpəz”dən daha bir lider getdi

11 İyul 2025 01:03see116

“Dinamo” Bəxtiyora görə 2 milyon verdi

12 İyul 2025 05:12see115

İranlı rəsmidən Trampa təhdid: “Dron onu vura bilər”

10 İyul 2025 21:09see114

Ermənistan XİN: İlham Əliyevlə Nikol Paşinyanın Əbu Dabi görüşü uğurlu olub

10 İyul 2025 23:51see114

Husi açıqladı: Gəmilərə hücumu davam etdirəcəyik!

10 İyul 2025 19:19see113

KİV: Netanyahu hakimiyyəti saxlamaq üçün Qəzzada müharibəni qəsdən uzadıb

12 İyul 2025 05:55see112

Naxçıvanda əsas kapitala 106 milyon manatdan çox vəsait yönəldilib

11 İyul 2025 02:06see111

Ayın uzaq tərəfinin sirri açıldı Trilyon atom bombasının...

10 İyul 2025 20:44see110

İsrail Qəzzada diplomatiyaya razıdır, amma güc tətbiq edə də bilər Netanyahu

11 İyul 2025 07:37see110

Politoloq: Zəngəzur dəhlizi açılarsa, bu, kənar güclərin bütün Trans Xəzər regionunda ekspansiya planlarını pozacaq

12 İyul 2025 00:41see110

Trampın Rusiya siyasəti: ABŞ lideri göyərçindən şahinə çevriləcəkmi? KİV

11 İyul 2025 16:15see109

Adam söyüş söyür... Elmar Məmmədyarovun bu sözünə sabiq nazir cavab verdi: Yadıma düşmür ki, nə vaxtsa mən onu söyüm, ya da...

11 İyul 2025 16:13see109
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri