Icma.az
close
up
RU
İstiqlal Muzeyi milli məfkurə saxlancıdır

İstiqlal Muzeyi milli məfkurə saxlancıdır

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Burada hər bir sənəd və eksponat dövlətçilik yolumuza mənəvi işıq salır

Muzeylər xalqın keçmişini, mədəniyyətini, həyat tərzini, adət-ənənələrini və tarixi inkişaf mərhələlərini gələcək nəsillərə çatdıran zaman körpüsüdür. Onlar əcdadlarımızın həyatından və mübarizəsindən bəhs edən canlı tarix mənbələridir. Gənc nəslin tərbiyəsində, milli qürurun formalaşmasında, vətənpərvərlik hisslərinin güclənməsində də muzeylər canlı bir məktəbdir.

Əsası 1919-cu il dekabrın 7-də qoyulmuş və bu gün geniş fəaliyyət göstərən İstiqlal Muzeyi milli dövlətçilik yolumuza işıq salır. Azərbaycan Parlamentinin işə başlamasının ildönümü münasibətilə açılmış və onun nəzdində fəaliyyət göstərmiş bu məfkurə ocağı xalqımızın ilk dövlət muzeyi kimi tarixə düşüb. Bu barədə “Azərbaycan” qəzeti 1919-cu il sentyabrın 23-də belə yazırdı: “Sənələrdən bəri bəslədiyimiz bir arzu var ki, o da vətənimiz Azərbaycanda bir milli muzey təsisidir... Sabiq Rusiya zamanında təsis edəcəyimiz muzeyin adını “milli muzey” qoymaq fikrində idiksə də, bu gün fərdimizin köksünü qabardan istiqlal şüarı olmasına görə, “İstiqlal muzesi” olmasını əhəmiyyətli görürüz”.

Tarixçi Əmirxan Burzuyev bununla bağlı bildirdi ki, muzeydə Azərbaycanın azadlıq və istiqlal mübarizəsinə dair sənədlər və materiallar, tarixi və maddi mədəniyyət nümunələri, arxeoloji tapıntılar, silahlar, numizmatika nümunələri, rəsm əsərləri, xalçalar, bədii tikmələr, dulus və mis qablar, bəzək əşyaları toplanmışdı: – Bundan başqa, Qurani-Kərimin nadir nüsxələri və müxtəlif əlyazmalar da nümayiş olunurdu. Muzeyin açılışına hazırlıq çərçivəsində 1919-cu il noyabrın 6-da tərtib olunmuş sənəddə (sənətşünaslar Hüseyn bəy Mirzəcamalov və Məhəmməd Ağaoğlu, habelə Azərbaycan Parlamentinin rəhbər şəxsləri – Həsən bəy Ağayev, Sultanməcid Qənizadə və başqaları tərəfindən imzalanıb) xüsusi olaraq vurğulanırdı ki, muzeyə verilən hər bir əşya milli sərvət hesab olunur və gələcəkdə heç bir ailə və ya qurum həmin əşyaları geri tələb edə bilməz.

Yada salaq ki, həmin sənədin 3-cü bəndində bu fikir açıq şəkildə ifadə olunurdu: “İstiqlal Muzeyi milli bir müəssisə olduğu üçün muzeydə mövcud bütün əşya milli mal hesab edilir. Heç kəs və heç bir müəssisə o şeylərə sahib ola bilməz.

Müsahibimiz qeyd etdi ki, muzeyin təşkili və fəaliyyəti ilə bağlı bütün xərclər Azərbaycan Parlamenti rəyasət heyəti tərəfindən qarşılanırdı. Bu fakt onun dövlət səviyyəsində nə qədər böyük əhəmiyyət daşıdığını göstərir: – 1920-ci ilin aprelində baş verən bolşevik işğalından sonra İstiqlal Muzeyinin fəaliyyəti dayandırıldı və eksponatları yeni yaradılmış Azərbaycan Dövlət Muzeyinə verildi. Təəssüf ki, bu dəyərli eksponatların bir hissəsi – o cümlədən Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı, “İstiqlal Bəyannaməsi”nin orijinalı və Parlamentin materialları sonradan Moskvaya – İnqilab Muzeyinə aparıldı. 1920-ci il aprelin 28-də Azərbaycanda sovet hakimiyyətinin qurulması ilə ölkənin müstəqilliyinə son qoyuldu və bir çox milli institutlar kimi, İstiqlal Muzeyinin də fəaliyyəti dayandırıldı.

Lakin xalqımızın müstəqillik arzusu heç vaxt sönmədi. Uzun illərdən sonra, Azərbaycan yenidən öz müstəqilliyini bərpa etdikdə, İstiqlal Muzeyi də yenidən həyata döndü. Belə ki, 1991-ci il yanvarın 9-da muzey rəsmi olaraq yenidən yaradıldı. 1919-cu ildəki orijinal heç bir eksponat qorunub saxlanmamışdı. Bununla belə, yeni yaradılan muzey “İstiqlal” adını daşımaqla birinci muzeyin mənəvi varisinə çevrildi. Hazırda muzeyin əsas fondunda 18 minə yaxın maddi-mədəniyyət nümunəsi qorunur.”.

Muzeyin fəaliyyətə başlaması xalq yaddaşının və milli kimliyin də bərpası demək idi. Müstəqilliyimizlə birgə dirçələn İstiqlal Muzeyi hazırda Azərbaycanın azadlıq mübarizəsinin, tarixinin və mədəniyyətinin təbliğində mühüm rol oynayır.

Tarixçi daha sonra bildirdi ki, muzeyin yerləşdiyi binanın (Muzey Mərkəzi) da maraqlı tarixçəsii var: –Bina 1960-cı illərdə inşa edilib və V. Lenin Muzeyi kimi fəaliyyət göstərib. O ilk dövrlərdə 15 ekspozisiya zalından ibarət bir binada yerləşirdi. Lakin Leninin 90 illik yubileyi ərəfəsində daha geniş və müasir binanın tikilməsi qərara alındı. Layihə Azərbaycanın Əməkdar memarı Həsən Məcidova həvalə olundu. Yeni muzey binasının inşası üçün uzun axtarışlardan sonra Bakının “Petrovski” meydanı seçildi. XVIII əsrin əvvəllərindən bu ərazi anbarlar və gəmilər üçün dayaq nöqtəsi kimi istifadə olunmuş, daha sonra isə burada tribunalar yerləşdirilmişdi.

Hər bayramda Azərbaycan Yazıçılar İttifaqının istifadəsində olan bu tribunalar dövlət tədbirləri zamanı postament kimi xidmət edirdi. 1950-ci illərin sonunda bu tribunalar sökülərək, yerində muzey binasının tikintisinə başlanıldı. Binanın inşası 1960-cı ildə başa çatdı və 1961-ci ildən etibarən Moskvadakı V.İ. Lenin Muzeyinin filialı kimi fəaliyyətə başladı. Məhz tələbə vaxtı bu muzeydə dəfələrlə olmuşam.

Hazırda İstiqlal Muzeyi bu binada fəaliyyət göstərir. Muzeylə tanış olarkən öyrəndik ki, bu mənəvi saxlanc 6 salondan ibarətdir, hər biri müəyyən tarixi mərhələni əhatə edir. Azərbaycan Respublikasının Dövlət atributlarına, XVIII əsrin ikinci yarısında Azərbaycanın xanlıqlara bölünməsinə aid materiallar I zalda yer alıb. İkinci zalda isə eksponatlar XIX əsrin ikinci yarısından XX əsrin əvvəllərinədək olan dövrü əhatə edir. Zalda 1918–1920-ci illərdə fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyətinə xüsusi yer ayrılıb. Habelə ekspozisiyada 1918-ci ildə ölkəmizdə törədilən Mart soyqırımına aid sənədlərin nümunələri, o dövrdə buraxılan poçt markaları, pul əskinazları nümayiş olunur.

Üçüncü zalda milli-azadlıq hərəkatları geniş şəkildə təqdim olunur. Burada milli-azadlıq hərəkatları, o cümlədən 1941–1945-ci illərdə Seyid Cəfər Pişəvərinin başçılığı ilə baş vermiş “21 Azər” hərəkatı haqqında qiymətli materiallar var. Cənubi Azərbaycanın müdafiə naziri Cəfər Kaviyanın oğlu Maqsud Kaviyanın muzeyə hədiyyə etdiyi qılınc və digər əşyalar da xüsusi maraq doğurur. “21 Azər” hökuməti dövründə bu qılınc Ələkbər Deraxşani tərəfindən Cəfər Kaviyaya təqdim olunub. Zalda həmçinin Cənubi Azərbaycanın tanınmış şəxsiyyətlərinin – şair, yazıçı və alimlərin portretləri də yer alır.

Dördüncü ekspozisiya zalı iki əsas hissədən ibarətdir. Birinci hissədə 1920–30-cu illərdə sovet repressiyaları zamanı məhv edilmiş görkəmli ziyalılarımızın həyat və fəaliyyətinə həsr olunmuş sənədlər diqqəti çəkir. Zalın ikinci hissəsi isə II Dünya müharibəsində (1939–1945) Azərbaycan xalqının göstərdiyi qəhrəmanlığa həsr olunub.

1988-ci ildən başlayan Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasətinə və bunun nəticəsində baş verən faciələrə beşinci zalda yer ayrılıb. Dağlıq Qarabağ və ətraf rayonlarımızın – Laçın, Kəlbəcər, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilanın işğalı, 1 milyona yaxın soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi bu zalda sənədli materiallar və fotolarla əks olunub.

Burada 20 Yanvar faciəsinə, Xocalı soyqırımına dair dəhşətli görüntülər, sənədlər və faktlar nümayiş olunur. Burada həm də 1989-cu il mayın 28-də saat 11-də Qız qalasının üzərində Faiq Həsənov adlı şəxs tərəfindən qaldırılan bayraq da var. Bu bayrağın hazırlanmasının maraqlı tarixi var. Belə ki, bayraq gecə saatlarında komendant saatında qaranlıq bir otaqda tikilib. Səhər baxıblar ki, bayrağın rənglərinin yeri səhv düşüb. Ancaq buna baxmayaraq, o bayraq Cümhuriyyətin yarandığı gün Qız qalası üzərində dalğalandırılıb. Bu bayraq 1995-ci ildə Faiq Həsənov tərəfindən İstiqlal Muzeyinə hədiyyə edilib.

Altıncı zal Azərbaycanın müstəqillik dövründə qazandığı nailiyyətləri əks etdirir. 1993-cü il iyunun 15-də ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı və həmin günün Milli Qurtuluş Günü kimi tarixə düşməsi bu zalda xüsusi vurğulanır. Burada dövlət quruculuğu, ordu formalaşması, xarici siyasət və iqtisadi inkişaf, o cümlədən 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” haqqında geniş məlumat verilir.

Zalda həmçinin Prezident İlham Əliyevin siyasi fəaliyyətini, beynəlxalq arenada Azərbaycanın mövqeyinin möhkəmləndirilməsini əks etdirən materiallar təqdim olunur. Bunlar onu göstərir ki, İstiqlal Muzeyi Azərbaycan tarixinin canlı güzgüsüdür.

Əmirxan Burzuyev XQ-yə verdiyi məlumatın sonunda qeyd etdi ki, bu zallar Azərbaycan xalqının müstəqillik uğrunda apardığı mübarizəni əbədiləşdirmək və bu şərəfli yolu gələcək nəsillərə əyani şəkildə nümayiş etdirmək missiyasını yerinə yetirir: “Burada toplanmış eksponatlar milli azadlıq hərəkatının canlı şahidlərinə çevrilərək tariximizin unudulmaz səhifələrini yaşadır. Muzeydə nümayiş olunan hər bir eksponat milli kimliyimizin, dövlətçilik ənənələrimizin və xalqımızın azadlıq ruhunun ifadəsidir. Bəli, İstiqlal Muzeyi, Azərbaycan xalqının minilliklər boyu keçdiyi keşməkeşli tarixin, zəngin mədəniyyətin və azadlıq uğrunda göstərdiyi əzmkar mübarizənin güzgüsüdür. Məqsəd də bu müqəddəs yolu unudulmaz izlər və canlı eksponatlarla gələcək nəsillərə ötürməkdir. Hər eksponat, hər sənəd və hər şəkil bir yaddaşdır – o yaddaş ki, bizi biz edən dəyərləri daşıyır.

İstiqlal Muzeyi ilə əhatəli tanışlığımız göstərdi ki, yalnız keçmişimizi əks etdirən bir məkan deyil, eyni zamanda gələcək nəsillərə milli ruhu, azadlıq məfkurəsini və müstəqil dövlətçilik dəyərlərini aşılayan bir tarix məktəbidir. Burada hər bir eksponat bir ömrün, hər bir sənəd isə bir xalqın yaddaşının daşıyıcısıdır. Muzey təkcə istiqlal tariximizin nadir nümunələrinin saxlanc yeri kimi deyil, həm də tariximizin hərtərəfli şəkildə araşdırıldığı və ictimaiyyətə təqdim olunduğu elmi-mədəni mərkəz kimi çıxış edir.

Pünhan ƏFƏNDİYEV
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:104
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 28 May 2025 18:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nazirliyin qərarı narazılıq yaratdı: Lisey və gimnaziyalara qəbul niyə dayandırılıb?

28 May 2025 18:46see167

Polşada Çelsi və Betis klublarının azarkeşləri arasında dava düşdü

28 May 2025 14:22see134

Laçın hava limanı hansı üstünlükləri vəd edir? AÇIQLAMA

28 May 2025 13:32see130

Azərbaycan və Türkmənistan qarşılıqlı əməkdaşlığı Avrasiya logistik sisteminin dayanıqlı inkişafı üçün mühüm amilə çevrilə bilər EKSPERT

29 May 2025 21:48see124

“Mançester Yunayted” ASEAN ulduzlarına məğlub OLDU

28 May 2025 20:04see119

Sertifikasiyada müəllimə əlavə vaxt verilir Bu hallarda...

29 May 2025 17:36see117

Şəfa dan 5 transfer: Millimizə dəvət edildi, bu klubla anlaşdı

28 May 2025 14:25see117

Təhsil sisteminə etimad zədələndi

28 May 2025 13:19see117

İtalyan mafiyası düşmənçilikdən əməkdaşlığa keçir..?

29 May 2025 00:25see116

Dünyanın ən varlı ölkələri: Yalnız gəlir deyil, gələcək baxışı da ön plandadır (SİYAHI)

28 May 2025 13:29see116

Zəngəzurda sürpriz ölkə peyda oldu İrəvandan dostlarına xəyanət

28 May 2025 14:10see116

Tramp Harvarddan buna görə qisas alır: OĞLUNU...

28 May 2025 12:46see115

İkardinin sevgilisi Türkiyədən təkliflər alıb

28 May 2025 13:18see115

BMT Baş katibi: Azərbaycan xalqına ən xoş arzularımı çatdırmaqdan məmnunam

28 May 2025 23:31see115

Ukrayna Prezidenti ABŞ ı Rusiyaya qarşı yeni sanksiya tətbiqinə çağırıb

28 May 2025 12:17see115

Rusiya Serbiyanı Ukraynaya gizli sursat verməkdə ittiham edir...

29 May 2025 19:16see114

Çaki öldü

29 May 2025 00:07see114

Azərbaycanlılar Rusiyanın bu bölgəsində işləyə bilməyəcək QADAĞA

28 May 2025 13:46see113

Ətirşahdan Qurban bayramına özəl MÖHTƏŞƏM KAMPANİYA!

28 May 2025 12:49see113

Azərbaycan ərazilərinin işğaldan azad edilməsindən sonra bölgədə ciddi inkişaf qeydə alınıb

28 May 2025 14:27see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri