Icma.az
close
up
RU
Milli həmrəylik: Xalqın dayağı, dövlətin gücü

Milli həmrəylik: Xalqın dayağı, dövlətin gücü

Yeniazerbaycan portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Meydanəli Yolçiyev,

YAP Daşkəsən rayon təşkilatının sədri

31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü xalqımızın milli birlik, həmrəylik və mənəvi bağlılığını təcəssüm etdirən əlamətdar tarixdir. 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı ilə təsis edilmiş bu bayram Azərbaycan xalqının milli azadlıq mübarizəsinin və milli mənəvi dirçəlişinin simvoluna çevrilmişdir. Ümummilli Lider Heydər Əliyevin sədrliyi ilə qəbul edilən bu tarixi qərar dünya azərbaycanlılarının birliyi və təşkilatlanması prosesində mühüm mərhələ olmuşdur.

Bu bayramın mahiyyəti yalnız milli tariximizin bir hissəsi olmaqla məhdudlaşmır, həm də Azərbaycan xalqının qlobal miqyasda öz milli kimliyini, mədəniyyətini və mənəvi dəyərlərini qorumaq üçün birləşmək əzmini göstərir. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü tarixi baxımdan Sovet imperiyasının süqutundan sonra azərbaycanlıların öz milli birliyini bərpa etmək uğrunda apardığı mübarizəni təcəssüm etdirir. Araz çayının hər iki sahilində baş verən sərhəd yürüşləri, azərbaycanlıların “bir millət” şüarı altında birləşmək arzusu bu günün təsis edilməsinin əsas səbəblərindən biridir.

Ümummilli Lider Heydər Əliyevin “Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir” sözləri hər bir azərbaycanlı üçün dərin mənəvi anlam daşıyır. Ulu Öndərin dünya azərbaycanlılarının təşkilatlanması, milli birliyinin möhkəmləndirilməsi və onların doğma Vətənlə əlaqələrinin gücləndirilməsi istiqamətində atdığı addımlar bu bayramı daha da mənalı etmişdir.

Ulu Öndərin xarici ölkələrə səfərləri zamanı diaspor nümayəndələri ilə keçirdiyi görüşlər, onların problemlərinin həlli üçün göstərdiyi diqqət milli həmrəyliyimizin əhəmiyyətini bir daha nümayiş etdirir. Bu siyasəti davam etdirən Prezident İlham Əliyev də diaspor nümayəndələri ilə mütəmadi görüşlər keçirir, onların fəaliyyətini dəstəkləyir və Azərbaycan diasporunun dünyada güclü bir təsisat kimi formalaşmasına töhfə verir.

Həmrəylik günü Azərbaycan xalqının yaşadığı müxtəlif ölkələrdə milli kimliyini qorumasına, Vətənlə əlaqələrini gücləndirməsinə və milli maraqlar uğrunda birləşməsinə təkan verən mühüm bir tarixdir. Hazırda dünyanın 70-dən çox ölkəsində 50 milyondan artıq azərbaycanlı yaşayır. Onların hər biri yaşadıqları ölkələrin sosial, iqtisadi, mədəni və siyasi həyatına inteqrasiya edərək Azərbaycanın milli maraqlarını təmsil edir.

Bu gün Azərbaycan diasporu təkcə milli dəyərlərin qorunmasında deyil, həm də beynəlxalq arenada dövlətimizin mövqeyinin möhkəmləndirilməsində fəal rol oynayır. Diasporumuz Azərbaycanın haqq səsini, Qarabağ həqiqətlərini və zəngin mədəni irsini dünyaya tanıtmaqda mühüm işlər görür. Məsələn, Vətən müharibəsi dövründə xaricdə yaşayan azərbaycanlıların təşkilatlanmış fəaliyyəti Azərbaycan xalqının gücünü və birliyini bütün dünyaya nümayiş etdirdi. Onlar Ermənistanın apardığı təbliğat və təxribatlara qarşı qətiyyətli etiraz aksiyaları keçirərək Azərbaycanın ədalətli mövqeyini müdafiə etdilər.

2020-ci ildə Vətən müharibəsi zamanı Azərbaycan xalqı milli həmrəyliyin ən yüksək səviyyəsini nümayiş etdirdi. Bu dövrdə xaricdə yaşayan azərbaycanlılar yaşadıqları ölkələrdə Azərbaycanın haqq səsinin eşidilməsi üçün böyük səylər göstərdilər. Prezident İlham Əliyevin “Müqəddəs Vətən müharibəsi zamanı xaricdə yaşayan soydaşlarımızın fədakar fəaliyyəti Qələbəmizə layiqli töhfə olmuşdur” sözləri dünya azərbaycanlılarının milli birliyə verdiyi dəstəyi ən yaxşı şəkildə ifadə edir.

Həmrəylik günü həm də Azərbaycanın qalib dövlət kimi dünyadakı mövqeyini gücləndirməsinin və xalqımızın milli birliyinin qlobal miqyasda tanınmasının bir təzahürüdür. İkinci Qarabağ müharibəsi zamanı xalqımız Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək dövlətimizin gücünü və xalqımızın iradəsini bütün dünyaya sübut etdi.

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü yalnız bir bayram deyil, həm də milli kimliyimizin və birlik ruhumuzun gələcək nəsillərə ötürülməsi üçün bir çağırışdır. Xaricdə yaşayan soydaşlarımızın daha sıx təşkilatlanması, Azərbaycan həqiqətlərinin beynəlxalq arenada təbliği və milli maraqların qorunması istiqamətində gördüyü işlər Azərbaycanın dövlət siyasətinin ayrılmaz bir hissəsinə çevrilmişdir. Prezident İlham Əliyevin vurğuladığı kimi, diaspora ilə əlaqələrin gücləndirilməsi və onların milli ideologiya ətrafında birləşdirilməsi ölkəmizin beynəlxalq arenada mövqeyinin daha da möhkəmləndirilməsi üçün vacibdir. Bu bayram xalqımızın qlobal miqyasda birliyini nümayiş etdirmək üçün mühüm vasitə olmaqla yanaşı, həm də Azərbaycanın dövlətçilik ənənələrinin və milli mənəvi dəyərlərinin qorunmasında əhəmiyyətli rol oynayır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:183
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 27 Dekabr 2024 17:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see330

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see322

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see313

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see272

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see269

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see254

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see249

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see248

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see236

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see234

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see214

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see212

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see211

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see206

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see195

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see194

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see184

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri