Icma.az
close
up
RU
Menu

Sahibkar ABB dən şikayət etdi

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

ML: 3 cü tur başlayır

Ronaldo dönəmi başa çatır

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

Milli iqtisad elmini strateji hədəflərə yönəldən alim

Milli iqtisad elmini strateji hədəflərə yönəldən alim

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Nazim İmanov – 70

Azərbaycanın elm-təhsil ictimaiyyəti və iqtisadi qurumları ETN İqtisadiyyat İnstitutunun direktoru, Milli Məclisin keçmiş deputatı, iqtisad elmləri doktoru, professor Nazim Müzəffər oğlu İmanovun anadan olmasının 70 illik yubileyini görkəmli alimin çoxillik səmərəli elmi və ictimai fəaliyyətini sevgi-sayğı və qədirbilənliklə qeyd edir.

Yubiley münasibətilə ölkə mediasının yaydığı materiallarda yenilikçi və yurdsevər alimin ömür yoluna diqqət və həssaslıqla nəzər salınır, vətəndaş alimin azadlıq və müstəqillik uğrunda ümumxalq hərəkatında önəmli xidmətləri, ölkənin iqsadi-sosial inkişafı proqramlarının hazırlanmasına verdiyi töhfələr yüksək dəyərləndirilir. Bu yazıların müəllifləri sırasında jurnalistlərin də olması tamamilə təbiidir. Nazim İmanov ölkədə söz azadlığının ayaq tutub möhkəmlənməsində də özünün obyektiv mövqeyi, vicdanlı və mötəbər çıxışlari ilə layiqli nüfuz qazanıb.

Onunla tanışlıq və yaxın münasibətlərimiz ötən əsrin 80-ci illərinin “yenidənqurma” oyunlarından qaynaqlanan “çalxalanmalar” dövründən başlanıb. Bu təlatümlər o vaxtlar Bakı Ali Partiya Məktəbi adlanan indiki İdarəçilik Akademiyasından da yan keçmədi. Ali təhsildən sonrakı hərbi müxbirliyi başa vurandan sonra bu nüfuzlu siyasi təhsil ocağında elmi işçi işləyirdim.

Qafqazın kommunist rəhbər kadrlar yetişdirən bu məktəbinin Tofiq Köçərli, Camo Hacınski, İbrahim Müslümov, Tofiq Rəsulov, Məmmədsadıq Sadıqov, İmran Mirzəyev və adlarını sadalamaqla bitməyən görkəmli alimləri ölkənin elm-təhsil və siyasi elitasının nüfuzlu şəxsiyyətləri idilər. Bu yetkin insanların gənc kadrlara övlad münasibətləri yaddaşımda unudulmayan izlər qoyub. O gənclərin çox da böyük olmayan sırasında Nazim müəllim də var idi.

Bircə xatırlamam bəsdir ki, “kommunist libası” altında milli qəlbləri döyünən bu say-seçmə ziyalıların kimliyi aydın görünsün. Sovetlərin çökməsinə hələ neçə il qaldığı bir vaxtda, Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin adını hörmət və nəvazişlə ilk dəfə bu nadir məktəbin divarları arasında eşitmişdim. Bir gün Azərbaycan KP MK-nın üzvü, onun məşhur jurnalının baş redaktoru və kafedra müdirim İbrahim Müslümovun qonağı olan o vaxtlar Daxili işlər naziri Cəfər Vəliyevin Rəsulzadədən necə məhəbbətlə danışdığının şahidi oldum.

Nazim İmanovu da kommunistlərin daxilən milli ruhlu bu ali məktəbində təzəcə fəaliyyətə başlayanda tanımışdım. Siyasi iqtisad kafedrasına müəllim təyinatı alanda 30 yaşı var idi. Bu kafedraya rəhbərlik edən professor Məmmədsadıq Sadıqovun özünün də kifayət qədər demokratik və milli bir insan olması Nazim müəllim kimi gənclərin buradakı “sərbəstliyinə” münbit şərait yaratmışdı. Nazim müəllim elə o dövrdə də həm elmi düşüncəsi, həm də vətəndaş mövqeyi ilə seçilirdi. Modern düşüncəsi, intellektual səviyyəsi xalq kərəkatı başlayanda onu, sadəcə, akademik auditoriyadan deyil, meydan tribunalarından da görünən bir şəxsiyyət kimi yetişdirmişdi.

Bu o dövr idi ki, Azərbaycan öz tarixinin yeni səhifəsini yazır, SSRİ-nin dağılması fonunda müstəqil dövlət kimi formalaşmaq üçün mübarizə aparırdı. Nazim İmanov və onun kimi ziyalıların iştirakı bu ümumxalq savaşına elmi-ideoloji əsaslar yaradırdı. Karyerasını itirməkdən qorxmayan bu azsaylı ziyalılar xalqın sırasında deyil, önündə gedir, milli oyanış və azadlıq mübarizəsinə siyasi yön verirdi.

Nazim Müzəffər oğlu İmanov 1955-ci il iyunun 11-də Bakı şəhərində dünyayagöz açıb. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) fərqlənmə diplomu ilə bitirib. 1983-cü ildə AMEA-nın İqtisadiyyat İnstitutunda namizədlik dissertasiyasını müdafiə edib. 1990-cı ildə isə Moskvadan – SSRİ İctimai Elmlər Akademiyasından Vətənə iqtisad elmləri doktoru dərəcəsi ilə qayıdıb. 1992-ci ildən professor elmi adı daşıyır. Rus və ingilis dillərində sərbəst danışır.

Nazim İmanov peşəkar fəaliyyətinə 1977–1979-cu illərdə Azərbaycan Dövlət Plan Komitəsi nəzdindəki İqtisadiyyat İnstitutunda kiçik elmi işçi kimi başlayıb. 1982–1986-cı illərdə məzunu olduğu ali məktəbin müəllimi olub. 1986–1991-ci illərdə Bakı Ali Partiya Məktəbində baş müəllim və dosent kimi pedaqoji fəaliyyətini davam etdirib. 1991–1995-ci illərdə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunun professoru və elmi işlər üzrə prorektoru olub.

İqtisadçı alim 2000–2003-cü illərdə bir sıra özəl şirkətlərdə məsləhətçi kimi fəaliyyət göstərib. 2003–2005-ci illərdə isə Avropa İttifaqının eksperti kimi beynəlxalq layihələrdə iştirak edib. 2005–2015-ci illərdə “Qafqaz və qloballaşma” elmi məcmuəsinin baş redaktoru, 2007–2014-cü illərdə isə Azərbaycan Banklar Assosiasiyasının müşaviri olub. 100-dən çox elmi məqalə və tədqiqatın müəllifidir, idarəetmə və qloballaşma məsələlərinə dair araşdırmaları ilə tanınır.

Nazim İmanov 1995-ci il noyabrın 12-də keçirilmiş ilk çağırış parlament seçkilərində Milli Məclisin deputat seçilib. Parlamentdə büdcə məsələləri komissiyasının üzvü kimi bir sıra mühüm təşəbbüslərlə çıxış edib, qanun layihələrinin təkmilləşdirilməsinə töhfəsini verib. Nazim İmanov o dövrün ictimai-siyasi həyatında fəal iştirakı ilə seçilmiş, media ilə sıx əlaqədə olmuş, açıqlamaları geniş əks-səda doğuran ən fəal deputatlardan olub. Hətta media ilə yaxın münasibətlərinə görə “Jurnalistlərin dostu” adına da layiq görülüb.

Məzmunlu, konstruktiv çıxışları ilə yadda qalan siyasətçi sonradan parlament xatirələrini “Milli Məclisin ağlamalı gülməcələri” adlı kitabçada toplayıb. Bu kitab, sadəcə olaraq, bir neçə zarafatın və ya gülməli epizodların toplusu deyil, əksinə, dərin ictimai-siyasi məna daşıyan, satiranın gücü ilə gerçəklikləri üzə çıxaran, gülüşün arxasında kədərli və düşündürücü reallıqları əks etdirən bir bədii əsər kimi oxunur.

“Mən 15 il fəal şəkildə siyasətlə məşğul oldum. Fikrimcə, hamı mənim necə siyasətçi olduğuma bələddir. Artıq iqtisadçı-alim kimi fəaliyyət göstərməyimi daha məqsədəuyğun hesab edirəm”, – deyən Nazim İmanov 2005-ci ildən elmi fəaliyyətinə müxtəlif elmi və akademik qurumlarda davam edirdi.

2014-cü ilin mayında isə Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin qərarı ilə İqtisadiyyat İnstitutuna direktor təyin olunub. Bu gün o, Azərbaycanda iqtisadiyyat elminin inkişafında mühüm rol oynamış, bir sıra elmi tədqiqatları, dərslikləri və analitik məqalələri ilə həm akademik mühitdə, həm də iqtisadi idarəetmə sahəsində böyük nüfuz qazanmış görkəmli iqtisadçı alim kimi tanınır.

Nazim İmanov dostu və həmkarı Eldar İsmayılovla torpaqlarımızın işğaldan azad edilməsindən hələ 10 il əvvəl nəşr etdirdikləri “Post-konflikt ərazilərin bərpası: konseptual əsaslar” adlı əsərlə Azərbaycan iqtisad elminə yeni bir tədqiqat istiqaməti gətiriblər. Onların bu elmi yanaşması post-münaqişə dövrünün iqtisadi və sosial problemlərinin araşdırılmasına təməl yaradıb və bu sahədə ilk sistemli nəzəri baza rolunu oynayıb.

Nazim İmanovun rəhbərliyi dövründə ölkənin iqtisadi beyin mərkəzlərindən sayılan İqtisadiyyat İnstitutu elmi-tədqiqat mərkəzi olaraq qalmayıb, həm də ictimai düşüncəyə, çağdaş iqtisadi çağırışlara cavab verə bilən intellektual bir platformaya çevrilib. Bu gün İqtisadiyyat İnstitutu gələcəyə baxan, yenilikləri qəbul edən və onları elmi əsaslara çevirən bir mərkəzdir.

Prezident İlham Əliyev 17 dekabr 2024-cü ildə “Rossiya-1” telekanalına verdiyi müsahibəsində Ermənistanın Azərbaycana vurduğu maddi ziyanın 150 milyard ABŞ dolları olduğunu açıqladı. Bununla Nazim İmanovun rəhbərlik etdiyi elmi qrupun təqdim etdiyi elmi araşdırmanın nəticəsi inamla beynəlxalq ictimaiyyətə təqdim olundu.

Sonda Nazim İmanovun alim və ziyalı portretinə əlavə olaraq, keçən əsrin 90-cı illərinin əvvəllərində Naxçıvanda “Azərinform”un xüsusu müxbiri işlədiyim vaxtlarda şahidi olduğum bir söhbəti də xatırlatmaq istəyirəm. O zaman dünya şöhrətli siyasətçi Heydər Əliyev Naxçıvanda Siyasi maarif evində bir qrup yerli ziyalı ilə görüşürdü. Ulu öndər mediada çıxışları diqqətçəkən Hacı Sabirin və Nazim İmanovun kimliyi barədə sual verdi. Nazim müəllim barədə iqtisadçı alim Akif Mədətov qısa məlumat verdi: “Heydər bəy, atasını – Müzəffər müəllimi yaxşı tanıyıram. İqtisadçıdır, Mərkəzi Komitənin “Azərbaycan kommunisti” jurnalında şöbə müdiri işləyir”.

Bu o demək idi ki, o zaman hələ 40 yaşı da olmayan Nazim İmanov ictimai-siyasi fəallığı ilə Naxçıvanda Ulu öndərin də diqqətini cəlb etmişdi.

Namiq QƏDİMOĞLU
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:104
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 12 İyun 2025 10:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see463

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see290

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see276

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see212

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see211

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see210

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see208

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see203

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see198

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see198

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see198

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see197

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see195

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see194

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see194

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see191

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see191

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see190

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see190

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri