Icma.az
close
up
RU
Milli kadrlar önə çıxmalıdır ŞƏRH

Milli kadrlar önə çıxmalıdır ŞƏRH

Icma.az, Sherg.az portalına istinadən məlumat yayır.

Parlament və ictimai sektorun prioriteti dəyişir


“Ramiz Mehdiyev hadisəsi və ideoloji diversiya real təhdiddir”



 Bu gün qlobal sistemin sarsıldığı, milli dövlətlərin ideoloji, iqtisadi və informasiya baxımından təzyiqlərlə üzləşdiyi bir dövrdə Azərbaycan özünəməxsus inkişaf modeli ilə suveren mövqeyini qorumağı bacaran nadir ölkələrdəndir. Müstəqilliyin ilk illərində müharibə, sosial çöküş və siyasi xaosla sınağa çəkilən ölkəmiz Heydər Əliyevin yaratdığı dövlətçilik fəlsəfəsi və institusional müqavimət sistemi sayəsində ayaqda qaldı. Bu modelin davamı olaraq Prezident İlham Əliyevin dövründə də Azərbaycan həm daxili sabitliyini qorudu, həm də beynəlxalq miqyasda siyasi nüfuzunu möhkəmləndirdi. Təsadüfi deyil ki, istər zorakı, istərsə də “məxməri” çevriliş cəhdlərinin hamısı iflasa uğrayıb.

Ancaq bu gün qarşıda daha incə və təhlükəli məsələ dayanıb. İdeoloji və informasiya savaşı bütün ölkələrdə olduğu kimi Azərbaycan üçün də real təhlükədir. Xarici təsirlər artıq silahla deyil, ideyalar, media, sosial şəbəkələr və “müxalifət brendləri” vasitəsilə yayılır. Prezident İlham Əliyevin “anti-milli ünsürlər” ifadəsi də bu reallığın ən yüksək səviyyədə dərk edildiyini göstərir. Bu qüvvələrin bəziləri ölkə daxilində ideoloji boşluqları manipulyasiya edir, bəziləri isə xaricdən koordinasiya olunan informasiya əməliyyatlarının iştirakçılarına çevrilib.

Bu kontekstdə Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin Rusiyaya ünvanladığı məktubun məzmunu, faktiki olaraq, həmin “anti-milli ünsürlərin” fəaliyyətinin açıq təsdiqinə çevrilib. Məktub, daxili sabitliyi pozmaq və xarici təsir mexanizmlərinə yol açmaq məqsədi daşıyır, lakin dövlətin iradəsi və xalqın siyasi yetkinliyi bu planı iflasa uğradıb. Bu hadisələr bir daha göstərdi ki, ölkədəki bəzi müxalif çevrələr hələ də köhnə düşüncə tərzindən qurtula bilməyib. Onlar nə milli həmrəylik, nə də real sosial dayaqlar üzərində dayanırlar. Əksinə, şəxsi ambisiyalar, intriqalar və xarici dairələrin maraqları naminə milli ideoloji məkanın zədələnməsinə səbəb olurlar.

Tarixdən məlumdur ki, milli kimliyini qorumağı bacarmayan dövlətlər müstəqilliklərini də itirirlər. Sovet dövrünün “yarımçıq intellektualları”ndan formalaşmış bəzi qruplar bu gün sosial şəbəkələr, “alternativ media” və xarici fondlar vasitəsilə milli şüuru zədələməyə çalışırlar. Əgər bu proses vaxtında nəzarət altına alınmasa, ideoloji diversiya milli təhlükəsizlik üçün real təhdidə çevriləcək.

Bu gün dünyanın hər yerində dövlətlər analoji tədbirlər görür. ABŞ-da “Təsir agentləri haqqında” akt, Avropada “Media Şəffaflıq Qanunu”, Gürcüstanda müvafiq qanun layihəsi, Ermənistanda kilsə və daşnak təsirinə qarşı aparılan islahatlar eyni məqsədə xidmət edir- milli qərarvermə mexanizmini xarici yönləndirmədən qorumaq.

Azərbaycan da bu reallıqdan kənarda qala bilməz. Dövlətin təhlükəsizlik kəmərləri sıxılmalı, ictimai fikir məkanı sistemli şəkildə milli ideologiya üzərində yenidən qurulmalıdır. Hakimiyyət uğrunda mübarizə ilə dövlətə qarşı mübarizəni qəsdən bir-birinə qatanlar artıq açıq şəkildə cəmiyyətin və dövlətin sabitliyinə təhdid yaradırlar.

Belə bir dövrdə dövlətin borcu təkcə reaksiyaya vermək deyil, həm də qabaqlayıcı və profilaktik addımlar atmaqdır. Milli kimliyə, dövlət suverenliyinə və ideoloji bütövlüyə qarşı yönəlmiş bütün fəaliyyətlər istər siyasi, istərsə də informasiya səviyyəsində qanun qarşısında cavab verməlidir.

Unutmaq olmaz ki, bu gün rəsmi Bakıya “məsləhət” verənlər illərlə Azərbaycan torpaqlarının işğal altında qalması üçün çalışan qurumların eyni təmsilçiləridir. Avropa Şurası və bəzi beynəlxalq təşkilatların “insan haqları” adı altında apardığı təzyiqlərin kökündə də dəyərlər deyil, Azərbaycanın müstəqillik əzmi dayanır.

Əgər o “məsləhətlər”ə qulaq assaydıq, nə Qarabağ azad olardı, nə də Azərbaycan bu gün regionun lider dövləti kimi tanınardı. Odur ki, ideoloji müstəqillik, siyasi təhlükəsizlik və milli kimliyin qorunması məsələsi təkcə təhlükəsizlik prioriteti deyil, müstəqilliyimizin davamlılığının yeganə təminatıdır.


Siyasi şərhçi Azər Həsrət  də Sherg.az-a açıqlamasında qeyd edib ki, son illər regionda baş verən geosiyasi proseslər, xüsusən də Rusiya və İran kimi qonşu dövlətlərin müxtəlif vasitələrlə təsir imkanlarını qorumağa çalışması fonunda, Azərbaycanın bu təsirlərdən tam təmizlənməsi həyati zərurətə çevrilib.

Onun fikrincə, ölkənin gələcək inkişafı və dövlətçiliyin möhkəmlənməsi üçün əsas şərt milli düşüncənin hakim mövqeyə gətirilməsidir: “Bu gün cəmiyyətin müxtəlif sahələrində, istər media, istər ictimai sektor, istərsə də siyasət və dövlət idarəçiliyi sahəsində hələ də xarici təsir dairəsində olan, milli maraqları ikinci plana atan qüvvələr mövcuddur.

Xüsusilə Rusiya və İran təsiri bu istiqamətdə ən təhlükəli amillərdəndir. O bildirir ki, illərlə Azərbaycanda müəyyən qruplar Rusiya ideoloji xəttinə xidmət edərək, ictimai fikri manipulyasiya edib, insanlarda milli özünüdərk və azərbaycançılıq ideologiyasına qarşı soyuqluq yaradıb. Eyni şəkildə, İran rejiminin dini pərdəyə bürünmüş təsir dairəsi də ölkədə milli birliyin zədələnməsinə yönəlib. Həsrətin sözlərinə görə, bu iki mərkəzin hədəfi eynidir, Azərbaycanı daxildən zəiflətmək, milli həmrəyliyi pozmaq, dövlətçilik dayaqlarını sarsıtmaq”.

A. Həsrət bu səbəbdən “milliləşmə siyasətinin” dövlət səviyyəsində prioritet elan olunmasını vacib sayır. Onun sözlərinə görə, ictimai-siyasi sektor, media, təhsil və mədəniyyət sahələrində çalışan hər bir qurum milli ideologiyanın daşıyıcısına çevrilməlidir. Çünki Azərbaycanın bu günkü vəziyyəti  müharibədən sonra əldə olunan ərazi bütövlüyü və suverenlik uğurları  yalnız milli düşüncəyə söykənməklə qoruna bilər:  “İllərlə milli düşüncəli, vətənpərvər, lakin sistemli şəkildə kənarda saxlanılan çoxlu sayda peşəkar kadrlarımız var. Bu kadrların önə çəkilməsini və onlara meydan verilməsini vacib məsələdir. Həmin insanlar boş yerdən gəlməyiblər – illərlə ictimai-siyasi həyatda aktiv olsalar da, antimilli ünsürlər tərəfindən irəli çəkilmələri əngəllənib. İndi isə bu vəziyyət dəyişməlidir.

Xüsusilə Milli Məclisin tərkibinə diqqət çəkmək istəyirəm. Bu gün parlamentdə milli qüvvələrin, dövlətçiliyə sadiq, prinsipial və qətiyyətli insanların sayı kifayət qədər deyil. İllər boyu Ramiz Mehdiyev kimi şəxslərin siyasi təsiri nəticəsində parlamentdə milli mövqelərin təmsil olunması məhdudlaşıb. Artıq bu dövr bitib və parlament yeni reallıqlara uyğun yenidən formalaşdırılmalıdır”.


Azər Həsrət qeyd edib ki, Azərbaycan yeni dövrə daxil olub və bu, “milli dövlətçilik dövrü”dür:

 “ Xarici təsirlərin, xüsusilə rus və fars ideoloji dayaqlarının ölkə daxilindən təmizlənməsi bu mərhələnin əsas şərtidir. Əks halda, ölkə daxilindəki qarışıqlıq və süni gərginliklər yenidən artacaq.

 Dövlətçilik əleyhinə fəaliyyət göstərən insanlardan təmizlənən postları kənar qüvvələr deyil, yalnız milli qüvvələr tutmalıdır. Yəni hansısa xarici mərkəzin təsirindən çıxıb digərinin təsiri altına düşmək yolu ilə deyil, tam müstəqil, milli maraqlara əsaslanan ideoloji və siyasi mühit formalaşdırılmalıdır. Bir daha qeyd edirəm, Azərbaycan dövlətinin qarşısında duran ən mühüm vəzifə milli birliyi əbədiləşdirməkdir. Bu isə yalnız milli ruhla, milli düşüncə ilə idarə olunan, xalqına və dövlətinə sədaqətli qüvvələrin sayəsində mümkün olacaq”.

Şəymən Bayramova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:58
embedMənbə:https://sherg.az
archiveBu xəbər 03 Noyabr 2025 19:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əvəzedicilər Liqası: II turun başlama vaxtı bilindi

10 İyul 2026 23:02see352

Zakir Həsənovdan Vətən Müharibəsi Qəhrəmanına böyük jest RÜTBƏSİNİ ARTIRDI

11 İyul 2026 19:42see331

Xameneinin tabutunu daşıyan gizli şəxs kimdir? VİDEO

11 İyul 2026 10:18see315

Ərdoğan Livanın Baş nazirini qəbul etdi

11 İyul 2026 02:36see312

İranın milyardlarla dollarlıq əməliyyatları ifşa edildi ABŞ hərəkətə keçdi

11 İyul 2026 09:38see266

ABŞ nin Rusiyaya qarşı sarsıdıcı sanksiyalar ı razılaşdırılıb Lindsi Qrem

10 İyul 2026 23:40see246

Alla Puqaçovadan ŞOK ADDIM Mayamidəki villasına 1 dollar qiymət qoydu...

11 İyul 2026 02:05see203

Dronların hava məkanından istifadəsi nəzarətə GÖTÜRÜLÜR

10 İyul 2026 18:26see200

Söz və qələm: Jurnalistikanın əbədi gücü...

10 İyul 2026 14:43see179

Kim bilir sabahım necə gələcək

10 İyul 2026 21:02see178

Öldürülsə, İrana görünməmiş zərbələr endirməyi tapşırıb

10 İyul 2026 21:02see177

Azərbaycan kinosunun ən uğurlu 18+ filmi (VİDEO)

11 İyul 2026 05:19see171

Yamal Fransaya meydan oxudu “Onların qorxmalı olduğu komanda bizik”

11 İyul 2026 02:23see167

Azərbaycan Özbəkistan vətəndaşını ölkəsinə ekstradisiya etdi

10 İyul 2026 18:20see165

Dünyanın gözü Hörmüzdə: ABŞ nin İrana verdiyi vaxt bitir, gəmilər radarlardan itir

11 İyul 2026 09:02see162

Argentina İsveçrə matçında daha bir qol CANLI YENİLƏNİR

12 İyul 2026 06:32see161

Zelenski silah çatdırılmasının sürətindən narazıdır

12 İyul 2026 00:33see157

Qələbənin memarı: Cənab Ali Baş Komandan kitabının təqdimatı olub

11 İyul 2026 14:34see156

“Rihanna dördüncü dəfə ana olacaq”

11 İyul 2026 08:41see152

Fidan: Kiçik bir səhv yeni böhrana səbəb ola bilər

10 İyul 2026 21:46see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri