Icma.az
close
up
RU
“Milli kimlik dövlət sabitliyinin təməlidir” POLİTOLOQ

“Milli kimlik dövlət sabitliyinin təməlidir” POLİTOLOQ

Icma.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.

“Son zamanlar dünyada siyasi diskusslarda daha çox müzakirə olunan mövzulardan biri “milli kimlik və identiklik”dir. Bu təsadüfidirmi, deyərdim ki, yox təsadüfi deyil.

20-ci əsrin soni 21-ci əsrin əvvəllərindən başlayaraq tənəzzül etməkdə olan, siyasi, iqtisadi və sosial kataklizmlər fonunda milli kimlik fenomeni daha çox özünə diqqəti cəlb edir.

Amerikan siyasi tədqiqiatçısı Samuel Phillips Huntington müasir siyasi elmdə milli kimlik və mədəniyyət amilini beynəlxalq və daxili siyasətin mərkəzinə gətirən əsas nəzəriyyəçilərddən biri hesab olunur”.

Gununsesi.info bildirib ki, bu fikirləri politoloq Amid Əliyev deyib.

Amid Əliyev fikirlərinə belə davam edib:

“Onun yanaşmasının əsas fərqləndirici cəhəti ondan ibarətdir ki, Hantinqton siyasəti yalnız institutlar, iqtisadi maraqlar və ya ideologiyalar prizmasından deyil, daha dərin mədəni və sivilizasiyaya məxsus strukturlar kontekstində izah edir. Ona görə də milli kimlik onun nəzəri sistemində köməkçi anlayış deyil, siyasi davranışın fundamental determinantına çevrilir.

Hantinqtona görə, milli kimlik cəmiyyətin tarixi inkişafı boyunca formalaşmış ortaq dəyərlər, dil, din, kollektiv yaddaş və siyasi mədəniyyətin sintezidir. Bu elementlər siyasi institutların necə işləyəcəyini, dövlətin legitimliyinin necə formalaşacağını və cəmiyyətin hakimiyyətə münasibətini müəyyən edir. Bu baxımdan, milli kimlik yalnız mədəni kateqoriya deyil, eyni zamanda siyasi sabitliyin və dövlət davamlılığının əsas mənbəyidir.

Hantinqtonun müəllifi olduğu “Sivilizasiyaların toqquşması” tezisi milli kimliyin daha geniş, sivilizasiya səviyyəsində təhlilinə əsaslanır. Hantinqton iddia edirdi ki, Soyuq müharibədən sonra beynəlxalq münasibətlərdə əsas qarşıdurma ideoloji bloklar arasında deyil, fərqli sivilizasiya və mədəni kimliklər arasında baş verəcək. Bu tezisin mərkəzində duran əsas arqument ondan ibarətdir ki, dövlətlər və cəmiyyətlər xarici siyasətdə belə, öz hərəkətlərini maddi maraqlardan çox kimlik və mənsubiyyət hissi üzərində qururlar.

Hantinqton Qərb siyasi dəyərlərinin universallaşdırılması cəhdlərinə tənqidi yanaşırdı. O hesab edirdi ki, liberal demokratiya, fərdiyyətçilik və sekulyarizm kimi dəyərlər müəyyən tarixi-mədəni kontekstdə formalaşmışdır və onların bütün cəmiyyətlər üçün avtomatik uyğun olacağı iddiası nəzəri və empirik baxımdan zəifdir. Bu səbəbdən, o, modernləşmə ilə vesternizasiyanı eyniləşdirən yanaşmaları yanlış sayırdı. Hantinqtona görə, cəmiyyətlər müasirləşə bilər, lakin bu proses mütləq şəkildə öz milli və mədəni kökləri üzərində baş verməlidir.

Bu yanaşma onun dövlət quruculuğu ilə bağlı fikirlərində də açıq şəkildə görünür. Hantinqton hesab edirdi ki, siyasi institutların uğurlu fəaliyyəti üçün onların cəmiyyətin mədəni kodları ilə uyğunluğu zəruridir. Əks halda, formal olaraq demokratik və ya müasir görünən institutlar praktikada legitimlik böhranı, siyasi qeyri-sabitlik və sosial parçalanma yarada bilər. Bu fikir onun erkən əsərlərindən biri olan “Political Order in Changing Societies” əsərində də açıq şəkildə ifadə olunmuşdur.

Hantinqtonun milli kimlik məsələsinə yanaşması ABŞ nümunəsində daha konkret xarakter alır. “Who Are We?” əsərində o, Amerika milli kimliyinin əsasını təşkil edən anglo-protestant dəyərlər sisteminin zəifləməsinin ölkənin siyasi birliyi üçün təhlükə yarada biləcəyini vurğulayır. Onun fikrincə, milli kimliyin aşınması yalnız mədəni problem deyil, eyni zamanda strateji və institusional riskdir”.

O əlavə edib ki, nəticə etibarilə, Hantinqtonun nəzəriyyəsi milli köklərə bağlılıq ideyasını romantik və ya nostalgik deyil, realist və struktur amil kimi təqdim edir.

“Onun yanaşmasında milli dəyərlərə əsaslanan düşüncə tərzi qloballaşmaya alternativ deyil, əksinə, qloballaşma şəraitində dövlətlərin və cəmiyyətlərin özünüqoruma və adaptasiya mexanizmi kimi çıxış edir. Bu baxımdan, milli düşüncə tərzində xidmət etmək Hantinqton üçün ideoloji seçim deyil, siyasi zərurətdir.

Beləliklə, ölkə başçısı Cənab İlham Əliyevin 14 fevral 2024-cü il tarixdə Milli Məclisdə andiçməsi zamanı səsləndirdiyi milli kimlik, milli ideologiya və milli köklərə əsaslanan fikirləri bir daha aktuallıq kəsb edir.

Əsas məsələ bu ideyanı zərrəsinə qədər cəmiyyət və idarəetmədə implementasiya edilməsidir”.

Firuzə Mahmudova

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:103
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 15 Dekabr 2025 15:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri