Milli komanda DÇ dən imtina etdi
Icma.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
ABŞ-nin 17 yaşadək futbolçulardan ibarət milli komandası regiondakı silahlı münaqişə riski səbəbindən Qətərdə keçiriləcək FIFA U-17 Dünya Çempionatından imtina edib.
Futbolpress.az xəbər verir ki, ABŞ Futbol Federasiyası turnirin başlamasına bir həftədən bir qədər çox vaxt qalmış futbolçulara göndərdiyi məktubda bu qərarı təsdiqləyib.
Federasiya addımını ABŞ Dövlət Departamentinin təhlükəsizlik vəziyyəti ilə əlaqədar Qətərə səfərləri yenidən nəzərdən keçirmək barədə tövsiyəsi ilə əsaslandırıb.
Qeyd edək ki, 48 komandanın iştirakı ilə noyabrın 19-dan dekabrın 13-dək Qətərdə təşkil olunacaq mundialda ABŞ millisi Monteneqro, Çili və Əlcəzair yığmaları ilə birlikdə J qrupunda yer almışdı. Səudiyyə Ərəbistanında keçirilməli olan 2027-ci il Asiya Kuboku da münaqişə səbəbindən təxminən bir il təxirə salınıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 12 Noyabr 2026 21:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















