Milli komandamızın üzvü: Macarıstanı məğlub edərək, dünya kubokunu Bakıda saxlamağa borcluyuq
Sportal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Azərbaycan milli komandasının müdafiəçisi Taleh Babayev Bakıda keçirilən minifutbol üzrə dünya çempionatının yarımfinal mərhələsində Monteneqro yığması üzərində qələbəsini (2:1) şərh edib.
Sportal.az saytına açıqlama verən Babayev, Macarıstana qarşı keçiriləcək final görüşündə yığmamızın şanslarını dəyərləndirib:
"Monteneqro güclü idi. Amma biz onları məğlub edə bildik. Güclü dəstəyə görə azarkeşlərimizə təşəkkür edirik. Artıq finaldayıq və əsas olan budur. Təbii ki, finalda da eyni dəstəyi gözəyirik. Azarkeşlərimizin etimadını doğrultmaq,dünya çempionluğunu qazanmaq istəyirik. Macarıstana qarşı görüş həlledici olacaq. Bu oyunda səhv etməyə haqqımız olmayacaq. Macarıstanı məğlub edərək, dünya kubokunu Bakıda saxlamağa borcluyuq".
Qeyd edək ki, Azərbaycan millisi bu gün 20:00-da Macarıstana qarşı final görüşünə çıxacaq.
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 01 İyun 2025 09:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















