Icma.az
close
up
RU
Milli Məclis və Gürcüstan parlamentinin sədrlərinin görüşü olub

Milli Məclis və Gürcüstan parlamentinin sədrlərinin görüşü olub

Apa.az saytına istinadən Icma.az xəbər verir.

Milli Məclisin sədri Sahibə Qafarova Gürcüstana rəsmi səfəri çərçivəsində martın 10-da bu ölkə parlamentinin sədri Şalva Papuaşvili ilə görüşüb.
Bu barədə APA-ya Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib.

Azərbaycan Milli Məclisinin sədrini səmimiyyətlə salamlayan Şalva Papuaşvili, bu səfərin Gürcüstanda keçirilən parlament seçkilərindən və yeni çağırış parlamentin fəaliyyətə başlamasından sonra qanunvericilik orqanının rəhbəri səviyyəsində ilk rəsmi səfər olduğunu bildirib. O, bunu ölkələrimiz arasında yüksək səviyyəli dostluq münasibətlərinin göstəricisi kimi qiymətləndirib.
Şalva Papuaşvili Azərbaycana səfərlərini məmnunluqla xatırlayaraq, deyib ki, intensiv səfərlər və sıx qarşılıqlı təmaslar münasibətlərin daha da genişlənməsini şərtləndirib. O, ölkəmizin Gürcüstana verdiyi dəstəyə görə Azərbaycan hökumətinə təşəkkür edib.
Milli Məclisin sədri Sahibə Qafarova göstərilən yüksək səviyyəli qonaqpərvərliyə görə minnətdarlığını bildirərək, Gürcüstan parlamentinə keçirilən seçkilər və yenidən parlamentin spikeri seçilməsi münasibətilə təbriklərini çatdırıb. O, bu səfərin Milli Məclisin sədri kimi Gürcüstana ikinci rəsmi səfəri olduğunu bildirib və keçirilən görüşlərin əlaqələrin daha da genişlənməsinə töhfə verəcəyinə inamını ifadə edib.
Azərbaycan və Gürcüstanın dost və tərəfdaş ölkələr olduğunu söyləyən Milli Məclisin sədri deyib ki, bu dostluq münasibətləri ilk növbədə xalqlarımızın iradəsindən qaynaqlanır. Xalqlarımız əsrlər boyu bir yerdə olub, dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayıblar. Spikerin sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycanla Gürcüstan arasındakı siyasi əlaqələr bütün qonşular üçün nümunə ola bilər.
Qeyd olunub ki, Azərbaycan-Gürcüstan dostluğu və strateji tərəfdaşlığı böyük enerji və nəqliyyat layihələrinin həyata keçirilməsinə imkan yaradıb. Bu layihələr xalqlarımızın mənafelərinə xidmət edib, Cənubi Qafqazın sabitliyinə, inkişafına töhfə verib. Eyni zamanda, daha geniş regionda – Avrasiya məkanında mühüm amilə çevrilib və yeni imkanlar yaradıb.
Söhbət zamanı ölkələrimizin və xalqlarımızın bir-birinə qarşılıqlı dəstəyi və həmrəyliyi də xüsusi qeyd edilib. O cümlədən, ərazi bütövlüyü, suverenlik məsələlərinə münasibətdə tərəflərin birmənalı mövqe ortaya qoyduğu vurğulanıb.
Görüşdə dost və qonşu ölkələrimiz arasında yüksək səviyyəli münasibətlərin parlamentlər müstəvisində də uğurla davam etdirildiyi qeyd olunub. Vurğulanıb ki, parlamentlərarası əlaqələr Azərbaycan və Gürcüstan arasında ikitərəfli və çoxtərəfli münasibətlərin mühüm tərkib hissələrindən biridir və bu gün qanunvericilik orqanlarımız arasında həqiqətən çox səmərəli əməkdaşlıq qurulub. Dostluq qrupları ilə yanaşı, parlament komitələri arasında da əməkdaşlıq baxımından yaxşı təcrübələr mövcuddur. Söhbət zamanı Azərbaycan və Gürcüstan parlamentarilərinin beynəlxalq platformalarda bir-birinə qarşılıqlı dəstəyinin və birgə fəaliyyətinin əhəmiyyəti qeyd olunub.
Söhbət zamanı, həmçinin regionda vəziyyət, sülh və sabitliyin təmin olunmasının vacibliyi ilə bağlı da fikir mübadiləsi aparılıb. Spiker Sahibə Qafarova, həmçinin beynəlxalq münasibətlər sistemində mövcud olan ikili standartların, ölkələrə qarşı qərəzli, ədalətsiz yanaşmaların yolverilməz olduğu ilə bağlı fikirlərini səsləndirib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.
Görüşdən sonra Milli Məclisin sədri Sahibə Qafarova Xatirə kitabını imzalayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:241
embedMənbə:https://apa.az
archiveBu xəbər 10 Mart 2025 18:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri