Icma.az
close
up
RU
Milli Məclis və Pakistan Milli Assambleyasının sədrlərinin görüşü olub

Milli Məclis və Pakistan Milli Assambleyasının sədrlərinin görüşü olub

Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.


İyulun 7-də Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə rəsmi səfərdə olan Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Sərdar Ayaz Sadiqin rəhbərlik etdiyi parlament nümayəndə heyəti ilə görüşüb.

Bu barədə APA-ya Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib.

Görüşdə vurğulanıb ki, Azərbaycan və Pakistan arasında strateji münasibətlər dostluq və qardaşlıq prinsipləri əsasında qurulub. Spiker Sahibə Qafarova bu səfərin ölkələrimiz arasında yüksək səviyyəli münasibətlərin növbəti təzahürü olduğunu bildirib. Milli Məclisin sədri qonaqların Prezident İlham Əliyevlə görüşünə toxunaraq, qeyd edib ki, dövlət başçımız ölkələrimiz arasındakı münasibətlərin möhkəmləndirilməsinə xüsusi diqqət yetirir.
Söhbət zamanı bildirilib ki, Azərbaycan xalqı Ermənistanın torpaqlarımızı 30 il davam etmiş işğalı dövründə və Vətən müharibəsində Pakistanın ölkəmizə dəstəyini yüksək qiymətləndirir.
İki ölkə arasında münasibətlərin inkişafında yüksək səviyyəli səfərlərin xüsusi rolunu qeyd edən Milli Məclisin sədri Prezident İlham Əliyevin Pakistana səfərlərinin, Pakistanın dövlət rəhbərlərinin Azərbaycana səfərlərinin və imzalanmış sənədlərin xüsusi rolundan danışıb. Bildirilib ki, Pakistanın Baş naziri Şahbaz Şərifin bir neçə gün əvvəl İqtisadi Əməkdaşlıq Təşkilatının Xankəndidə keçirilmiş 17-ci sammitində iştirakı dostluğumuzun növbəti nümunəsidir.
Parlamentlərarası əlaqələr barədə danışan spiker Sahibə Qafarova qeyd edib ki, hər iki ölkənin parlamentlərində qarşılıqlı dostluq qrupları uğurla fəaliyyət göstərir və bu gün qanunverici orqanlarımız arasında çox yaxşı münasibətlər qurulub. Parlamentlərimiz bir sıra beynəlxalq təşkilatlarda sıx əməkdaşlıq edirlər. Bildirilib ki, Azərbaycan, Pakistan və Türkiyə arasında yaradılmış üçtərəfli əməkdaşlıq formatı strateji müttəfiq ölkələrimizin əldə etdikləri nailiyyətlərdən biridir.
Görüşdə, həmçinin bu il mayın 28-də Laçın şəhərində keçirilmiş Azərbaycan-Pakistan-Türkiyə liderlərinin üçtərəfli Sammitini xüsusi qeyd edən spiker Sahibə Qafarova bu sammitin əhəmiyyətini vurğulayıb. Üçtərəfli formatda əməkdaşlığın parlamentlər çərçivəsində də davam etdirildiyini deyən spiker Sahibə Qafarova parlament sədrlərinin nəzərdə tutulan Üçüncü Üçtərəfli Görüşü barədə fikirlərini bölüşüb.
Pakistan Milli Assambleyasının sədri Sərdar Ayaz Sadiq qonaqpərvərliyə və ölkəmizə dəvətə görə təşəkkürünü ifadə edərək bildirib ki, Pakistan və Azərbaycan həmişə bir-birilərini dəstəkləyən qardaş ölkələrdir. Assambleyanın sədri, Hindistanla münaqişədə Pakistanla həmrəylik nümayiş etdirdiyinə görə Azərbaycana təşəkkürünü bildirib.
O, qeyd edib ki, ölkələrimizin yerləşdiyi coğrafi məkanlar arasında bağların gücləndirilməsi gələcək üçün böyük önəm daşıyır. Diqqətə çatdırılıb ki, Pakistan bütün beynəlxalq müstəvilərdə həmişə Azərbaycanı dəstəkləyib.
Qonaq bildirib ki, bir neçə gün əvvəl Xankəndidə keçirilmiş sammitdə dövlət və hökumət başçılarının iştirakı həm dünyaya verilmiş bir mesaj, həm də Azərbaycanın zəfərinə dəstəkdir.
Söhbət zamanı Milli Assambleyanın sədri Pakistanla Azərbaycan arasında parlamentlərarası əlaqələrin inkişaf perspektivləri, qarşılıqlı təcrübə mübadiləsi barədə fikirlərini bölüşüb, Pakistan parlamentinin strukturu, fəaliyyət prinsipləri barədə məlumat verib, mütəmadi həyata keçirilən qarşılıqlı səfərlərin mühüm rolundan danışıb.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər barəsində də fikir mübadiləsi aparılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://apa.az
archiveBu xəbər 07 İyul 2025 16:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Belə yüksək səviyyəli beynəlxalq tədbirə ev sahibliyi etmək, Azərbaycanın diplomatik çəkisini artırır

06 Oktyabr 2025 09:07see194

“xAI” bu dəfə yeni oyun təqdim edəcək Mask açıqladı

06 Oktyabr 2025 11:19see184

Oktyabrda varlanmaq üçün 3 BÜRCƏ məsləhət: Bunları edin

05 Oktyabr 2025 09:11see163

DOĞULMAMIŞ UŞAQ ÜÇÜN KADDİŞ Etibar Əliyevin YAZISI

05 Oktyabr 2025 09:21see141

Tramp əmr verdi: Əsgərlər göndərilsin!

06 Oktyabr 2025 09:15see135

Azərbaycanda internet istifadəçilərinə VACİB XƏBƏR

05 Oktyabr 2025 17:40see135

Qlobal çağırışlar müəllimin məsuliyyətini daha da artırır

05 Oktyabr 2025 21:48see130

Gənc müəllim: Süni intellektdən istifadə olunması tədrisi canlı, maraqlı və müasir edir MÜSAHİBƏ

05 Oktyabr 2025 13:01see130

“Dünyada hələ belə bir festival olmayıb” Video

05 Oktyabr 2025 10:44see129

Kulevi terminalı genişləndirilir

05 Oktyabr 2025 10:39see128

Villasını bu qiymətə satır Foto

06 Oktyabr 2025 21:22see127

“Yuventus” Kənan Yıldızla yeni müqavilə imzalayır

05 Oktyabr 2025 20:12see126

3 cü MDB Oyunlarında günün proqramı

05 Oktyabr 2025 11:00see124

Dambrauskas: “Üç xal qazandıq, amma Mikelsin zədəsi hamımızı üzdü”

05 Oktyabr 2025 18:12see124

Yıxılaraq xəsarət alan yazıçı vəfat etdi

07 Oktyabr 2025 02:03see123

U 17 nin Avropa çempionatının seçmə mərhələsi üçün HEYƏTİ

05 Oktyabr 2025 14:40see123

lll MDB Oyunlarının boks üzrə qalibi: Hər döyüş mənim üçün böyük sınaqdır

05 Oktyabr 2025 18:49see123

Qəzzadakı müharibənin sonuna gəlməmişik Rubio

05 Oktyabr 2025 18:22see122

“Görünən odur ki, ölkəmizin futbol aləmində nüfuzu artıb”

06 Oktyabr 2025 00:29see120

Türkiyənin müdafiə sənayesində tarixi sıçrayış: NATO standartlarını geridə qoyan Altay

07 Oktyabr 2025 01:13see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri