Icma.az
close
up
RU
Milli Məclisdə ailə institutunun möhkəmləndirilməsinə dair dinləmələr keçiriləcək

Milli Məclisdə ailə institutunun möhkəmləndirilməsinə dair dinləmələr keçiriləcək

Teleqraf.com saytından alınan məlumata görə, Icma.az bildirir.

Yanvarın 22-də Milli Məclisin ailə, qadın və uşaq məsələləri komitəsinin 2025-ci ilin yaz sessiyasında ilk iclası keçirilib.

Teleqraf.com xəbər verir ki, Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, iclası açan komitə sədri Hicran Hüseynova iclasın gündəliyinə 3 məsələnin daxil edildiyini söyləyib. O, əvvəlcə gündəliyin birinci məsələsini - Milli Məclisin 2024-cü ilin payız sessiyası dövründə Ailə, qadın və uşaq məsələləri komitəsində görülən işlər barədə hesabatı təqdim edib. Bildirilib ki, komitənin ötən sessiya ərzində 11 iclası keçirilib və həmin iclaslarda 20 məsələyə baxılıb. Sessiya dövründə 6 qanun layihəsi üç oxunuşda, 1 qanun layihəsi isə bir oxunuşda qəbul edilib.

Payız sessiyası dövründə komitə sədri və üzvləri həm xaricdə, həm də parlamentdəki beynəlxalq tədbirlərdə, görüşlərdə, o cümlədən COP29 çərçivəsində keçirilən tədbirlərdə fəal iştirak etmişlər, sosial şəbəkələrdə aktiv olmuşlar.

Hesabat dövründə komitəyə daxil olmuş 350-dən artıq ərizə, məktub və müxtəlif xarakterli sənədlərə baxılıb və müvafiq tədbirlər görülüb.

Ailə, qadın və uşaq məsələləri komitəsinin 2025-ci ilin yaz sessiyası üçün iş planının layihəsi barədə Hicran Hüseynova bildirib ki, qarşıdakı sessiyada qanunvericilik təşəbbüsü qaydasında təqdim olunan qanun layihələrinin müzakirəsi, ailə institutunun daha da möhkəmləndirilməsinə dair dinləmələrin keçirilməsi və digər məsələlər nəzərdə tutulub.

Sonra Hicran Hüseynova “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edib.

O, bildirib ki, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən, sözügedən kateqoriyadan olan uşaqlar, habelə onların arasından olan şəxslər ümumi təhsil, peşə və orta ixtisas təhsili, ali təhsil müəssisələrini bitirdikləri zaman müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi qaydada mövsümi paltar və ayaqqabı, habelə respublika üzrə orta əmək haqqının iki mislindən az olmamaqla birdəfəlik pul vəsaiti ilə təmin olunurlar.

Qanundan göründüyü kimi birdəfəlik pul vəsaitinin ödənilməsi zamanı respublika üzrə orta əmək haqqının hansı dövr üçün hesablanması qeyd edilməmişdir. Təcrübədən məlum olduğu kimi orta əmək haqqı aylar və illər üzrə dəyişir.

Eyni zamanda mövcud vəziyyətdə nəzərdə tutulmuş normativlər üzrə paltar və ayaqqabıların sözügedən kateqoriyadan olan şəxslərin tələbatına, bunların əvəzinə verilən pul kompensasiyasının isə qeyd olunan mövsümi geyim məhsullarının orta bazar qiymətinə adekvat olmaması bu təminat növlərinin praktiki cəhətdən aktual olmamasını şərtləndirir.

Qeyd olunanlara əsasən, daha effektiv sosial təminat prinsipinin tətbiq edilməsi, qanunvericilikdə olan qeyri-müəyyənliyin aradan qaldırılması, birdəfəlik pul vəsaitinin konkret məbləğdə ödənilməsi və bununla da vətəndaş məmnunluğunun artırılması məqsədilə Qanunun 5-ci maddəsinin altıncı hissəsində müvafiq dəyişiklik edilməsi təklif olunur.

Gündəlikdəki məsələlərin müzakirəsində komitə sədrinin müavini Jalə Əliyeva, komitə üzvləri Tamam Cəfərova, Pərvin Kərimzadə, Sevinc Hüseynova, Mehriban Vəliyeva çıxış ediblər, qeyd və təklifləri bildiriblər. İclasda iştirak edən Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev qaldırılan məsələlərə aydınlıq gətirib, sualları cavablandırıb.

İclasda komitənin 2024-cü ilin payız sessiyası dövründə görülən işlər barədə hesabatı qənaətbəxş hesab olunub, 2025-ci ilin yaz sessiyası üçün iş planı təsdiqlənib, qanun layihəsi isə birinci oxunuşda Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə edilib.

İclasda deputatlar Könül Nurullayeva, Müşfiq Məmmədli və digər rəsmi şəxslər iştirak ediblər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:198
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 22 Yanvar 2025 14:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see286

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see266

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see263

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see259

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see249

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see240

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see240

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see231

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see231

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see228

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see215

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see215

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see209

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see208

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see202

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see200

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see198

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see193

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see192

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri