Icma.az
close
up
RU
Milli Məclisdə ailə modeli: çoxuşaqlılar, subaylar 7 övlad atası kimdir?

Milli Məclisdə ailə modeli: çoxuşaqlılar, subaylar 7 övlad atası kimdir?

Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.

Azərbaycan parlamentindəki deputatların həyat tərzi cəmiyyət üçün yalnız siyasi deyil, həm də sosial baxımdan maraqlıdır. Görəsən deputatların ailə həyatı, uşaqlarının sayı kimi faktorların onların qərarvermə proseslərinə də təsiri varmı?
Modern.az saytı deputatların ailə vəziyyətini və neçə uşağa sahib olduqlarını araşdırmağa çalışıb.
Məlum olub ki, əksər deputatlar 2 uşağa sahibdirlər, 3 və daha çox övladın valideyni olan parlamentarlar da var. Bu faktlar ilk baxışda sıradan görünə bilər, amma dərinliyə getsək, burada maraqlı tendensiyalar görə bilərik.
Adətən 2 uşaqlı olmaq çox vaxt ailə planlaşdırmasında balans axtarışı ilə izah edilir. Belə şəxslər iqtisadi və sosial sabitliyi önə çıxaran təbəqəyə daha yaxın görünürlər. Onların çıxışlarında "ailə məsuliyyəti", "orta təbəqənin yükü" kimi ifadələr tez-tez yer alır.

3 uşaqlılar daha çox klassik ailə modelinə sadiq qalan, ənənəvi dəyərləri müdafiə edən kəslərdir. Onlar ailə institutunun qorunmasını prioritet sayır, çıxışlarında "ailə bizim gələcəyimizdir" fikrini əsas götürürlər.

4 və daha çox uşağı olanlar indiki çətin zəmanədə “qəhrəman valideyn” sayılırlar.
Deputatın özünün valideyn kimi yaşadığı təcrübə onun qanunverici fəaliyyətinə təsir edə bilərmi? Bu sualın cavabı birmənalı deyil. Amma təcrübə göstərir ki, öz ailə həyatında balansı tapa bilən, uşaqlarının təhsil və tərbiyəsində iştirak edən deputatlar ailə ilə bağlı qanunvericilik təşəbbüslərində daha çevik və realist olurlar.
Məsələn, uşaq bağçalarının inkişafına dair qanun layihələrini dəstəkləyən deputatların əksəriyyəti azı 2 uşaq atası və ya anasıdırlar.

Sosial yardım mexanizmlərinin genişləndirilməsi təşəbbüsləri isə əksər vaxt çoxuşaqlı ailə təcrübəsinə malik deputatlar tərəfindən irəli sürülür.

Beləliklə, hansı deputatlar 2, hansılar 3 və 4 uşaq valideynidirlər? Bəs Milli Məclisdə subay parlamentar da varmı?
Statistikaya görə, Milli Məclisdə 60 deputat 2 övlad valideynidir. Onlar aşağıdakılardı:
Aqil Abbas, Ülviyyə Ağayeva, Elnarə Akimova, Sahib Alıyev, Azər Allahverənov, Nigar Arpadarai, Azər Badamov, Vüqar Bayramov, Tamam Cəfərova, Məzahir Əfəndiyev, Əli Əhmədov, Bəxtiyar Əliyev, Azər Əmiraslanov, Əhliman Əmiraslanov, Asif Əsgərov, Ziyafət Əsgərov, Xanlar Fətiyev, Sevinc Fətəliyeva, Sabir Hacıyev, Əli Hüseynli, Aydın Hüseynov, Hicran Hüseynova, Naqif Həmzəyev, Ramil Həsən, Nurlan Həsənov, Afər Həsənova, Qüdrət Həsənquliyev, Səbinə Xasayeva, Məlahət İbrahimqızı, Anar İsgəndəov, Vüqar İsgəndərov, Şahin İsmayılov, Fariz İsmayılzadə, Azər Kərimli, Pərvin Kərimzadə, Sahibə Qafarova, Eldar Quliyev, Ülvi Quliyev, Mübariz Qurbanlı, Eyvaz Qurbanov, Tahir Mirkişili, Elçin Mirzəbəyli, Aydın Mirzəzadə, Rövşən Muradov, Fazil Mustafa, Bəhruz Məhərrəmov, Nigar Məmmədova, Əli Məsimli, Arzu Nağıyev, Ramiz Namazov, Siyavuş Novruzov, Razi Nurullayeva, Rizvan Nəbiyev, Zahid Oruc, Gülşən Paşayeva, Tənzilə Rüstəmxanlı, Səbinə Salmanova, Səməd Sreyidova, Nizami Səfərov, Fatma Yıldırım.
34 deputatın 2 övladı var:
Günay Ağamalı, Kamran Bayramov, Polad Bülbüloğlu, Bədəl Bədəlov, Arzuxan Əliadə, Əziz Ələkbərov, Heydər Əsədov, Malik Həsənov, Fəzail İbrahimli, Eldar İbrahimov, İmamverdi İsmayılov, Vasif Qafarov, Azay Quliyev, Musa Quliyev, Sadiq Qurbanov, Rəşad Mahmudov, Səttar Mehbalıyev, Nəsib Məhəməliyev, Müşfiz Məmmədli, Anar Məmmədov, Hikmət Məmmədov, Soltan Məmmədov, Elman Nəsirov, Cavanşir Paşazadə, Tahir Rzayeva, Vüqar Rəhimzadə, Səyyar Salahlı, Şahin Seyidzadə, Zaur Şükürov, Mahir Süleymanlı, Ziyad Səmədzadə, Samir Vəliyev, Mehriban Vəliyeva, Pərvanə Vəliyeva.
Aşağıdakı 17 deputat 1 övlada sahibdir:
Əminə Ağazadə, Jalə Əliyeva, Rafael Hüseynov, Sevinc Hüseynova, Ülviyyə Həmzəyeva, Mircəlil Qasımlı, Erkin Qədirli, Asim Mollazadə, Rasim Musabəyov, Elşən Musayev, Ceyhun Məmmədov, İlham Məmmədov, Könül Nurullayeva, Anatoliy Rafailov, Ağalar Vəliyev, Mixail Zabelin.
8 deputat 4 övlad tərbiyə edir:
Novruzəli Aslanov, Müşfiq Cəfərov, Cavanşir Feyziyev, Kəmaləddin Qafarov, Musa Qasımlı, Elşad Musayev, Əlibala Məhərrəmzadə, Məşhur Məmmədov.
Parlamentdə ən çox övladı olan 1 deputat var - Elman Məmmədov. Onun ailəsində 7 uşaq dünyaya gəlib.
Kamal Cəfərov və Tural Gəncəliyev evlidirlər, amma hələ övlad sahibi deyillər.
Günay Əfəndiyev və Sevil Mikayılova isə subaydırlar.
Milli Məclisin saytında deputatlar Göydəniz Qəhrəmanovla Qaya Məmmədovun ailə məlumatı barədə məlumat "sirr" saxlanılıb.
Övlad sahibi olan iki deputat isə duldur: Sabir Hacıyev və Məzahir Əfəndiyev.
A.Qorxmaz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:379
embedMənbə:https://modern.az
archiveBu xəbər 10 İyun 2025 16:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see370

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see238

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see236

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see230

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see230

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see226

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see224

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see224

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see223

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see220

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see215

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see210

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see210

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see208

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see208

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see208

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see208

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see205

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri