Milli Məclisdə dərsliklərlə bağlı ictimai dinləmələrin təşkil olunması təklif edilib
Icma.az, Apa.az saytına istinadən bildirir.
Milli Məclisdə dərsliklərlə bağlı ictimai dinləmələrin təşkil olunması təklif edilib.
APA-nın xəbərinə görə, belə təkliflə parlamentin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında deputat Elnarə Akimova çıxış edib.
Deputat deyib ki, xüsusilə bu gün ana dili ilə bağlı Prezident İlham Əliyevin çağırışları məhz bu məsələyə yenidən nəzər yetirməyi zərurətə çevirir: "Təklif edirəm ki, 2026-cı il üçün Milli Məclisin Elm və təhsil komitəsinin təşəbbüsü ilə dərsliklərlə bağlı ictimai dinləmələr təşkil olunsun. İctimai dinləmələrə biz fənn müəllimlərini, təhsil ekspertlərini, pedaqoji universitetlərin alimlərini cəlb etməliyik. Çünki bu dinləmələrin əsas məqsədi dərsliklərin dilinin anlaşıqlığını, yaş səviyyəsinə uyğunluğunu, fakt və termin səhvlərini, məntiqi ardıcıllığı və yüklənmə dərəcəsini obyektiv şəkildə müzakirə etməkdir və bu işdə kolleqiallıq tələb olunur. İctimai dinləmələrin nəticələri üzrə də rəsmi rəy sənədi hazırlanaraq Elm və Təhsil Nazirliyinə göndərilsin”.
Deputat Ceyhun Məmmədov da dərslikdə problemlərin olduğunu qeyd edib: “Dərslikdə problemlər var, dərsliklərin rəqəmsallaşdırılması istiqamətində daha sistemli və geniş müzakirələr aparılmalıdır”.
Deputat onu da nəzərə çatdırıb ki, ötən gün dünya universitetlərinin reytinqi açıqlanıb və siyahıda bir sıra ölkələrin ali təhsil müəssisələri yer alıb: “Azərbaycanın da bir neçə universitetinin bu reytinqdə təmsil olunması müsbət haldır. Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti və digər ali məktəblər bu siyahıda yer alsa da, qarşıdakı mərhələdə əsas məqsəd Azərbaycan universitetlərinin beynəlxalq reytinqlərdə daha yüksək və daha möhkəm mövqelər tutmasına nail olmaq olmalıdır".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 22 Yanvar 2026 09:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















