Milli Məclisdə kasıb dan alınan vergilərin lehinə səs verənlər, varlılardan alınmasının lehinə səs verərmi?
Icma.az, Bizimyol saytına istinadən bildirir.
“Ağ Partiya” başqan müavini Əhəd Məmmədli bildirib ki, deputatlar özləri qərar vermir, nazirliklərdən və aparatdan nə əmr gəlirsə, deputatlar da ona əl qaldırırlar.
Əhəd Məmmədli
“Siz bu günə qədər görmüsünüzmü ki, aparatdan və yaxud hansısa nazirlikdən gələn qərarın əleyhinə hansısa deputat səs versin? Səhv etmirsəmsə, hərdən Erkin Qədirli əleyhinə səs verir. Orada bir neçə müxalifət partiyasının nümayəndəsi var, amma hamısı bir nəfər kimi qərarların lehinə səs verir. Bu, səsvermə deyil, əslində. Qərara gəlincə, sağ olsunlar, təşəkkür edirik, 4 faiz azaltdılar. İndi lap azaltmağı təklif edib deputatın biri, o da sağ olsun. Amma bilirsiniz ki, kasıb təbəqənin vergidən az da olsa azad edilməsi bütün sahələrdə olmalıdır. Yoxsa, hara əl atırsan vergi çıxır ortaya. Ona vergi ver, buna vergi ver. Bizim bir ironik təklifimiz olmuşdu. Dünya tarixindən misallar çəkmişdik. Roma tarixindən müxtəlif nümunələr və s. Yemək vergisi, nəfəs almağa vergi… Vergi, vergi… Görək, axırımız nə olur. Bu, düzgün yanaşma deyil.
Biz hər zaman deyirik ki, büdcə xalqın cibindən doldurulmamalıdır. Bir boş yer buraxılmır, çalışırlar hər yerdən pul alsınlar. Pul alırsınızsa, varlı təbəqədən alın. Məsələn; Fransada xüsusi təbəqədən vergi alırlar. Siz də varlılardan alın. Bizdə əksinə kasıblardan vergi alınır. Varlılardan niyə alınmır?”-deyə Əhəd Məmmədli qeyd edib.
İradə Cəlil, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 14 Noyabr 2025 15:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















