Icma.az
close
up
RU
Milli Məclisi Lüksemburq Deputatlar Palatasının qərəzli qıtnaməsinə dair bəyanat yaydı

Milli Məclisi Lüksemburq Deputatlar Palatasının qərəzli qıtnaməsinə dair bəyanat yaydı

Milli.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan Respublikasının Milli Məclisi Lüksemburq Deputatlar Palatasının bu il noyabrın 20-də qəbul etdiyi qərəzli qıtnaməyə dair bəyanat yayıb.

Milli.Az xəbər verir ki, bəyanatda deyilir:

"Azərbaycan Respublikasının Milli Məclisi Lüksemburq Deputatlar Palatasının bu il noyabrın 20-də qəbul etdiyi qətnaməni qərəzli, qeyri-obyektiv və ədalətsiz bir akt kimi qiymətləndirir, ölkəmizi hədəf alan əsassız iddia və ittihamları qətiyyətlə rədd edir. Lüksemburq parlamentinin bu siyasi aksiyası həmin ölkənin parlamentinin siyasi avantüra meydanına çevrildiyini göstərir.

Azərbaycanın suverenliyinə aşkar hörmətsizliyin, onun milli təhlükəsizliyinin, ictimai sabitliyinin və ərazi bütövlüyünün qorunması üçün görülən tədbirlərə etinasızlığın nümayiş etdirildiyi qətnamədə ölkəmizdə cərəyan edən proseslər ilə bağlı qaldırılan məsələlər daxili işlərə kobud müdaxilədən başqa bir şey deyildir.

2024-cü il fevralın 7-də keçirilmiş növbədənkənar Prezident seçkiləri barəsində irəli sürülən iddialar tamamilə əsassızdır. Seçki praktikasının təkmilləşdirilməsi sahəsində Azərbaycanın əldə etdiyi irəliləyiş beynəlxalq miqyasda təsdiq edilmişdir. Seçkilər milli qanunlara və beynəlxalq öhdəliklərə tam uyğun keçirilmişdir.

Özbaşına həbslər, fikir və toplaşma azadlığının məhdudlaşdırılması barədə qətnamədə ifadə edilən fikirlər kobud təhriflər üzərində qurulmuşdur. Müxtəlif hesabatlarda adları hallandırılan şəxslərin həbsləri milli qanunların pozulduğunu göstərən tutarlı sübutlar əsasında həyata keçirilmiş və bu zaman lazımi hüquqi prosedurlara əməl edilmişdir.

Qətnamədə siyasi məhbuslar ilə bağlı irəli sürülən iddialar əsassızdır və Azərbaycanın gözdən salınmasına yönələn kampaniyanın tərkib hissəsini təşkil edir. Azərbaycanda vətəndaş cəmiyyətinin inkişaf etdirilməsi, demokratik proseslərin möhkəmləndirilməsi üçün göstərilən səylərin üzərinə kölgə salmaq cəhdi təəssüf doğurur.

Avropa Şurası Parlament Assambleyasının 76 deputatının, o cümlədən Lüksemburq Deputatlar Palatası üzvlərinin "persona non qrata" elan olunması məhz Azərbaycanın sülh və sabitlik yaradılması səylərinə zidd hərəkətlərin fəal surətdə dəstəklənməsi, dövlətimizin ərazi bütövlüyünə və suverenliyinə aşkar hörmətsizliyin nümayiş etdirilməsi ilə bağlı olmuşdur. Həmin tədbirlərin ləğv edilməsinə çağırış bu cür dəstəyin ikitərəfli və çoxtərəfli münasibətlər üçün doğurduğu ağır nəticələrin dərk edilmədiyini göstərir.

Azərbaycan Respublikası Lüksemburq da daxil olmaqla, bütün beynəlxalq tərəfdaşlar ilə konstruktiv dialoqa sadiqdir, lakin bu cür dialoq qarşılıqlı hörmətə və beynəlxalq hüquqa riayət edilməsinə əsaslanmalıdır. Bununla əlaqədar olaraq, Azərbaycan Milli Məclisi Lüksemburq Nümayəndələr Palatasından aqressiv ritorikanı kənara qoymağı, eləcə də parlament dialoqu və diplomatiyası prinsiplərinə zidd olan, etimadı və əməkdaşlıq yaradılması səylərini sarsıdan qətnamələr qəbul edilməsi praktikasından əl çəkməyi tələb edir".

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:15
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 21 Noyabr 2024 20:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Onların da amnistiyaya düşməsini istərdim” Novella Cəfəroğlu

15 Dekabr 2025 17:00see248

Rəqsanənin qızının əl ələ görüntüləndiyi müğənni KİMDİR? VİDEO

16 Dekabr 2025 14:45see245

Meksikada hava limanı yaxınlığında təyyarə qəzaya uğrayıb

16 Dekabr 2025 02:19see227

Rusiya Milad bayramında da döyüşmək istəyir

16 Dekabr 2025 19:38see203

Daha beş tibb müəssisəsində ilkin dializ kateterinin qoyulması xidməti təşkil ediləcək

15 Dekabr 2025 19:12see198

Elektron siqaretin cəmi üç gün istifadəsi ilə yaranan böyük təhlükə

15 Dekabr 2025 17:19see170

Aİ Rusiyadan qaz alışını 2% dən çox azaldıb

16 Dekabr 2025 14:58see158

ABŞ dan Ankara və İrəvan açıqlaması: Zəngəzura işarə edildi

15 Dekabr 2025 22:52see151

İlham Əliyevin amnistiya təşəbbüsü humanizm və sosial ədalət prinsiplərinə sadiqliyin göstəricisidir

15 Dekabr 2025 20:55see148

2025 ci ildə ən çox buna pul xərcləmişik

15 Dekabr 2025 19:25see147

İranda yeni türk əyaləti yarana bilər Kampaniya başladı

16 Dekabr 2025 15:43see146

Anasını qızıl tabutda dəfn etdi Video

16 Dekabr 2025 06:40see146

Elşad Xose Oksananı döyməsindən və narkotikdən danışdı (VİDEO MÜSAHİBƏ)

16 Dekabr 2025 05:14see139

Bu universitetin əməkdaşlarına pul mükafatı verildi KONKRET

15 Dekabr 2025 13:47see139

Premyer Liqa: “Neftçi” “Sumqayıt”la heç heçə etdi

15 Dekabr 2025 21:07see138

Dağlarda qar, yollarda buzlanma gözlənilir rəsmi xəbərdarlıq

15 Dekabr 2025 15:27see137

Korrupsiya və əxlaq PARADOKSU Qarayevlərin biznes imperiyası SİYAHI

16 Dekabr 2025 09:01see136

Münaqişənin həllinə həmişə olduğundan daha yaxınıq Tramp

16 Dekabr 2025 00:31see132

“DTX nin keçirdiyi əməliyyatlar digərləri üçün növbəti xəbərdarlıqdır”

15 Dekabr 2025 17:13see130

Neftçilər xəstəxanasında ÖLÜM Anası böyrəyini verdi, həkimlər isə öldürdü FOTO

17 Dekabr 2025 02:24see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri