Icma.az
close
up
RU
Milli Məclisin deputatları Kıbrısa səfər ediblər Foto

Milli Məclisin deputatları Kıbrısa səfər ediblər Foto

Bizimyol portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Kuzey Kıbrıs Türk Cümhuriyyətində səfərdə olan Milli Məclis üzvləri Cavanşir Feyziyev və Tural Gəncəliyev bu ölkədə yaşayan Azərbaycan ziyalıları ilə görüşüblər. Görüş Girne şəhərində yerləşən və bu ilin əvvəllərindən fəaliyyətə başlamış Azərbaycan Mədəniyyət mərkəzində baş tutub.

Görüşdən əvvəl millət vəkilləri və görüş iştirakçıları Heydər Əliyevin Mədəniyyət Mərkəzinin önündə ucaldılmış büstü qarşısına gül dəstələri düzərək Ulu Öndərin xatirəsini hörmətlə yad ediblər. Daha sonra Mədəniyyət Mərkəzinin rəhbəri Orxan Hasanoğlu Mədəniyyət mərkəzinin fəaliyyəti haqqında danışıb və görüş iştirakçılarının hər biri barədə millət vəkillərinə qısa məlumat verib. Cümhuriyyətin elan olunmasının 41- ci ildönümü ilə bağlı keçirilən dövlət tədbirlərində iştirak etmək üçün bu ölkəyə gəldiklərini bildirən millət vəkili Cavanşir Feyziyev burada yaşayan Azərbaycanlılarla bir arada olmaqdan məmnunluğunu ifadə edib. Görüşdə iştirak edən Azərbaycanlı Universitet professorları, müəllimlər və həkimlər, hüquqşünaslar, rəssamlar və iş adamları iki ölkə arasında münasibətlərin inkişafından, xüsusilə Parlamentlər arası işçi qrupun yaradılmasından razı qaldıqlarını və ikitərəfli münasibətlərin dərinləşməsinə öz töhfələrini verməyə hazır olduqlarını bildiriblər. Parlamentlər arası İşçi qrupun rəhbəri, millət vəkili Cavanşir Feyziyev görüş iştirakçıları qarşısında çıxış edərək Kuzey Kıbrıs Türk Cümhuriyyəti ilə əlaqələrimizin ortaq tariximizə və mədəniyyətimizə söykəndiyini vurğulayıb. Millət vəkili qeyd edib ki, bu türk ölkəsinin hazırki beynəlxalq statusunun qeyri- müəyyən olmağına baxmayaraq Kıbrıs türkləri də böyük türk dünyasının bir parçasıdır. Millət vəkili soydaşlarımızın bu ölkədə əmin- amanlıq şəraitində yaşayıb işləməsini təqdir edib və soydaşlarımızı ölkənin ictimai- siyasi həyatında daha yaxından iştirak etməyə çağırıb. Görüşün sonunda Mədəniyyət Mərkəzinin önündə xatirə fotoları çəkilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:151
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 17 Noyabr 2024 13:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see2092

Slovakiya Avropa İttifaqının üzvü kimi Azərbaycanın bu istiqamətdə yaxın partnyorudur

08 Dekabr 2025 20:48see354

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see245

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see243

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see210

Leyla Əliyeva beynəlxalq konfransda çıxış etdi FOTOLAR

08 Dekabr 2025 22:16see197

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see190

Güclü siklon Kamçatkanı vurdu

09 Dekabr 2025 03:48see173

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see154

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see144

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see142

Slovakiya Azərbaycanın Avropada etibarlı strateji tərəfdaşıdır

08 Dekabr 2025 18:38see141

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see141

Bakıda yeni mənzili ən ucuz bu ərazilərdən almaq mümkündür

08 Dekabr 2025 18:46see138

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see135

Ərdoğan Orbanla görüşdü: 16 razılaşma...

08 Dekabr 2025 18:47see131

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see129

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see129

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see123

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri