Icma.az
close
up
RU
Milli Məclisin deputatları müraciət yayıblar

Milli Məclisin deputatları müraciət yayıblar

Reyting.az saytından alınan məlumata görə, Icma.az bildirir.


Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərləri və beynəlxalq parlament təşkilatlarında Azərbaycan nümayəndə heyətlərinin başçıları 27 sentyabr – Anım Günü ilə bağlı dünya parlamentlərindəki həmkarlarına müraciət ediblər.
Reyting.az
xəbər verir ki, müraciətdə ötən əsrin 90-cı illərinin əvvəllərində Ermənistanın təcavüzkarlıq siyasəti nəticəsində Azərbaycan ərazisinin 20 faizinin işğal olunduğu, azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı aktları həyata keçirildiyi bildirilir.
Sənəddə 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin növbəti genişmiqyaslı hücumundan sonra Azərbaycanın BMT Nizamnaməsinin verdiyi özünümüdafiə hüququndan istifadə edərək təcavüzkarı sülhə məcbur etmək, Azərbaycan torpaqlarının işğalına son qoymaq məqsədi ilə əks-hücum əməliyyatına başladığı, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən döyüş əməliyyatlarının gedişində ölkəmizin beynəlxalq miqyasda tanınmış ərazisinin Ermənistan tərəfindən 30 illik işğalına son qoyulduğu və dövlətimizin ərazi bütövlüyünün bərpasının təmin edildiyi xatırladılır.
Müraciətdə hərbi əməliyyatlar dövründə Ermənistan silahlı qüvvələrinin törətdiyi müharibə cinayətlərindən və insanlıq əleyhinə cinayətlərdən də bəhs edilir. Xüsusilə qeyd olunur ki, Ermənistan silahlı qüvvələri tərəfindən törədilən qanlı hücumlara və vəhşilik əməllərinə baxmayaraq, Azərbaycan Ordusu beynəlxalq humanitar hüquq normalarına dönmədən əməl edib, düşmənin yalnız silahlı qüvvələrini və hərbi obyektlərini hədəf alıb, mülki şəxslərə və yaşayış məntəqələrinə zərər vurulmasına yol verməyib.
Sənəddə, həmçinin 2023-cü il sentyabrın 19-20-də həyata keçirilən antiterror əməliyyatı nəticəsində isə Ermənistan tərəfindən yaradılmış kriminal xunta rejiminin fəaliyyətinə son qoyulduğu, Azərbaycanın suverenliyinin onun bütün ərazisində bərqərar edildiyi xatırladılaraq, hazırda işğaldan azad edilmiş bölgələrdə yaşayış məskənləri tikilərək bərpa olunduqca keçmiş məcburi köçkünlərin öz yurdlarına qaytarıldığı diqqətə çatdırılır. Bununla belə, Ermənistan tərəfinin Azərbaycan ərazilərində basdırdığı yüz minlərcə minanın törədiyi fəsadlar da təəssüf hissi ilə qeyd olunur.
Bütün bunlara baxmayaraq, məhz Azərbaycanın Ermənistanla münasibətlərin normallaşması üçün 5 baza prinsipini təqdim etdiyi, ötən 5 ildə sülh gündəliyinin həyata keçirilməsi üçün ciddi səylər göstərdiyi, sülh sazişinin layihəsinin də məhz Azərbaycan tərəfindən tərtib edildiyi vurğulanır. Bu çərçivədə bu ilin avqust ayının əvvəllərində ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Azərbaycan Prezidentinin və Ermənistan Baş nazirinin Vaşinqtonda görüşüb danışıqlar aparmasının, "Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair Saziş" layihəsinin paraflanmasının münaqişəyə birdəfəlik son qoyulmasına əlverişli şərait yaratdığı xatırladılır.
Eyni zamanda, əldə edilmiş razılaşmalara uyğun olaraq, reallaşacaq "Beynəlxalq sülh və rifah üçün Tramp marşrutu"nun qitələri birləşdirən mühüm nəqliyyat bağlantısına çevriləcəyi vurğulanaraq, perspektivdə yekun sülh sazişinin imzalanmasının Azərbaycanla Ermənistan arasında davamlı və uzunmüddətli sülhü bərqərar etməklə, bütün Cənubi Qafqaz regionu qarşısında sabitlik və əməkdaşlığı təcəssüm etdirən yeni üfüqlər açacağına inam ifadə olunur.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://reyting.az
archiveBu xəbər 26 Sentyabr 2025 11:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see333

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see324

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see323

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see321

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see317

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see312

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see309

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see307

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see298

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see255

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see254

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see249

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see248

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see228

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see220

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see217

Qeyri neft iqtisadiyyatının büdcədə çəkisi artır

31 Oktyabr 2026 15:23see212

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see202

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see198

Aqrar sektor xammal bolluğuna və ərzaq təhlükəsizliyinə xidmət edir

31 Oktyabr 2026 15:19see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri