Icma.az
close
up
RU
Milli Məclisin iclasında 15 məsələ müzakirə olunub

Milli Məclisin iclasında 15 məsələ müzakirə olunub

Yeniazerbaycan saytına istinadən Icma.az xəbər verir.

Dekabrın 10-da Milli Məclisin növbəti iclası keçirilib. İclasın gündəliyinə 15 məsələ daxil edilib. Əvvəlcə spiker Sahibə Qafarova dekabrın 7-də Milli Məclisdə keçirilmiş Azərbaycan parlamentinin 106-cı ildönümünə həsr edilən beynəlxalq konfrans haqqında fikirlərini bildirib. Onun sözlərinə görə, tədbirdə Milli Məclisin deputatları, Türkiyə, Rusiya, Pakistan, Özbəkistan, Gürcüstan, Qazaxıstan, Tacikistan, Qırğızıstan, Belarus, İraq, Efiopiya, İndoneziya, Malayziya parlamentlərinin və TürkPA, MDB-nin Parlamentlərarası Assambleyası kimi beynəlxalq təşkilatların 100-ə yaxın nümayəndəsi iştirak edib. Konfransda “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusu ətrafında müzakirələr aparılıb, 27 nəfər çıxış edib.

Bundan əlavə, tədbir çərçivəsində ADA Universitetində “İctimai diplomatiyada parlamentlərin rolu: Azərbaycan və Türkiyə nümunəsi” mövzusunda Beynəlxalq dəyirmi masa keçirilib. “Parlamentlərin ictimai diplomatiyada rolu” və “Parlamentlərin fəaliyyətində rəqəmsal texnologiyalar və kütləvi informasiya vasitələrinin rolu” mövzuları ətrafında fikir mübadiləsi də aparılıb.

Spikerin sözlərinə görə, konfrans çərçivəsində Türkiyə, Pakistan, Qazaxıstan, Tacikistan parlamentlərinin təmsilçiləri ilə ikitərəfli görüşlər də keçirilib. “Hesab edirəm ki, konfrans parlamentlərarası dialoqun və qarşılıqlı əlaqənin dərinləşməsi baxımından böyük əhəmiyyət daşıyır. Konfrans iştirakçılarının Zəfər parkına getməsi, Heydər Əliyev Mərkəzi ilə tanış olması, işğaldan azad edilmiş əraziləri - Füzuli, Şuşa, Xankəndi və Xocalını ziyarət etməsi onların Azərbaycan reallıqlarına daha yaxından bələd olmasına şərait yaratdı”,- deyə S.Qafarova qeyd edib.

Sonra millət vəkilləri cari məsələlərlə bağlı çıxışlar ediblər. Deputat Naqif Həmzəyev bildirib ki, Azərbaycanın inkişafını və yaratdığı yeni reallıqları qəbul etmək istəməyən xarici qüvvələrin və sapı özümüzdən olan “baltaların” planları hər zaman iflasa uğrayacaq. Onun sözlərinə görə,  Azərbaycanın dünya səviyyəsində nüfuzunu artıran mühüm beynəlxalq tədbirlərdən biri də COP 29-un ölkəmizdə keçirilməsi oldu: “Bu tədbir, Azərbaycanın iqlim dəyişikliyinə qarşı qlobal mübarizədə fəal iştirak etdiyini və ekoloji problemlərin həlli istiqamətində beynəlxalq tərəfdaşlıqda önəmli mövqe tutduğunu nümayiş etdirdi. Konfransın nəticələri, həm yerli, həm də qlobal səviyyədə, ekoloji sabitliyin təmin olunmasına töhfə verəcəyindən əminik”.

Millət vəkilinin fikrincə, bütün bu nailiyyətlər Azərbaycanın davamlı inkişafını və beynəlxalq miqyasda tanınmış etibarlı tərəfdaş imicini möhkəmləndirdiyini bir daha sübut edir.

Deputat Bəhruz Məhərrəmov çıxışında bildirib ki, bu gün dünyanın  harasında işğal və təcavüz varsa, bu, demokratiya və insan haqları adı ilə pərdələnir. Son vaxtlar bəzi Qərb ölkələrinin səfirləri bu prosesdə aktivləşib, amma 30 il, bir milyon azərbaycanlının haqqını görməzdən gələnlər hansısa vətəndaşın müdafiəsində nə qədər səmimi ola bilər? “Ona görə heç kim bizə nağıl danışmasın. Bu gün insan hüquqlarının ən səmimi müdafiəçisi 1 milyon məcburi köçkünün təməl haqlarını bərpa etmiş, 350 minlik Qərbi azərbaycanlının haqlarının müdafiəsinə qalxan, müstəmləkəçiliklə mübarizəyə liderlik edən Azərbaycan və onun Prezidenti İlham Əliyevdir”, -deyə millət vəkili vurğulayıb.

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc isə qeyd edib ki, Gürcüstanda gedən geosiyasi mübarizə yalnız bir ölkə deyil, Qafqazın “ələ keçirilməsi” uğrundadır: “Qarabağ zəfəri ilə təhlükəsizliyini və beynəlxalq mövqeyini gücləndirən Azərbaycanın əhatə olunduğu regionda qeyri-sabitlikdir, toqquşmalar və silahlı qarşıdurmalar baş verir. Xalqımız uzun illər geosiyasi müharibələrdən əziyyət çəkdiyi üçün qazandığı tarixi qələbənin, Böyük Qayıdışın qədrini bilir. Yerləşdiyimiz bölgədə təhlükələrdən qorunmağın yalnız bir alternativsiz yolu var. Azərbaycan Prezidenti İlham Əliyev beynəlmiləl toqquşmaların poliqonuna çevrilməmək üçün ölkəmizi nə Qərbin, nə də qonşuların forpostuna çevirib, hakmiyyəti zorla dəyişmək planlarını iflasa uğradıb”.

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev isə deyib ki, COP29-un təhlükəsizlik tədbirlərində Azərbaycan dövləti ev sahibi kimi təşkilatçılıq məsələsinin ən vacib elementindən olan təhlükəsizlik tədbirlərini yüksək səviyyədə həyata keçirib: “Bütün dünya etiraf etdi ki, biz COP29-u ən yüksək səviyyədə təşkil etdik. Təbii ki, onu da göstərdik ki, Prezident İlham Əliyevin Azərbaycan xalqının dəstəyi ilə həyata keçirdiyi daxili, eləcə də xarici siyasət müstəqil və davamlıdır”.

Daha sonra gündəlikdəki məsələlər müzakirə olunub.

Əvvəlcə “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvlərinin təyin edilməsi haqqında” qərar layihəsinə baxılıb. Layihəyə əsasən, Komissiyanın yeni üzvləri Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov, parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev, deputat Əminə Ağazadə, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov və Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev olub. Qeyd edək ki, Komissiya 15 nəfər üzvdən ibarət tərkibdə təşkil edilir və fəaliyyət göstərir. Komissiyanın 5 üzvü Azərbaycan Prezidenti tərəfindən, 5 üzvü Milli Məclis tərəfindən, 5 üzvü isə Konstitusiya Məhkəməsi tərəfindən təyin edilir.

Sonra Miqrasiya Məcəlləsində, “Məişət zorakılığının qarşısının alınması haqqında”, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında”, “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında”, “Büdcə sistemi haqqında” və “Nağdsız hesablaşmalar haqqında” qanunlarda dəyişikliklər üçüncü oxunuşda qəbul olunub.

Millət vəkilləri gündəlikdə olan digər məsələləri də müzakirə ediblər.

Nardar BAYRAMLI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:268
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 11 Dekabr 2024 10:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see783

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see526

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see315

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see294

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see286

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see269

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see259

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see248

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see247

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see245

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see242

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see235

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see231

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see228

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see225

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see203

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see201

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see190

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see184

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri