Bu ölkədə turistlərə və bu şəxslərə siqaret qadağası
Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.
Maldiv adalarında 2007-ci il və sonrakı illərdə doğulan şəxslər üçün siqaretdən istifadə etməməklə bağlı qadağa tətbiq edilib.
Axar.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə nazirliyi məlumat yayıb.
Yeni qaydaya əsasən, 2007-ci il yanvarın 1-də və ondan sonra doğulmuş şəxslərə Maldiv adalarında tütün məmulatları almaq və ya ondan istifadə etmək qadağan edilib. Hətta satıcılardan tütün məhsulları satmazdan öncə yaş yoxlaması da tələb olunacaq.
Bildirilib ki, qərar ölkəyə gələn turistlərə də şamil edilib. Belə ki, yaşından asılı olmayaraq elektron siqaretlərin və tütün məhsullarının satışı və istifadəsi qadağan olunacaq.
Qeyd edək ki, Maldiv adaları tütünə nəsil qadağası tətbiq edən yeganə ölkədir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:46
Bu xəbər 01 Noyabr 2025 21:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















