Icma.az
close
up
RU
Milli Məclisin iclasında...

Milli Məclisin iclasında...

Yeniazerbaycan portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Deputatlar 13 qanun layihəsini müzakirə ediblər

Oktyabrın 13-də Milli Məclisin növbəti iclası keçirilib. İclasın gündəliyinə 13 məsələ daxil edilib.

Əvvəlcə çıxış edən spiker Sahibə Qafarova oktyabrın 2-də keçirilmiş Yeni Azərbaycan Partiyasının VIII qurultayının əhəmiyyətindən danışıb. S.Qafarova bildirib ki, qurultay ölkəmizin ictimai-siyasi həyatının ən mühüm hadisələrindən biri oldu. İlk dəfə idi ki, Yeni Azərbaycan Partiyasının ali rəhbər orqanının toplantısı Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa edildikdən sonra keçirilirdi. Onun sözlərinə görə, Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev qurultayda proqram xarakterli  nitq söyləyib: “Dərin məzmunlu bu nitqdə Azərbaycanın orta güc dövlətinə çevrilmək üçün keçdiyi inkişaf yoluna hərtərəfli nəzər salındı, tarixi qələbələrimizi şərtləndirən amillər göstərildi. Yeni Azərbaycan Partiyasının ictimai-siyasi proseslərdə rolu qeyd edildi.

Ulu Öndər Heydər Əliyevin siyasi xəttinin varisliyi haqqında dövlət başçısının söylədiyi fikirlər xüsusi mənaya malikdir. Bu xəttin əsasını siyasi və iqtisadi müstəqilliyin möhkəmləndirilməsi, dövlətçiliyin gücləndirilməsi, müdafiə potensialının daha da artırılması təşkil edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həmin prinsiplərin ardıcıl həyata keçirilməsi başlıca milli məqsədlərimizin əldə olunmasını təmin edib”.

Spiker qeyd edib ki, Prezidentin nitqində Azərbaycanın siyasi, iqtisadi və hərbi qüdrətini daha da artırmaq üçün müəyyən edilmiş strateji vəzifələr Milli Məclisin fəaliyyəti baxımından da böyük əhəmiyyətə malikdir.

Bu vəzifələr keyfiyyətli qanunvericilik təminatı, büdcə prioritetlərinə məsuliyyətli münasibət, fəal parlament diplomatiyası və seçicilər ilə daimi əlaqə saxlanılmasını tələb edir. “Parlamentin üzvləri kimi biz dövlətimizin möhkəmləndirilməsinə və qarşıya çıxan yeni imkanların real nəticələrə çevrilməsinə kömək göstərməliyik. Əminliklə söyləmək olar ki, belə də olacaq” - deyə S.Qafarova vurğulayıb.

Milli Məclisin sədri, həmçinin Tanzaniya Birləşmiş Respublikasına işgüzar səfəri zamanı keçirdiyi görüşlər və iştirak etdiyi tədbirlər haqqında da məlumat verib.

Sonra iclasın gündəliyində olan məsələlərin müzakirəsi başlayıb. Əvvəlcə “Azərbaycan Respublikasının Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının, Kioto Protokolunun və Paris Sazişinin katibliyi arasında İqlim Həftəsi-4 və Adaptasiya Komitəsinin 30-cu iclası barədə Anlaşma Memorandumu” təsdiq edilib. Qeyd edək ki, Anlaşma Memorandumu İqlim Həftəsi-4 və Adaptasiya Komitəsinin 30-cu iclasının Azərbaycanda keçirilməsi ilə bağlı təşkilati, maliyyə və hüquqi məsələləri, habelə Azərbaycan Respublikası Hökumətinin və BMT Katibliyinin öhdəliklərini müəyyən edir.

Memoranduma əsasən, Azərbaycan Hökuməti İqlim Həftəsi- 4-ün keçirilməsi üçün məkan, logistika və texniki infrastrukturun, təhlükəsizlik və protokol tədbirlərinin, habelə digər zəruri təşkilati məsələlərin təmin edilməsini həyata keçirir və Memorandumda nəzərdə tutulmuş müvafiq xərcləri qarşılayır. Adaptasiya Komitəsinin 30-cu iclasının logistika və digər təşkilati xərcləri isə Katiblik tərəfindən qarşılanır. Anlaşma Memorandumunun əlavələrində İqlim Həftəsi-4-ün keçirilməsi üçün tələb olunan binalar, iclas yerləri və obyektlər, avadanlıq, təchizat və kommunal xidmətlər, ev sahibi ölkənin dəstək heyəti, habelə iaşə xidmətləri konkretləşdirilib. Katiblik tədbirlərin proqramının hazırlanması və idarə olunmasına, iştirakçı və ekspertlərin dəvət edilməsinə, onların zəruri təşkilati məlumatlarla təmin olunmasına, habelə Katiblik tərəfindən maliyyələşdirilən iştirakçılara müvafiq ödənişlərin təşkilinə cavabdehdir.

Sənəddə, həmçinin tədbirlərlə əlaqədar vergi və gömrük güzəştləri, viza məsələləri, imtiyaz və immunitetlər, tədbir məkanlarının toxunulmazlığı, fərdi məlumatların qorunması və tərəflərin məsuliyyəti ilə bağlı müddəalar müəyyən edilib.

Sonra iclasda “Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə”nin təsdiq edilməsi barədə” qanun layihəsi qəbul olunub.

Eyni zamanda, “Azərbaycan Respublikası Hökuməti ilə Qoşulmama Hərəkatı Gənclər Təşkilatı arasında Qoşulmama Hərəkatı Gənclər Təşkilatı Katibliyi haqqında Ev Sahibi Ölkə Sazişi” təsdiq edilib.

“Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” və “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” qanunlarda dəyişiklik edilməsi məsələsi də üçüncü oxunuşda qəbul olunub. Dəyişikliklərə əsasən, balıqçılıq sahəsində nəzarətlə bağlı yoxlamalar sahibkarlıq yoxlamalarının dayandırılmasına dair məhdudiyyətin istisnaları sırasına daxil edilir. Həmçinin heyvandarlıq, quşçuluq, balıqçılıq təsərrüfatları və aqroparkların layihələndirilməsi zamanı ətraf mühitə təsirin qiymətləndirilməsinin tələb olunduğu hədlər müəyyənləşdirilir. Heyvandarlıq müəssisələrində layihə üzrə saxlama tutumu 1000 baş iribuynuzlu heyvan ekvivalentinə, quşçuluq müəssisələrində isə 40 min baş toyuq ekvivalentinə bərabər və ya daha çox olduqda qiymətləndirmə tələb ediləcək. Balıqçılıq, o cümlədən akvakultura təsərrüfatlarında bu tələb illik əldə olunan balıq məhsullarının, balıq və digər su bioresurslarının ümumi çəkisi 500 ton və ya daha çox olduqda tətbiq ediləcək. Aqroparklar üçün də müvafiq fəaliyyət növləri üzrə həmin hədlər əsas götürüləcək.

Azərbaycanda insanların həyat və sağlamlığı üçün təhlükəli hesab edilən malların bazardan geri çağırılması və məhv edilməsi qaydalarının müəyyənləşdirilməsi üçün hüquqi əsaslar da  yaradılır. Bununla bağlı “Texniki tənzimləmə haqqında” qanuna dəyişiklik (birinci oxunuş) parlamentin iclasında müzakirə edilib. Qanuna əlavə edilən yeni müddəa texniki tənzimləmənin şamil olunduğu təhlükəli malların bazardan geri çağırılmasını, dövriyyədən çıxarılmasını, götürülməsini, daşınmasını və saxlanmasını əhatə edir. Həmin malların zərərsizləşdirilməsi və ya məhv edilməsi də nəzərdə tutulur. Bu tədbirlər səlahiyyətli qurumun müəyyən etdiyi qaydalara uyğun həyata keçiriləcək.

Qeyd edək ki, deputatlar iclasın gündəliyində digər qanun layihələrini də qəbul ediblər.

Sonda spiker Sahibə Qafarova parlamentin növbəti iclasının oktyabrın 16-da keçiriləcəyini bildirib.

Nardar BAYRAMLI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:82
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 14 Oktyabr 2026 10:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see858

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see289

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see281

Şölət Zeynalov: “Xaricdən gələn ideoloji risklərə qarşı dayanıqlı olmalıyıq”

12 Oktyabr 2026 14:37see279

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see277

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see253

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see240

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see207

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see204

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see196

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see196

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see193

Nəfəsin bu görüntüsü tənqid edildi (Video)

12 Oktyabr 2026 17:18see192

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see192

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see192

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see186

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see178

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see170

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see165

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri