Icma.az
close
up
RU
Milli Məclisin iclasında...

Milli Məclisin iclasında...

Yeniazerbaycan portalından alınan məlumata görə, Icma.az xəbər verir.

9 məsələ müzakirə edilərək qəbul olunub

Noyabrın 1-də Milli Məclisin növbəti iclası keçirilib. Spiker Sahibə Qafarova iclasın gündəliyinə 9 məsələnin daxil edildiyini bildirib. Əvvəlcə millət vəkilləri cari məsələlərlə bağlı çıxış ediblər.

Qərbi Azərbaycan İcmasının rəhbəri, deputat  Əziz Ələkbərli deyib ki, bu günlərdə sonuncu deportasiya zamanı tərk etmək məcburiyyətində qaldığımız Qərbi Azərbaycan ərazisindəki 300-ə yaxın yaşayış məntəqəsinə aid 600 qəbiristanlıqla bağlı tədqiqatımızı başa vurmuşuq. Bu qəbiristanlıqlardan 450-dən çoxu yer üzündən tamamilə yox edilib. Onun sözlərinə görə, bu qəbiristanlıqlardan 150-yə yaxınının dağıdılmış qalıqları müşahidə edilir: “600 qəbiristanlıqdan cəmi ikisi - Amasiya rayonunun Qaranamaz və Kalinino rayonunun Cücəkənd qəbiristanlıqları hələlik salamatdır. Təsəvvür edin, 600 qəbiristanlıqdan cəmi 2-si! Hazırda 3 qəbiristanlıq üzərində iş gedir: Vedi rayonunun Şidli, Zəngibasar rayonunun Sarvanlar və Rəncbər kəndlərinin qəbiristanlıqları üzərinə qum və torpaq verilərək izləri itirilməkdədir. Basarkeçər rayonunun 4 kəndində - Sarıyaqub, Daşkənd, Yuxarı Şorca və Canəhməd kəndlərində qəbiristanlıq ərazilərində tanklar üçün iri hərbi istehkamlar salınıb. Yuxarı Şorca və

Canəhməd kəndlərindəki istehkamlar lap təzədir - 2024-cü ilin əvvəllərində salınıb. Basarkeçərin Zod və İnəkdağı kəndlərində də eyni vəziyyətdir”.

Ə.Ələkbərli bu arayışların peyk görüntüləri və digər təkzibolunmaz sübutlar əsasında hazırlandığını diqqətə çatdırıb. Bütün bunlar bəşər tarixində analoqu olmayan vandalizm hərəkətidir.Təkcə Ermənistan günahkar deyil, həm də onu bu cinayətlərə sürükləyən, özünün Azərbaycanafob siyasətindən bu gün də əl çəkmək istəməyən dövlətlər günahkardır.

İclasda ilk olaraq “Əhalinin sağlamlığının qorunması haqqında” və “Tibbi sığorta haqqında” qanunlarda dəyişiklik edilməsi (ikinci oxunuş) məsələsinə baxılıb. Parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov bildirib ki, layihə əhalinin dərman vasitələrinə olan ehtiyaclarının qarşılanması, əlçatanlığın və keyfiyyətin artırılması, habelə sığortaolunanların maraqlarının qorunmasına hüquqi zəminin yaradılması məqsədilə hazırlanıb.

Komitə sədri həmçinin deyib ki, onkoloji xəstəliklərin icbari tibbi sığortadan kənarda qalması bizi narahat edir. Onun sözlərinə görə, kadr çatışmazlığı məsələsində də problemlər var: “Amma bunun həlli üçün çalışılır. İcbari tibbi sığorta işləyir. Aparılan sorğulara görə əhalinin icbari tibbi sığortadan məmnunluğu artır. Azərbaycanda təyinat sistemi var. Əvvəl tibbi universitetini bitirəndə təyinat olurdu, indi isə rezidenturada bu təyinat sistemi tətbiq edilir”.

Daha sonra “Qrant haqqında” Qanunuda dəyişiklik edilməsi (ikinci oxunuş) məsələsi müzakirəyə çıxarılıb. Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov bildirib ki, bələdiyyə və qrant arasında uyğunluğun təmin edilməsi üçün gələcəkdə qaydalar hazırlanacaq. O qeyd edib ki, 5000 qeyri-hökumət təşkilatından 105-nin regionlarda fəaliyyət göstərməsi xeyli azdır: “Hesab edirik ki, bölgələrdə qeyri-hökumət təşkilatlarının sayı artmalıdır, orada ictimai siyasi aktivlik yaradılmalıdır”.

İclasda həmçinin, “Daşınar əmlakın yüklülüyü haqqında” Qanunda dəyişiklik edilməsi (ikinci oxunuş), “Arbitraj haqqında” Qanunun icrası ilə əlaqədar bəzi qanunlarda dəyişiklik edilməsi (ikinci oxunuş), “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarda dəyişiklik edilməsi (ikinci oxunuş), “Uşaq hüquqları haqqında” Qanunda dəyişiklik edilməsi (ikinci oxunuş), “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş), “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Qanunda dəyişiklik edilməsi (ikinci oxunuş) məsələləri və gündəlikdə olan digər qanunlar da müzakirə olunub.

Müzakirələrdən sonra gündəlikdə olan bütün sənədlər qəbul edilib.

Nardar BAYRAMLI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 04 Noyabr 2024 19:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see365

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see351

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see275

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see265

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see255

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see244

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see237

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see236

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see231

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see223

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see221

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see212

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see211

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see203

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see190

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see188

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see185

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see177

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see173

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri