Icma.az
close
up
RU
Milli Məclisin iclasında...

Milli Məclisin iclasında...

Yeniazerbaycan saytından alınan məlumata görə, Icma.az bildirir.

Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təbrik məktubları ünvanlanıb

İclasda 14 məsələ müzakirə olunaraq qəbul edilib

Martın 18-də Milli Məclisin növbəti iclası keçirilib. Spiker Sahibə Qafarova gündəliyə 14 məsələnin daxil edildiyini və birinci məsələnin “Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumətləri arasında rəqəmsal iqtisadiyyat üzrə tərəfdaşlıq Sazişi”nin təsdiq edilməsi haqqında qanun layihəsi olduğunu deyib. Spiker bildirib ki, beynəlxalq sənədlə bağlı olduğuna görə layihə “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun tələbinə əsasən bir oxunuşda qəbul edilməlidir.

Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Zaur Şükürov bu qanun layihəsini təqdim edib.  O, diqqətə çatdırıb ki, “Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumətləri arasında rəqəmsal iqtisadiyyat üzrə tərəfdaşlıq Sazişi”  6 noyabr 2024-cü il tarixində Qırğızıstanın paytaxtı Bişkek şəhərində keçirilən TDT-nin 11-ci Zirvə Görüşündə imzalanıb.  Qeyd olunub ki, Sazişin məqsədi üzv ölkələr arasında rəqəmsal iqtisadiyyatı inkişaf etdirmək, elektron ticarət və rəqəmsal xidmətləri asanlaşdırmaq, müasir texnologiyaların tətbiqini genişləndirmək və biznes mühiti üçün daha əlverişli şərait yaratmaqdır. Saziş çərçivəsində tərəflər elektron ticarətin inkişafı, gömrük və logistika, maliyyə texnologiyaları və rəqəmsal ödənişlər, kiçik və orta biznesin dəstəklənməsi, istehlakçı hüquqlarının qorunması, kibertəhlükəsizlik və məlumat mübadiləsi, elektron imzalar və hüquqi uyğunlaşma istiqamətlərində əməkdaşlıq etməyi öhdələrinə götürürlər. Sazişin icrasına nəzarət məqsədilə Birgə Komitənin təsis edilməsi nəzərdə tutulur. Bu komitə Sazişin müddəalarının yerinə yetirilməsini izləyəcək, tərəflər arasında koordinasiyanı təmin edəcək və əməkdaşlıq sahəsində təkliflər irəli sürəcək.

Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov sənədin iqtisadi baxımdan və beynəlxalq münasibətlər nöqteyi-nəzərindən xüsusi əhəmiyyət kəsb etdiyini deyib, rəhbərlik etdiyi komitənin müsbət rəy verdiyini bildirib.

Müzakirələrdən sonra qanun layihəsi qəbul edilib.

Spiker Sahibə Qafarova növbəti 5 məsələnin uyğunlaşdırma və dəqiqləşdirmə xarakteri daşıdığını, həmin sənədlərin müvafiq qanunvericiliyə uyğun olaraq bir oxunuşda qəbul ediləcəyini bildirib. Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinə dair məlumat verib. Diqqətə çatdırılıb ki, layihə “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” 9 dekabr 2022-ci il tarixli və “Gömrük tarifi haqqında” Qanunda dəyişiklik edilməsi barədə” 23 dekabr 2022-ci il tarixli qanunlara uyğun olaraq hazırlanıb. Belə ki, ƏDV-nin məqsədləri üçün qeydiyyatda olan işğaldan azad edilmiş ərazilərin rezidentləri tərəfindən siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən təsdiq olunmuş iqtisadi fəaliyyət sahələri və mal nomenklaturaları üzrə texnikanın, texnoloji avadanlıqların və qurğuların, habelə xammal və materialların idxalı 2023-cü il yanvarın 1-dən 10 il müddətinə ƏDV-dən və gömrük rüsumlarından azad edilib. Azadolmalar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən verilmiş təsdiqedici sənəd əsasında tətbiq edilir. Həmin təsdiqedici sənədin “sahibkarlıq fəaliyyətinə verilən icazə” xarakterli olması nəzərə alınmaqla, “Lisenziyalar və icazələr haqqında” Qanunun 3 nömrəli əlavəsi - “Sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısı”nın 75-ci maddəsi yeni redaksiyada verilir və həmin təsdiqedici sənəd icazələrin siyahısına daxil edilir.

Deputat Razi Nurullayev bəzi qeydlərini söylədikdən sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.

İclasda Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov “Ətraf mühitin mühafizəsi haqqında” Qanunda dəyişiklik edilməsi layihəsini təqdim edib. Bildirilib ki, layihə terminlərin eyniliyinin təmin olunması və uyğunlaşdırılması məqsədilə hazırlanıb. Qanunun 52-ci və 57-ci maddələrində “dövlət ekoloji ekspertizasının obyektləri barədə ekspert rəyi” ifadəsinin “ekoloji ekspertiza rəyi” ifadəsi ilə əvəz olunması təklif olunur. Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Parlamentin Əmək və sosial siyasət komitəsinin üzvü Vüqar Bayramov “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi ilə bağlı məlumat verib. Nəzərə çatdırılıb ki, adı çəkilən qanunda əlilliyi olan şəxslərin səhhətinə və  ailə başçısını itirmiş ailələrə vurulmuş ziyana görə zərərçəkmiş şəxslərə onların əlillik dərəcəsindən asılı olaraq birdəfəlik kompensasiyanın verilməsi, habelə 1986-1990-cı illərdə Çernobılda qəzanın nəticələrinin ləğv edilməsi iştirakçılarına səhhətinə vurulmuş ziyana görə hər il üzrə kompensasiya verilməsi ilə bağlı müddəalar nəzərdə tutulub. Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov “Azərbaycan Respublikasının Rəqabət Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2023-cü il 8 dekabr tarixli 1051-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar bəzi qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edib. Layihədə 33 qanuna uyğunlaşdırma xarakterli dəyişiklik edilməsinin nəzərdə tutulduğunu deyən komitə sədri qeyd edib ki, Rəqabət Məcəlləsinin qəbul olunması ölkə iqtisadiyyatının inkişafı, biznes mühitinin əlverişliliyinin artırılması, azad sahibkarlığın təşviqi, habelə ölkədə sahibkarların sağlam rəqabət şəraitində fəaliyyətinin hüquqi əsaslarının müəyyən edilməsi, istehlakçıların hüquqlarının müdafiəsi, məhsul və xidmətlərin keyfiyyətinin artırılması baxımından böyük əhəmiyyətə malikdir. Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Sonra Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “Sosial xidmət haqqında” Qanunda dəyişiklik edilməsi barədə (birinci oxunuş) layihəyə dair məlumat verib. O, qeyd edib ki, layihə çətin həyat şəraitində olan şəxslərə göstərilən sosial xidmətlərin səmərəliliyinin artırılması, keyfiyyətinin yaxşılaşdırılması, ünvanlılığının, eləcə də ehtiyacı olan şəxslərin bu xidmətlərə əlçatanlığının təmin edilməsi məqsədilə hazırlanıb.

Bildirilib ki, dəyişikliklərdə sosial xidmətə götürülən şəxslərin vəzifələrinə sosial işçinin şərəf və ləyaqətinə hörmətlə yanaşmaq tələbi əlavə olunur. Bununla yanaşı, sosial xidmətin göstərilməsi barədə müraciətə baxılması, qiymətləndirilməsi və qərar qəbul edilməsi ilə bağlı mövcud prosedurun konkretləşdirilməsi nəzərdə tutulur. Digər dəyişiklikdə “eyni yaşayış məntəqəsində yaşamayan” ifadəsinin “Bakı şəhəri üzrə  eyni inzibati ərazi vahidində, digər şəhər və rayonlar üzrə isə eyni inzibati ərazi dairəsində” ifadəsi ilə əvəz edilməsi təklif olunur. Daha bir dəyişiklik nəticəsində çətin həyat şəraitində olan bütün şəxslər yarımstasionar (günərzi) sosial xidmətlərlə əhatə olunacaq. Qanuna, habelə  şəxslərin sosial-mədəni həyata uyğunlaşmasına, asudə vaxtın səmərəli təşkilinə yönəlmiş yeni - sosial-mədəni xidmət növü əlavə edilir. Həmçinin sosial xidmət müəssisələrində göstərilən xidmətlərin keyfiyyətinə və səmərəliliyinə nəzarətin həyata keçirilməsi qaydasını müəyyən etmək məqsədilə dəyişiklik də  təklif olunur.

Müzakirələrdə komitə sədri Hicran Hüseynova, deputat Nigar Məmmədova çıxış edərək məsələ barədə öz fikirlərini bölüşüblər. Qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Deputatlar iclasın gündəliyində olan digər qanun layihələri də qəbul ediblər.

Sonda Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, bu gün ilaxır çərşənbədir, iki gün  sonra da xalqımız Novruz bayramını, ayın sonunda isə Ramazan bayramını qeyd edəcək. O, deyib ki, xalqımızın milli-mənəvi dəyərləri arasında müstəsna yeri olan Novruz birliyi, bərəkəti və bolluğu təcəssüm etdirir. Ramazan bayramı isə insanları həmrəyliyə və əmin-amanlığa dəvət edir.

Spiker təklif edib ki, bu gözəl bayramlar  münasibəti ilə möhtərəm cənab  Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya Milli Məclis adından təbrik məktubları ünvanlayaq, onlara xalqımızın və dövlətimizin bu günü və sabahı naminə dəyərli fəaliyyətlərində yeni böyük uğurlar arzulayaq!

Təklif iclas iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.

Sahibə Qafarova qarşıdan gələn bayramlar münasibəti ilə deputatları, həmçinin iclası izləyən media nümayəndələrini təbrik edib, gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Nardar BAYRAMLI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 25 Mart 2025 01:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1181

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see427

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see353

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see352

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see351

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see343

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see305

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see281

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see251

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

05 Oktyabr 2026 15:58see224

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see206

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see206

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see202

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see199

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see197

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see192

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər

05 Oktyabr 2026 20:39see187

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see177

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see170

Yamal Golden Boy 2026 namizədləri arasında yoxdur

06 Oktyabr 2026 02:14see157
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri