Icma.az
close
up
RU
Milli Məclisin sədri: Azərbaycanın QDİƏT PA nın plenar iclasına ev sahibliyi etməsi region ölkələri ilə əməkdaşlığa verdiyi önəmin bariz nümunəsidir

Milli Məclisin sədri: Azərbaycanın QDİƏT PA nın plenar iclasına ev sahibliyi etməsi region ölkələri ilə əməkdaşlığa verdiyi önəmin bariz nümunəsidir

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 18 iyun, AZƏRTAC

Azərbaycanın Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının (QDİƏT PA) plenar iclasına ev sahibliyi etməsi region ölkələri ilə əməkdaşlığa verdiyi önəmin bariz nümunəsidir. Azərbaycan hər zaman əməkdaşlığı, dialoqu və qarşılıqlı hörməti öz xarici siyasətinin prioritet istiqamətlərindən biri kimi qəbul edib. Azərbaycan yalnız regional deyil, həm də beynəlxalq müstəvidə sülhü, inkişafa çağırışı və bərabər imkanlar prinsipini dəstəkləyən ölkədir. Bütün bu uğurlar, Prezident İlham Əliyevin qətiyyətli və uzaqgörən siyasətinin nəticəsidir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin sədri, QDİƏT PA-nın sədri Sahibə Qafarova Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının (QDİƏT PA) 65-ci plenar sessiyasının açılış mərasimində deyib.

O qeyd edib ki, təşkilata üzv ölkələri birləşdirən ortaq tarix, mədəniyyət, sülh arzusu və bərabərlik istəyi əməkdaşlığın əsasını təşkil edir. Demokratiya, qarşılıqlı hörmət və etimad bu assambleyanın və təşkilatın təməl prinsipləridir.

“Parlamentlərarası əlaqələrin gücləndirilməsi demokratiyanın möhkəmləndirilməsi baxımından vacib əhəmiyyət daşıyır. Xüsusi diqqət dayanıqlı inkişaf məqsədlərinə yönəldilməlidir. Bu sessiya çərçivəsində qəbul olunacaq qərarlar həm operativ, həm də həlledici olmalı, real nəticələrə gətirib çıxarmalıdır. Əməkdaşlığımızın yeni formaları – tələbə mübadiləsi, birgə mədəni layihələr, tədqiqat proqramları və digər sahələr üzrə təcrübə paylaşımı bizi daha da yaxınlaşdıracaq. Biz insan hüquqlarının müdafiəsini davam etdirməli, assambleyanı regionda sülhün və əməkdaşlığın simvoluna çevirməliyik. Unutmayaq ki, parlamentlər xalqların səsini ifadə edən, onların maraqlarına xidmət edən qurumlardır”, - deyə S.Qafarova bildirib.

Onun sözlərinə görə, Azərbaycanın təşəbbüsü ilə reallaşan enerji və nəqliyyat layihələri regionun iqtisadi inteqrasiyasına və sabitliyinə mühüm töhfə verir. Orta Dəhliz boyunca etibarlı tərəfdaş kimi Azərbaycanın rolu günbəgün artır və ölkəmiz mühüm nəqliyyat-logistika qovşağına çevrilib.

“Tədbir çərçivəsində siz işğaldan azad olunmuş ərazilərimizə səfər edəcək, Ermənistanın həmin ərazilərə vurduğu dağıntıların miqyasını öz gözlərinizlə görəcək və eyni zamanda aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinin şahidi olacaqsınız. Bu proses, Azərbaycanın gələcəyə olan inamla, sülh və inkişaf yolu ilə irəlilədiyini göstərir”, - deyə Milli Məclisin sədri əlavə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:74
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 İyun 2025 10:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see170

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see158

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see156

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see156

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see150

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see147

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see142

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see138

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see134

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see133

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see133

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see133

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see133

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see133

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see133

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see132

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see131

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see128

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri