Icma.az
close
up
RU
Milli Məclisin Türkiyə ilə əlaqələr üzrə işçi qrupunun üzvləri TBMMin Azərbaycanla dostluq qrupunun üzvləri ilə görüşüblər AZƏRTAC

Milli Məclisin Türkiyə ilə əlaqələr üzrə işçi qrupunun üzvləri TBMMin Azərbaycanla dostluq qrupunun üzvləri ilə görüşüblər AZƏRTAC

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 18 dekabr, AZƏRTAC

Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Ankarada Türkiyə Böyük Millət Məclisinin Azərbaycanla dostluq qrupunun üzvləri ilə görüşüblər.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım Azərbaycan dost və qardaş ölkələrimiz arasında münasibətlərin bütün sahələrdə uğurlu inkişafının məmnunluq doğurduğunu bildirib. O, bu səfərin də münasibətlərimizin daha da inkişafına töhfə verəcəyinə inamını ifadə edib.

Milli Məclisin Səhiyyə komitəsinin sədri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov da ölkələrimiz arasında münasibətlərin Prezident İlham Əliyevin ifadə etdiyi kimi, dünyada oxşarı olmadığını, əlaqələrimizin Ulu Öndər Heydər Əliyevin "Bir millət, iki dövlət" kəlamına söykəndiyini bildirib. Qeyd edib ki, bu gün Azərbaycan və Türkiyə bütün sahələrdə uğurlu əməkdaşlıq əlaqələrinə malikdirlər və münasibətlərimiz günbəgün daha da möhkəmlənir.

Söhbət zamanı parlamentlərimizin də iki qardaş və dost ölkələrimiz arasında əlaqələrin dərinləşməsinə özünəməxsus töhfələr verdiyi, həm ikitərəfli əsasda, həm də beynəlxalq parlament təşkilatlarında uğurlu əməkdaşlığın mövcud olduğu xüsusi vurğulanıb. Tərəflər dostluq qrupları arasında təmasların qanunverici orqanlarımızın daha sıx əməkdaşlığına töhfə verdiyini söyləyiblər, qarşılıqlı səfərlərin, mütəmadi təmasların əhəmiyyəti ilə bağlı fikirlər səsləndiriblər.

Görüşdə çıxış edən Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Eldar Quliyev, Musa Quliyev, Elşən Musayev, Ağalar Vəliyev, Heydər Əsədov, Elnarə Akimova, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri Orhan Erdem, Derya Ayaydın, Veysal Tipioğlu, Cüneyt Yüksel, Uğur Bayraktutan, Yusuf Beyazit, Vedat Bilgin, Cantürk Alagöz, Ahmet Erbaş qardaş və dost ölkələrimiz arasında münasibətlərin hazırki yüksək səviyyəsindən, parlamentlərarası münasibətlərin daha da dərinləşməsindən danışıb, qarşılıqlı maraq doğuran digər məsələlər haqqında fikirlərini ifadə ediblər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:55
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 Dekabr 2024 12:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see320

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see254

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see228

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see201

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see186

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see171

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see169

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see168

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see167

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see167

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see166

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see164

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see153

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see150

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see148

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see146

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see145

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see143

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see143

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri