Milli Məclislə Hesablama Palatasının işçilərə verəcəyi Məbləğ açıqlandı
Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Milli Məclisin 2026-cı il üçün xərclər smetası 52,74 milyon manat təşkil edəcək.
“Qafqazinfo” xəbər verir ki, bu, parlamentin bu gün keçirilən iclasında müzakirə edilən Milli Məclisinin 2026-cı il üçün xərclər smetası haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarının layihəsində əksini tapıb.
Bu məbləğ 2025-ci illə müqayisədə 222 min 863 manat və ya 0,4 % çoxdur.
Xərclər smetasının strukturunda 39,513 milyon manat əməyin ödənişi, 300 min manat sosial təminat üçün nəzərdə tutulub.
Milli Məclisin xərclərinə qaz istifadəsinə görə 210 min manat, suya görə 35 min manat, elektrik enerjisinə görə 465 min manat daxil edilib.
Parlamentin internet xərcləri 116 min manat səviyyəsində nəzərdə tutulur.
Milli Məclisin deputatları və aparat əməkdaşlarının ölkə daxili ezamiyyətləri üçün 110 min manat, xarici ölkələrə ezamiyyətlə bağlı 2 milyon manat planlaşdırılır.
***
Bundan başqa, Hesablama Palatasının 2026-cı il üçün xərclər smetası 11 milyon 455 min 897 manat təşkil edəcək.
Qərara əsasən, Hesablama Palatasının 2025-ci ildə xərclər smetası eyni həcmdə olub.
Gələn il əməyin ödənişinə 9 milyon 915 min 236 manat nəzərdə tutulub.
Hesablama Palatasının əməkdaşlarının ölkədaxili ezamiyyətləri üçün 60 min manat, xarici ölkələrə ezamiyyətləri üçün isə 150 min manat proqnozlaşdırılıb.
Müzakirələrdən sonra sənədlər səsverməyə qoyularaq qəbul edilib.
Nuranə Daxilqızı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 09 Dekabr 2025 13:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















