Milli Məkan Məlumatları İnfrastrukturunun formalaşdırılması məsələləri müzakirə olunub FOTO
Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.
Milli Məkan Məlumatları İnfrastrukturunun formalaşdırılmasına dair İşçi Qrupunun iclası keçirilib. İclasda Milli Məkan Məlumatları İnfrastrukturunun formalaşdırılması istiqamətində görüləcək işlər müzakirə olunub.
İqtisadiyyat Nazirliyindən Bakıvaxtı.az-a verilən məlumata görə, aidiyyəti dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə keçirilən iclasda Milli Məkan Məlumatları İnfrastrukturunun formalaşdırılması istiqamətində görüləcək işlər müzakirə olunub, təqdimatlar dinlənilib.
İclasda çıxış edən iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev qeyd edib ki, ölkədə rəqəmsal iqtisadiyyatın formalaşdırılması yeni texnoloji həllərin geniş tətbiqini və informasiya resurslarının vahid şəkildə idarə olunmasını zəruri edir. Bildirilib ki, məkan məlumatları dövlətin rəqəmsal suverenliyini, iqtisadi dayanıqlılığını və innovasiya potensialını müəyyən edən strateji aktivə çevrilir. Platforma geodeziya, kartoqrafiya və kadastr işlərində, sosial xidmətlərin təhlili, səhiyyə infrastrukturunun planlaması, risk zonalarının xəritələnməsi kimi sahələrdə geniş imkanlar təqdim edir.
İclasda Milli Məkan Məlumatları İnfrastrukturunun texniki tapşırıq sənədi, data təmizlənməsi və standartlaşdırılması, peyk görüntülərinin əldə olunması və emalı istiqamətində aparılan işlər, məlumatların keyfiyyətinə nəzarət və təminat mexanizmləri müzakirə olunub.
Məlumatların dövriyyəsi və qurumlararası inteqrasiyasının yaxşılaşdırılması ilə bağlı təkliflər səsləndirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 11 Dekabr 2025 17:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















