Milli Məkan Məlumatları İnfrastrukturunun yaradılması ilə bağlı növbəti iclas keçirilib
Icma.az bildirir, Azertag portalına istinadən.
Bakı, 11 avqust, AZƏRTAC
Azərbaycanda rəqəmsal idarəetmənin inkişafı və dövlət xidmətlərinin səmərəliliyinin artırılması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində Milli Məkan Məlumatları İnfrastrukturunun yaradılması üzrə işlər davam etdirilir.
İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə bu istiqamətdə fəaliyyət göstərən aidiyyəti dövlət qurumlarının nümayəndələrindən ibarət işçi qrupunun növbəti iclası keçirilib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, dövlət qurumlarında mövcud olan məkan məlumatlarının vahid sistemə – “Milli Məkan Məlumatları” informasiya sisteminə inteqrasiyası prosesi, bununla bağlı texniki və təşkilati işlər, habelə qarşıda duran digər məsələlər haqqında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, dövlətimizin başçısının müvafiq fərmanları ilə “Milli Məkan Məlumatları” informasiya sisteminin hazırlanması İqtisadiyyat Nazirliyinə həvalə edilib. Sistem gələcəkdə şəhərsalma, kənd təsərrüfatı, əmlak idarəçiliyi və digər sahələrdə rəqəmsal qərarların qəbulunu asanlaşdıracaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:35
Bu xəbər 11 Avqust 2025 14:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















