Icma.az
close
up
RU
Menu

Qusarın Laza kəndində təbii fəlakətlə bağlı vəziyyət stabilləşib FOTO

Pezişkianın nüvə silahının haram olması ilə bağlı bəyanatı başadüşüləndir

Sərxoş halda qadının evinə hücum çəkdi, şişlə ona ağır xəsarətlər yetirdi

Yanvardan maaş artımlarını ödəməyən metropoliten: Əməkdaşlarımızın bu mərhələni anlayışla qarşıladıqlarına inanırıq

Moskva ilə körpülər yandırılır? ŞƏRH

Onlar elə belə öləcəklər, ruslar isə cənnətə gedəcəklər..?

Ucuz taksilər insanlar üçün təhlükəlidir ŞOK AÇIQLAMA

İlham Əliyevin BMT dəki tarixi çıxışı və Azərbaycanın qlobal diplomatiyadakı rolu

Londonda qeyri qanuni mühacirlərin məskunlaşdığı otel yandırıldı

Arsenal klubu İspaniyada çıxış edən iki futbolçu ilə maraqlanır

Starbucks 1 milyard dollarlıq yenidənqurma planı çərçivəsində bəzi mağazalarını bağlayacaq və işçiləri ixtisar edəcək

Təranə Qumralın 18 yaşlı qızına canlı efirdə elçi düşdülər FOTO

“Şamaxı” “Araz Naxçıvan”a, “Neftçi” “Karvan Yevlax”a qarşı YENİLƏNİR

Azərbaycan dünyanın logistik xəritəsini yenidən çəkir

12 ölkə Fələstinə maliyyə dəstəyi üçün koalisiya yaratdı

“Kaş bizim də Üzeyirimiz olaydı” Türkiyəli musiqiçi

FİFA 7 oyunçunu futboldan kənarlaşdırdı

28 sentyabr bu BÜRCLƏR DİQQƏTLİ olsun KONKRET

Bir damla qan, min ümidə can devizi ilə qanvermə aksiyası təşkil olunub

DSX Komandanı II Fəxri xiyabanda

Milli mənəvi dəyərlərin aşınmasında sosial şəbəkələrin rolu

Milli mənəvi dəyərlərin aşınmasında sosial şəbəkələrin rolu

Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Qloballaşma şəraitində sosial şəbəkələr (Facebook, Instagram, YouTube və Twitter (indiki X), TikTok)  kimi yeni ünsiyyət platformaları, informasiya mənbələri mədəni ekspansiyanın güclü alətlərinə çevrilib. Onlar nəinki əlavə məlumat mübadiləsi aparır, həm də mədəni müstəmləkəçiliyin gizli formada həyata keçirilməsini təmin edirlər.  Hazırda daha çox sosial şəbəkələr üzərindən  mədəni kimliyin assimilyasiyasını və aşınması təşviq edilir.

Sosial şəbəkələr vasitəsilə yad mədəniyyət elementləri tez-tez cəlbedici və diqqətçəkən məzmun formasında təqdim olunur. Əksər hallarda bu proses fərdi azadlıq, istehlakçı həyat tərzi, müasirlik və kosmopolitizm kimi anlayışların arxasına gizlənərək aparılır. Lakin bu təqdimatlar, mahiyyət etibarilə, ənənəyə sadiqlik, ailəyə hörmət və milli-mənəvi dəyərlərə bağlılıq kimi cəmiyyətin dayaqlarını zəiflətməyə xidmət edən ideoloji təsir vasitələrinə çevrilir. Nəticədə, milli kimliyin əsas sütunları olan adət-ənənələr tədricən kölgədə qalır, onların yerini isə tez dəyişən, dərin köklərə malik olmayan yad mədəni nümunələr tutur. Bu platformaların  alqoritmləri bu effekti gücləndirir, emosional reaksiya doğuran məzmun daha çox təqdim edir.  Podkastlar,  TikTok və YouTube daxil olmaqla yeni media platformaları vasitəsilə  istifadəçilər, xüsusən də gənclər daima yad insanlarla təmasda olur,  güclü və geniş şəkildə təbliğ olunan yad mədəniyyətin təsirinə düşür,  bu isə milli kimlikdən uzaqlaşmağa səbəb olur.  Tədqiqatlar göstərir ki, bu, təsadüfi proses deyil, inkişaf etmiş mədəniyyətlərə (çox vaxt Qərb) mədəni imperializm üçün platforma verilir.

Nigeriyada aparılan tədqiqatlardan biri mədəni assimilyasiyada və süni dəyərlərin təbliğində sosial medianın roluna diqqət yetirir. “Nigeriyada sosial media, mədəni kommersiyalaşdırma və süni dəyərlərin təşviqi” (2022) əsərində müəlliflər Facebook və Instagram kimi platformaların qida (McDonald’s, KFC), geyim və guya individual azadlığı adı altında yad  davranış tərzinin nigeriyalı gənclərin uğur simvolu kimi qəbul etdikləri nümunələrə necə çevirdiyini təhlil edirlər. Bu yerli gənclərin davranışını, dünyagörüşünü tamam dəyişir, bu zaman maddi resurslar elə yad mədəniyyətlə əlaqədar məhsul və xidmətlərə sərf edilir.  Məsələn, ənənəvi yeməklər və festivallar kənarda qalır və süni dəyərlər, normalar (məsələn, istehlakçı fərdiliyi) ənənəvi, milli ənənələri əvəz edir.

Tədqiqatda qeyd edilir ki, 2020-ci ildən 3,6 milyarddan çox sosial media istifadəçisi olan nigeriyalı gənc smartfonlarla aktiv şəkildə assimilyasiyaya məruz qalır və mədəni irsini itirir. Tövsiyə olunur ki, bu aşınmaya qarşı çıxmaq üçün sosial mediada yerli dillərin və adət-ənənələrin təbliğinə yenidən diqqət yetirilməlidir

Misir kontekstində mədəni kimliyə neqativ təsir baxımından sosial mediada da oxşar tapıntılar aşkarlanıb. 360 respondent arasında aparılan sorğuya əsaslanan "Sosial media istifadəsinin kənd mədəni kimliyinə təsiri: Misirin Bamha kəndində tədqiqat " (2022)  araşdırılmasında  göstərilir ki, iştirakçıların 40%-i sosial mediaya görə yüksək səviyyəli mədəni kimlik dəyişikliyi keçirdiyini bildirib. Platformalar icma əlaqələri və mənəvi dəyərlər kimi ənənəvi dəyərlərin pozulmasına səbəb olan xarici normaların  qəbuluna imkan verir. Tədqiqat göstərir ki, mənfi təsirlərin minimuma endirilməsi məqsədilə gənclər arasında tənqidi düşünmə bacarığının və media savadlılığının inkişafına yönəlmiş tədbirlər həyata keçirilməlidir.

“Rəqəmsal əsrdə sosial dəyərlərin aşınması” (2024) adlı məqaləsində doktor Sem Qoldşteyn sosial medianın təsir mexanizmlərini təhlil edərək vurğulayır ki, aşağı davranış standartları çox vaxt cəlbedici və emosional təsir yaradan məzmun vasitəsilə sürətlə yayılır və qısa müddətdə milyonlarla insan tərəfindən izlənilərək normal bir hadisə kimi qəbul olunmağa başlayır. Xüsusilə “viral” olmaq, yəni milyonlarla baxış toplayaraq geniş auditoriya tərəfindən tanınmaq arzusu sosial şəbəkə istifadəçilərini qalmaqallı, diqqətçəkən və bəzən də etik dəyərlərə zidd hərəkətlərə təşviq edir. Bu proses nəticəsində dərin mənəvi və mədəni dəyərlərə əsaslanan hörmət və rəğbət anlayışları tədricən arxa plana keçir, onların yerini isə səthi, süni və qısaömürlü qarşılıqlı əlaqə formaları tutur. Beləliklə, rəqəmsal məkanda populyarlıq uğruna aparılan mübarizə çox vaxt cəmiyyətin etik sərhədlərinin zəifləməsinə, sosial münasibətlərdə saxtalaşmaya və həqiqi insani bağların sarsılmasına gətirib çıxarır.Başqa mədəniyyətlərin sosial şəbəkələr vasitəsilə ötürülən təsiri milli mədəniyyətin elementlərini sıxışdırır və ya təhrif edir. Başqa mədəni kontekstlərdə yaradılmış kontentin həddən artıq intensiv istifadəsi insanın öz adət-ənənələrinə, dilinə, incəsənətinə və tarixinə marağının itməsinə səbəb olur. Bundan mədəni işğal ideoloqları məharətlə yararlanırlar.

Qloballaşma dövründə milli dəyərlərin və mədəni irsin qorunması cəmiyyətin davamlılığı və milli kimliyin möhkəmləndirilməsi baxımından həyati əhəmiyyət kəsb edir. Qlobal informasiya axını, sosial media və kütləvi kommunikasiya vasitələri gənc nəsli yad mədəni təsirlərə açıq vəziyyətə gətirir, ənənə və milli dəyərlərin zəifləməsinə şərait yaradır. Belə bir mühitdə təhsil müəssisələrinin, ailələrin və ictimai təşkilatların rolu xüsusilə önə çıxır: təhsil proqramları gənclərə milli tarix, ədəbiyyat və incəsənəti öyrətməklə yanaşı, media savadlılığı və tənqidi düşüncə bacarıqlarını inkişaf etdirməlidir. Ailələr milli adət-ənənələri yaşadaraq gənclərə mənəvi və etik dəyərlərin vacibliyini göstərməli, icmalar isə milli musiqi, folklor və digər mədəni tədbirlərlə gəncləri aktiv şəkildə cəlb etməlidir. Eyni zamanda, rəqəmsal texnologiyalardan və sosial platformalardan istifadə etməklə milli dəyərlərin müasir formatlarda təbliği vacibdir; belə yanaşma milli mədəniyyətin həm qorunmasına, həm də qlobal aləmdə tanıdılmasına xidmət edir.

Bu məqalə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyini dəstəyi ilə "Baki Politoloqlar Klubu" İctimai Birliyi  tərəfindən icra olunan “Dövlət suverenliyi və milli birliyin qorunmasının ideoloji əsaslarının təhlili” layihəsi çərçivəsində hazırlanıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:57
embedMənbə:https://modern.az
archiveBu xəbər 13 Avqust 2025 16:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qusarın Laza kəndində təbii fəlakətlə bağlı vəziyyət stabilləşib FOTO

26 Sentyabr 2025 14:49see299

Pezişkianın nüvə silahının haram olması ilə bağlı bəyanatı başadüşüləndir

26 Sentyabr 2025 07:27see232

Sərxoş halda qadının evinə hücum çəkdi, şişlə ona ağır xəsarətlər yetirdi

26 Sentyabr 2025 22:31see201

Yanvardan maaş artımlarını ödəməyən metropoliten: Əməkdaşlarımızın bu mərhələni anlayışla qarşıladıqlarına inanırıq

26 Sentyabr 2025 16:10see175

Moskva ilə körpülər yandırılır? ŞƏRH

26 Sentyabr 2025 15:13see156

Onlar elə belə öləcəklər, ruslar isə cənnətə gedəcəklər..?

26 Sentyabr 2025 19:56see141

Ucuz taksilər insanlar üçün təhlükəlidir ŞOK AÇIQLAMA

26 Sentyabr 2025 07:09see140

İlham Əliyevin BMT dəki tarixi çıxışı və Azərbaycanın qlobal diplomatiyadakı rolu

27 Sentyabr 2025 14:12see138

Londonda qeyri qanuni mühacirlərin məskunlaşdığı otel yandırıldı

27 Sentyabr 2025 03:35see138

Arsenal klubu İspaniyada çıxış edən iki futbolçu ilə maraqlanır

26 Sentyabr 2025 19:31see137

Starbucks 1 milyard dollarlıq yenidənqurma planı çərçivəsində bəzi mağazalarını bağlayacaq və işçiləri ixtisar edəcək

26 Sentyabr 2025 08:37see136

Təranə Qumralın 18 yaşlı qızına canlı efirdə elçi düşdülər FOTO

26 Sentyabr 2025 23:14see135

“Şamaxı” “Araz Naxçıvan”a, “Neftçi” “Karvan Yevlax”a qarşı YENİLƏNİR

27 Sentyabr 2025 09:17see132

Azərbaycan dünyanın logistik xəritəsini yenidən çəkir

27 Sentyabr 2025 10:28see132

12 ölkə Fələstinə maliyyə dəstəyi üçün koalisiya yaratdı

27 Sentyabr 2025 01:48see129

“Kaş bizim də Üzeyirimiz olaydı” Türkiyəli musiqiçi

26 Sentyabr 2025 19:36see128

FİFA 7 oyunçunu futboldan kənarlaşdırdı

27 Sentyabr 2025 10:27see128

28 sentyabr bu BÜRCLƏR DİQQƏTLİ olsun KONKRET

27 Sentyabr 2025 00:57see127

Bir damla qan, min ümidə can devizi ilə qanvermə aksiyası təşkil olunub

27 Sentyabr 2025 13:24see126

DSX Komandanı II Fəxri xiyabanda

27 Sentyabr 2025 09:26see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri