Icma.az
close
up
RU
MİLLİ MƏNLİYİN AÇARI, GƏLƏCƏK NƏSİLLƏRƏ ƏMANƏT ANA DİLİMİZ

MİLLİ MƏNLİYİN AÇARI, GƏLƏCƏK NƏSİLLƏRƏ ƏMANƏT ANA DİLİMİZ

Yeniazerbaycan saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Dil milli mənliyin açarıdır, milli tərbiyə vasitəsidir.

Ana dilimiz müstəqil Azərbaycanın, Azərbaycan xalqının ən böyük milli sərvətidir.

Heydər Əliyev

Dil hər bir millətin irsini qoruyan, inkişaf etdirən ən güclü vasitədir. Ana dili insanın dünyagörüşünün genişlənməsində, mükəmməl biliklərə yiyələnməsində, öz soydaşları ilə daha rahat ünsiyyət qurmasında mühüm rol oynayır. Bu bir həqiqətdir ki, hər bir dil özündə bir tarix yaşadır. Doğma Azərbaycan dili də bizim keçmişimiz, bu günümüz və sabahımızdır.

Bizim üçün müqəddəs olan Ana dilimiz qədim və zəngin bir dildir. Bu dil, layla dili, poeziya dili, mahnı dilidir.  Türk  dilləri  ailəsinin oğuz dili qrupuna aid olan  ana dilimiz - Azərbaycan dilinin ifadə zənginliyi, axıcı olması, sadəliyi  onu dünyadakı ən şirin dillərdən biri kimi tanıtmışdır.

2000-ci ildən etibarən 21 fevral bütün dünyada olduğu kimi Azərbaycanda da “Beynəlxalq Ana Dili Günü” qeyd olunur.

Müstəqil Azərbaycan dövlətinin qurucusu, Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə elm və təhsilin inkişafına xüsusi qayğı ilə yanaşaraq, ilk növbədə, xalqın intelektual gələcəyini düşünmüşdür. Heydər Əliyev dühasının böyüklüyü də məhz ondadır ki, o, bütün fəaliyyəti boyu bu sahələrə diqqət və qayğısını əsirgəməmiş, cəmiyyətdə yüksək bilikli, intelektual və elitar təbəqənin formalaşmasına çalışmışdır.

Ana dilinin inkişafı, onun saflığının qorunması, Azərbaycan dilinin dövlət dili olaraq dünya azərbaycanlılarının ünsiyyət vasitəsinə çevrilməsi, eləcə də dünyanın böyük dövlətlərinin, beynəlxalq təşkilatların kürsülərində qürurla səslənməsi məhz  Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır.

“Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm” -deyən Ulu Öndər həm də öz mükəmməl natiqlik bacarığı ilə də seçilirdi. Heydər Əliyevin nitqindəki səlislik, ardıcıllıq, məntiqilik xüsusilə diqqəti cəlb edirdi. Dili “milli mənliyin açarı, milli tərbiyə vasitəsi” kimi dəyərləndirən Heydər Əliyevin yeritdiyi siyasət bu gün onun layiqli davamçısı olan Prezidentimiz İlham Əliyev tərəfindən çox böyük məsuliyyətlə davam etdirilir.

“Azərbaycan dili o qədər zəngin dildir ki, heç bir xarici kəlməyə ehtiyac yoxdur”,

“Azərbaycan xalqının formalaşmasında, müstəqil Azərbaycanıın formalaşmasında ana dilimiz-Azərbaycan dili müstəsna rol oynamışdır. Biz elə etməliyik ki, dilimizin saflığını daim qoruyaq. Bu məsələyə çox ciddi diqqət göstərilməlidir”,

“Ana dilimiz bizim toxunulmaz sərvətimizdir. Ana dilimizə hörmət və qayğı daim olmalıdır. Biz ana dilimizi xarici təsirlərdən qorumalıyıq” - Bu dəyərli sözlər Prezident İlham Əliyevə məxsusdur.

Ana dilimizi gələcək nəsillərə əmanət kimi qorumaq, yaşatmaq bizim müqəddəs borcumuzdur! Dilimizi qoruyub, inkişaf etdirib yaşatmaqla özümüzü, ruhumuzu yaşatmış olarıq. 

Biz gənc nəsil olaraq çalışmalıyıq ki, dilimizin gözəlliyini qoruyaraq onu  inkişaf  etdirək.  Dilimizi inkişaf etdirib yaşatsaq, özümüzü, milli mənliyimizi, eyni zamanda, tariximizi yaşatmış olarıq. 

Xalq şairimiz Bəxtiyar Vahabzadənin “Ana dili” şeirində dediyi kimi, “Bu dil bizim ruhumuz, eşqimiz, canımızdır!”

Bu dil bizim ruhumuz, eşqimiz, canımızdır,

Bu dil bir-birimizlə əhdi-peymanımızdır.

Bu dil tanıtmış bizə bu dünyada hər şeyi,

Bu dil əcdadımızın bizə miras verdiyi

Qiymətli xəzinədir...onu gözlərimiz tək

Qoruyub, nəsillərə biz də hədiyyə verək.

Səndə mənim xalqımın qəhrəmanlıqla dolu 

Tarixi varaqlanır,

Səndə neçə min illik mənim mədəniyyətim,

Şan- şöhrətim saxlanır.

Mənim adım-sanımsan,

Namusum, vicdanımsan!

Nuranə Çələbiyeva,

AMEA M. Füzuli adına Əlyazmalar İnstitutu, “Ərəbdilli əlyazmaların tədqiqi”  şöbəsi

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 21 Fevral 2025 10:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri