Icma.az
close
up
RU
Menu

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

AYNA 5 min sürücü hazırlayacaq FOTO

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

Milli mətbuatımızın 150 illik yubileyi: “Əkinçi”dən bu günə uzanan şərəfli yol...

Milli mətbuatımızın 150 illik yubileyi: “Əkinçi”dən bu günə uzanan şərəfli yol...

Icma.az, Hurriyyet portalına istinadən məlumat yayır.

22 iyul 2025-ci il tarixində Azərbaycanmilli mətbuatının 150 illiyi qeyd olunacaq. Bu gün yalnız mətbuat işçiləri üçün deyil, bütövlükdə milli ictimai düşüncə və maarifçilik tariximiz üçün mühüm əhəmiyyət daşıyan əlamətdar tarixdir.

Milli mətbuat xalqın vicdanı, düşüncəsi və milli özünüdərk yolunun mühüm sütunlarından biridir.

Milli mətbuatımızın keçdiyi 150 illik yolu aşağıdakı kimi xarakterizə etmək olar :

- Azərbaycan mətbuatının rəsmi başlanğıc nöqtəsi — 22 iyul 1875-ci il tarixində Həsən bəy Zərdabi tərəfindən nəşr edilən “Əkinçi” qəzeti oldu. Bu qəzet bir tərəfdən maarifçi fikir carçısı, digər tərəfdən isə xalqın ana dilində danışan ilk media nümunəsi idi.

“Əkinçi” qəzeti yalnız 56 nömrə çap olunsa da, tariximizdə milli oyanışın təməl daşına çevrildi. Zərdabi mətbuatı sadəcə informasiya vasitəsi deyil, həm də xalqın maariflənməsi və mənəvi oyanışı üçün bir tribuna oldu.

Həsən bəy Zərdabi yazırdı: ““Əkinçi” xalqa bir güzgü tutmalı və bu güzgüdə onun özü özünü tanımalıdır”.

- XX əsrin əvvəlində Azərbaycan Xalq Cümhuriyyəti dövründə milli mətbuat sürətli inkişaf yolu keçdi. “Azərbaycan”, “İstiqlal”, “İrşad” kimi qəzetlər dövlətçilik, hüquq, maarif və azərbaycançılıq ideyalarını yayaraq ictimai fikrin formalaşmasına böyük töhfələr verdilər.

Sovet dövründə isə mətbuat formal şəkildə inkişaf etsə də, onun əsas vəzifəsi ideoloji təbliğat idi. Lakin bütün çətinliklərə baxmayaraq, ziyalı jurnalistlər öz yazıları ilə xalqın milli ruhunu, ədəbiyyatını və tarixini qoruyub saxlamağa çalışdılar.

- 1988-ci ildən başlayan Milli Azadlıq Hərəkatı ilə birlikdə Azərbaycan mətbuatı öz azadlığını yenidən qazandı. “Azadlıq”, “Yeni Musavat”, “Hürriyyət”, "Müxalifət", “Ayna-Zerkalo”, “Millət”, "525-ci" və digər qəzetlər ictimai rəyə təsir edən, milli şüurun oyanmasına xidmət edən nüfuzlu tribunalara çevrildi.

Bu dövrdə jurnalist yalnız xəbər verən deyil, həm də ideya daşıyıcısı, ictimai tribunun qəhrəmanı idi. Fədakar mətbuat nümayəndələri həmin illərdə informasiya blokadasını yararaq xalqı maarifləndirməyə çalışırdılar.

- 1995-ci il Konstitusiyası ilə Azərbaycanda söz və fikir azadlığı hüquqi təminat aldı. Xüsusilə internet texnologiyalarının yayılması ilə elektron media sürətlə inkişaf etdi. Bu gün Azərbaycanda yüzlərlə sayt, xəbər portalı, jurnal və qəzet fəaliyyət göstərir.

Lakin, eyni zamanda, media müstəqilliyi, jurnalistlərin təhlükəsizliyi, iqtisadi dayanıqlılıq və media savadlılığı sahəsində ciddi çağırışlar qalmaqdadır. Söz azadlığının informasiya məsuliyyəti ilə yanaşı getməsi, yalan və təxribatla mübarizə məsələləri aktuallaşmışdır.

- Azərbaycan mediası 150 illik tarixi təcrübəyə söykənərək bu gün yeni bir mərhələyə qədəm qoyur. Süni intellekt, rəqəmsal texnologiyalar, informasiya müharibələri dövründə mətbuatın rolu daha da önəmli olur.

Milli maraqları müdafiə edən, etik qaydalara riayət edən, cəmiyyətə maarif və həqiqət gətirən bir mətbuat sisteminə ehtiyac heç vaxt indiki qədər güclü olmayıb.

150 il əvvəl Həsən bəy Zərdabinin başlatdığı maarifçilik hərəkatı bu gün də öz dəyərini qoruyur. Zərdabi “Əkinçi” vasitəsilə yalnız qəzet çıxarmadı, həm də xalqı oyatdı.

Azərbaycan mətbuatı bu gün yalnız keçmişin yaddaşı deyil, gələcəyin yönəldicisidir. Düşünürəm ki, biz bu mirası qorumalı, peşəkarlıqla inkişaf etdirməli və gənc nəsillərə ötürməliyik...

Qəvami SADIQBƏYLİ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 21 İyul 2025 13:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see271

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see228

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see164

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see154

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see151

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see139

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

16 Yanvar 2026 18:40see136

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see132

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see132

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see129

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see129

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see127

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see127

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri