Milli Observatoriya növbəti “Sosial Jurnalistika” təlimini keçirib FOTO
Icma.az, Bizim media portalına istinadən məlumat verir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın Təlim və İnkişaf Mərkəzində media nümayəndələri üçün növbəti “Sosial Jurnalistika” təlimi təşkil olunub.
Bizim.Media xəbər verir ki, bu dəfəki təlimin əsas mövzusu “Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi” olub. Təlimdə ölkənin müxtəlif informasiya resurslarını təmsil edən 22 media qurumundan nümayəndələr iştirak edib.
İştirakçılara müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi prosesinin yekun tibbi müayinələri barədə ətraflı məlumat verilib. Onlara Tibbi Qiymətləndirmə Komissiyasının müayinə nəticələrinin kateqoriyalar üzrə təsdiqlənməsi mexanizmi izah olunub.
Təlim zamanı iştirakçılar Komissiyanın fəaliyyəti ilə bağlı ətraflı məlumat alıb, praktiki nümunələrlə tanış olublar. Daha sonra jurnalistlərin sualları cavablandırılıb və sosial sahədə informasiya mübadiləsinin gücləndirilməsi yolları müzakirə olunub. Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim edilib.
“Sosial Jurnalistika” təlimlərinin keçirilməsində əsas məqsəd media nümayəndələrinin sosial müdafiə sahəsinə dair mövzular üzrə dolğun məlumatlandırılması, bu mövzulara peşəkar yanaşma bacarıqlarının artırılması, sahəvi biliklərinin inkişaf etdirilməsi və media ilə səmərəli əməkdaşlığın qurulmasıdır.

Naibə Məmmədova, Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 17 Dekabr 2025 16:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















