Icma.az
close
up
RU
Milli Qəhrəmanın qohumunu aldadan şirkət rəhbəri başqa cinayətə görə həbsdə saxlanıldı

Milli Qəhrəmanın qohumunu aldadan şirkət rəhbəri başqa cinayətə görə həbsdə saxlanıldı

Pravda.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı Apellyasiya Məhkəməsində xarici ölkələrin ali təhsil müəssisələrinə imtahan vermədən yalnız attestatla tələbə qəbul etdirəcəyinə inandırıb, xeyli sayda şəxsin külli miqdarda vəsaitini mənimsəməkdə təqsirləndirilən "Smart Business Group" adlı şirkətin təsisçisi Anar Xəlilovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, sonuncu keçiriləm prosesdə qərar elan edilib.


Qərara əsasən, təqsirləndirilən şəxsin apellyasiya şikayəti təmin olunub, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ləğv edilib. Anar Xəlilov zərərçəkmiş şəxslərlə barışdığından, dəymiş ziyanı tamamilə ödədiyindən və cinayət nəticəsində vurulmuş ziyanın əlli faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyindən cinayət məsuliyyətindən azad edilib. Təqsirləndirilən şəxs barəsində olan Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsi ilə cinayət təqibinə xitam verilib. Hazırkı cinayət işi üzrə Anar Xəlilov barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv olunub. Lakin onun barəsində başqa cinayət işi üzrə Yasamal Rayon Məhkəməsinin 30 sentyabr 2024-cü il tarixli qərarına əsasən, həbs qətimkan tədbirinin seçilməsi və həmin iş üzrə həbsdə saxlanması nəzərə alınıb.


Qeyd: 1990-cı il təvəllüdlü Anar Xəlilovun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ittiham irəli sürülmüşdü.


Məlum olub ki, o, 50-yə yaxın şəxsi ABŞ və Türkiyədə ali təhsil müəssisələrinə imtahan vermədən yalnız attestatla qəbul etdirəcəyinə, xaricdə təhsil üçün şirkət tərəfindən göndərilən tələbələrin gedəcəyi ökələrdə qarşılanma və yerləşdirmə xidmətləri ilə təmin ediləcəyinə, müştərilərin öz vəsaitləri hesabına yataqxana və təhsil haqqı xərclərinin ödənişinin həyata keçiriləcəyinə dair yalan vəd verməklə onları aldadıb.
 

Ən çox zərərçəkmiş şəxslər Türkiyənin Samsun şəhərindəki Ondokuz Mayıs Universitetində təhsil almaq üçün pul verən şəxslər olub.


Zərərçəkmişlərdən biri də Milli Qəhrəman Rasim Kərimovun qardaşı oğlu, muğam müsabiqəsinin laureatı Əlfəddin Kərimovdur. Belə ki, təqsirləndirilən şəxs onun və həyat yoldaşı Aşiqə Kərimovanın 85 045 manat pulunu mənimsəyib. Anar Xəlilov özünü zərərçəkmişlərə “Azər Əliyev” kimi təqdim edib. O, Aşiqə Kərimovanı Ondokuz Mayıs Universitetində "Güzel sanatlar" ixtisasına qəbul etdirəcəyini, həmin pula İstanbul şəhərində ev alacağına söz verib. Amma sonradan cütlük Anar Xəlilovun dələduzluq əməlinin qurbanı olduğunu anlayıb.
 

Şimali Makedoniyada tutularaq Bakıya gətirilən Anar Xəlilov məhkəmədə özünü təqsirli bilməyib. Deyib ki, pandemiya səbəbindən işləri alınmayıb. Bildirib ki, özünün ABŞ-də "Social security" kartı, Türkiyədə yaşayış icazəsi və Kanadada daimi yaşamaq icazəsi var, yəni dələduzluq etmək istəsəydi, həmin pulları alıb, rahatlıqla bu ölkələrə qaça bilərdi.


Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Anar Xəlilov Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib və 5 il müddətə azadlıqdan məhrum olunmuşdu.
Kamal Məmmədov 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:61
embedMənbə:https://pravda.az
archiveBu xəbər 21 Fevral 2025 10:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan İrana səsləndi, Poqosyan narahat oldu Fikirləşin, niyə?

02 İyun 2025 04:14see166

Şəhərin mərkəzində atışma 2 ölü, 1 yaralı

01 İyun 2025 15:32see148

Saç yuyarkən suyun temperaturuna diqqət edin mütəxəssisdən vacib tövsiyələr

02 İyun 2025 05:06see135

Şabrandakı yol qəzasında bir nəfər həyatını itirib

02 İyun 2025 09:33see134

Bu şəxs Polşanın yeni prezidenti oldu

02 İyun 2025 07:11see134

Cəzaçəkmə müəssisəsinin damı uçdu, məhkum xəsarət aldı

01 İyun 2025 22:14see132

Bəzi vitaminlərin çox qəbulu orqanizmə belə ziyan VURUR

02 İyun 2025 05:01see132

Cənubi Koreyada seçkilərə şok qərar: namizədlərdən biri geri çəkildi

01 İyun 2025 19:55see130

Naxçıvanda aksiya çərçivəsində 300 dən çox uşaq tibbi müayinədən keçib

02 İyun 2025 00:25see129

Britaniya ordusunun sayını artırır İlk dəfə

03 İyun 2025 01:17see129

Gördük o “ekspertlərinizi”, 5 günə 1 sualı düz yaza bilməyiblər DİM ə ETİRAZ

02 İyun 2025 04:16see129

Efirdə Təyyar Bayramovun mikrofonu söndürüldü Video

02 İyun 2025 15:31see127

İmamoğlunun trolları hərəkətə keçdi

02 İyun 2025 15:13see127

Rusiya və Ukrayna yeni mübadilələr haqqında razılığa gəldi

02 İyun 2025 18:38see127

“Çox sevdiyim bir “uşağ”ım var” Xanımından iş adamına

01 İyun 2025 23:26see126

Havalar isinir, amma qrip təhlükəsi artır nə etməli?

02 İyun 2025 01:01see124

Yarış üçün hazırlanmış Super Mustanq nümayiş olundu

02 İyun 2025 05:31see122

Alça yedikdən sonra bunlara diqqət edin!

02 İyun 2025 02:03see121

“Hörümçək toru” əməliyyatı ABŞ ı şoka salıb..?

03 İyun 2025 00:26see117

Təmkin: “Bizə olan inamı doğrultduq”

03 İyun 2025 09:15see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri