Total: Abşeron un ikinci mərhələsində də qabaqcıl texnologiyalar tətbiq olunacaq
Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.
Abşeron qaz-kondensat yatağının tam miqyaslı işlənməsi üzrə yeni layihənin əsas sirri innovasiyadır. Layihənin ilk mərhələsində olduğu kimi, ikinci mərhələdə də qabaqcıl texnologiyalar tətbiq olunacaq.
“APA-Economics” xəbər verir ki, bunu "Bakı Enerji Forumu"nda çıxışı zamanı “TotalEnergies”in Azərbaycan üzrə ölkə sədri Emmanuel de Guillebon deyib.
O bildirib ki, layihənin ikinci mərhələsində 3-4 yeni quyu, həmçinin 140 kilometrlik yeni çoxfazalı boru kəməri Səngəçalda inşa ediləcək qaz emalı zavoduna qədər uzanacaq. Bu kəmərdə qaz və kondensat qarışıq şəkildə ötürüləcək. Qismən izolyasiya edilmiş bu borular vasitəsilə layihənin xərcləri iki dəfə azaldılsa da, hidrat və parafin çökməsi riski artır. Bu səbəbdən, layihə çərçivəsində iki əsas innovasiya nəzərdə tutulur: “ Bunlardan biri hidratların əmələ gəlməsinin qarşısını alan xüsusi kimyəvi texnologiyalardır. Fransada yerləşən enerji tədqiqat mərkəzində illərdir üzərində çalışılan bu texnologiya qaz axınının davamlılığını təmin edəcək. İkinci isə avtomatlaşdırılmış sualtı pigging sistemidir. Bu yeni qurğu vasitəsilə boruların təmizlənməsi üçün dəniz əməliyyatı olmadan, sualtından avtomatik mexaniki təmizləyici vasitələr göndərilməsi mümkün olacaq. Bu texnologiya Braziliyada sınaqdan keçirilmiş və Abşeron layihəsi çərçivəsində sənaye miqyasında dünyada ilk dəfə tətbiq ediləcək”.
O vurğulayıb ki, Səngəçalda inşa olunacaq qaz zavodu ən son texnologiyalarla təchiz ediləcək. Buraya fleyerin tamamilə aradan qaldırılması (zero-flaring) və əşyaların interneti (IoT) texnologiyasına əsaslanan daimi metan monitorinqi sistemləri daxildir.
O əlavə edib ki, bu texnologiyalar yalnız Abşeron yatağının imkanlarını genişləndirməyəcək, həm də Azərbaycanın enerji sektorunu texnoloji baxımdan daha da qabağa aparacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 03 İyun 2025 15:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















